Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2716/2024 04.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, X1 iştirakı ilə, X5 barəsində Bakı şəhəri X12 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : X1 Bakı şəhəri X12 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Bakı şəhəri BPİ-nin X12 İdarəsinin Polis X2 tərəfindən barəsində İXP ******* saylı protokol üzrə inzibati tənbeh vermə haqqında 13 mart 2024-cü il tarixli TP ******* nömrəli qərar yazılmışdır. Tərəfindən 01 aprel 2024-cü il tarixində 13 mart 2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi ilə əlaqədar Yasamal Rayon Məhkəməsinə şikayət verilmişdir. Yasamal Rayon Məhkəməsinin 3(004)-1 768/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə onun şikayətinin təmin edilməsi və barəsində tərtib edilmiş Bakı şəhəri BPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 3(004)-1768/2024 saylı qərarında yol verilmiş yanlışlıqlara dair məsələyə baxaraq Qərardad qəbul etmişdir. Yanlışlıqların düzəldilməsinə dair Yasamal Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli Qərardadında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 3(004)-1768/2024 saylı qərarının “nəticə” hissəsində “X3 şikayəti təmin olunsun. X5 barəsində tərtib edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı ləğv edilsin.” sözləri “X3 şikayəti qismən təmin olunsun. X5 barəsində tərtib edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı ləğv edilsin və iş yenidən yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilsin" sözləri ilə əvəz olunması qeyd olunmuşdur. İşə yenidən baxılması üçün Bakı şəhəri DYPİ-nə göndərilsə də, təkrarən 05 mart 2024-cü il tarixli İXP ******* (köhnə tarixlə yazılmış) nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ( bundan sonra İXM) 327.4 -cü maddəsi ilə əvvəlki ( TP 6345024) qərarla eyni məzmunlu 27 may 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 150 manat cərimə olunmağı barəsində qərar qəbul edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında İXP ******* nömrəli protokol adında və istifadəsində olan +**********30 mobil nömrəsinə 12 mart 2024-cü il tarixində,saat 14:45 radələrində göndərilmişdir. Protokolun məzmununda isə inzibati xətanın törədildiyi tarix 05 mart 2024cü il tarix saat 16 : 04 radələri qeyd edilmişdir.( sms bildirişin mətni və göndərilmə tarixi şikayətə əlavə edilmişdir). Ona 12 mart 2024-cü il tarixdə +**********77 mobil nömrə vasitəsilə Bakı şəhəri BPİ-nin X12 İdarəsinin Polis X2 tərəfindən istifadəsində olan +**********30 mobil nömrəsinə zəng olunaraq 05 mart 2024-cü il tarixdə inzibati xəta törətdiyi və bununla əlaqədar Bakı şəhəri BPİ-nin X12 İdarəsinə yaxınlaşmalı olduğunu bildirmişdir. O da cavabında inzibati xəta törətmişdirsə bununla əlaqədar protokolu tərtib edib qeydiyyatda olduğu ünvana göndərilməsini xahiş etmişdir. Telefon danşıqları yekunlaşdıqdan sonra hazırda istifadəsində və mülkiyyətində olan, 99VO662 dövlət qeydiyyat nişanlı avtomobil 150 AZN cərimə edilmişdir. Tarix xx.xx.2024-cü il saat 16:04, Maddə 327.4, Protokol İXP6097079 ödəmə linki göstərilməklə qeyd olunan məzmunlu 12 mart 2024-cü il tarixdə,saat 14 :45 radələrində SMS məlumat göndərilmişdir (SMS bildirişin mətni əlavə edilir). İnzibati Xətalar Məcəlləsinin 101.1 -ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İstifadəsində olan (+**********30) mobil nömrəyə göndərilən SMS bildirişin mətnindən də göründüyü kimi qeyd olunan inzibati xəta 05 mart 2024-cü il tarixə saat 16:04 radələrinə aiddir və ona protokolun tərtib olunması barəsində məlumat isə 12 mart 2024-cü il tarixdə saat 14:45 radələrində göndərilmişdir. Qeyd olunan (+**********77) mobil nömrə ilə yenidən əlaqə saxlayaraq 13 mart 2024-cü il tarixdə Bakı şəhəri X12 İdarəsinə yaxınlaşaraq İXP ******* saylı protokol üzrə yazılmış qərarın surətini almışdır. Qərarın surətini aldıqdan sonra istifadəsində olan +**********30 mobil nömrəyə saat 16 :26 radələrində istifadəsində və mülkiyyətində olan, 99VO662 dövlət qeydiyyat nişanlı avtomobil 150 AZN, 4 bal cərimə edilmişdir. Endirim 15 AZN, Tarix xx.xx.2024,16:04 .Maddə 327.4 ödəmə linki göstərilməklə qeyd olunan məzmunlu yenidən SMS bildiriş göndərilmişdir. (SMS bildirişin mətni əlavə edilir). Hesab edir ki, Bakı şəhəri X12 İdarəsinin Polis X2nun İXP6097079 saylı 13 mart 2024-cü il tarixli protokolu əsasında yazılmış, 27 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X5 şikayətə uyğun izahat verərək barəsində tərtib olunmuş qərarın qanunsuz olduğunu qeyd edərək ləğv edilməsini və barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1768/2024 saylı qərara əsasən X3 Bakı şəhəri X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilərək həmin qərar ləğv edilmiş, sonradan Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1768/2024 saylı qərardadına əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1768/2024 saylı qərarında yol verilmiş yanlışlıqlar düzəldilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1768/2024 saylı qərarının “nəticə” hissəsində “X3 şikayəti təmin olunsun. X5 barəsində tərtib edilmiş Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin.” sözləri “X3 şikayəti qismən təmin olunsun. X5 barəsində tərtib edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər DYPN-nə göndərilsin” sözləri ilə əvəz edilmişdir. İş yenidən Bakı şəhər X12 İdarəsində baxılmış, TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri X12 İdarəsi tərəfindən tərtib olunmuş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X5 tərəfindən xx.xx.2024-cü il tarixdə saat 16:04 radələrində Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. “İnzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X5 tərəfindən 05 mart 2024-cü il tarixdə, saat 16:04 radələrində Yeni-Yasamal, Ə.Əhmədov-Talıblı küçələrinin kəsişməsində Azərbaycan Respublikasının İXM-nin 327.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. SMSRadar.az tətbiqi vasitəsilə X3 istifadəsində olan mobil nömrəsinə 12 mart 2024-cü il tarixində saat 14:45 radələrində daxil olan sms bildirişin mətnindən görünür ki, İXP ******* nömrəli protokol göstərilmiş və inzibati xətanın törədildiyi tarix xx.xx.2024-cü il saat 16:04 kimi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, X5 inzibati xətanı xx.xx.2024-cü il tarixdə törətmiş olduğu halda onun barəsində inzibati xəta haqqında protokol əsasında qərar xx.xx.2024-cü il tarixdə tərtib edildikdən sonra o, inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci maddəsinə əsasən həmin məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə xitam verilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X5 barəsində Bakı şəhəri X12 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X5 barəsində Bakı şəhəri X12 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-2716/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2716/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver