Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-272/2024 25.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin (RPİ) X3 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 19 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialdan görünür ki, 09 oktyabr 2023-cü il tarixdə saat 13:10-da Yasamal rayonu, H.Zərdabi prospekti ünvanının qarşısında sürücü Şəxs idarə etdiyi “Kia Ceed” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Zərdabi prospektindən üzü Mətbuat prospektinə istiqamətində hərəkətdə olarkən “Musabəyov” abidəsindən aşağı düşüb piyada zolağının üzəri ilə yolu qarşı tərəfə keçmək istəyən Zərərçəkmiş şəxs avtomobilin sağ güzgüsü ilə dəyərək dayanmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində piyada Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü qismən təqsirli bilir. Belə ki, 09 oktyabr 2023-cü il tarixdə saat 13:10-da Yasamal rayonu, Zərdabi prospektindən üzü Mətbuat prospektinə istiqamətində hərəkətdə olarkən işiqforun yaşıl işiğından keçən piyada Zərərçəkmiş şəxs görməmiş və idarə etdiyi “Kia Ceed” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ güzgüsu ilə ona dəymişdir. Qeyd etdi ki, piyada qəflətən yola çıxdığı üçün onu görməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona qarşı şikayəti, eləcə də maddi tələbi yoxdur. İnzibati xəta haqqında protokol tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolunu, ona əlavə edilmiş sənədləri və Yasamal RPİ-nin TŞ-də toplanılmış HK-1/1210 saylı material üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Yasamal RPİ-nin TŞ-də toplanmış HK- 1/1210 nömrəli toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş və qəbul edilmiş qərarın surəti Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq tədbir görülməsi üçün Yasamal RPİ-nin DYPŞ-yə göndərilmişdir. Məhkəmənin sorğusuna əsasən Yasamal RPİ-nin TŞ-dən təqdim edilmiş R/M 1422 nömrəli rədd materialında olan Şəxs izahatından müəyyən edilir ki, o, xx.xx.2023-cü il tarixində saat 13:10 radələrində idarə etdiyi “Kia Ceed” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu H.Zərdabi prospektindən üzü Mətbuat prospekti istiqamətində orta zolaqla hərəkətdə olduğu zaman işıqforun yaşıl işığından keçən zaman piyada zolağında yolu keçən piyadanı görməyərək vurmuşdur. Avtomobilin sağ güzgüsü piyadanın bədəninin sol hissəsinə dəymişdir. Piyada yerə yıxılmışdır. Avtomobili saxlayıb piyadaya yardım göstərməyə çalışmışdır. O, piyadaya təklif etmişdir ki, xəstəxanaya aparsın. Lakin, piyada onunla razılaşmamışdır. Daha sonra polis əməkdaşları yaxınlaşaraq araşdırma aparmağa başlamışlar. Təxminən 20 dəqiqə sonra TTYS-nin ekipajı piyadanı xəstəxanaya aparmışlar. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, 99DN517 dövlət qeydiyyat nişanlı “KİA CEED” universal tipli avtomobil mülkiyyət hüququ ilə Şəxs adına qeydiyyata alınmışdır. İş materiallarında olan AC 146946 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, Şəxs BC kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır, sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cü il tarixədək qüvvədədir. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs izahatından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə saat 13:10 radələrində Yasamal rayonu H.Zərdabi prospektində "Musabəyov" abidəsindən aşağı düşüb piyada zolağının üzəri ilə yolu qarşı tərəfə keçmək istəyən zaman solundan gələn “Kia Ceed” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ güzgüsü onun bədəninin sol hissəsinə dəymişdir. Zərbə nəticəsində o, yerə yıxılmışdır. Təxminən 20 dəqiqə ərzində TTYS-nın ekipajı hadisə yerinə gəlmişdir. Daha sonra polis əməkdaşları araşdırma aparmağa başlamışlar. TTYS-nin ekipajı onu Respublika Kliniki Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər onu müayinə etdikdən sonra bildirmişlər ki, sol çiynində və ayağında sınıq əmələ gəldiyi müəyyən edilmişdir. O, xəstəxanada olduğu zaman və hadisə zamanı sürücü ona heç bir yardım göstərməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş 10 oktyabr 2023-cü il tarixli 1199 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs hadisə nəticəsində almış olduğu xəsarətlər- üst çənədə sağdan İİ dişin travmatik sınığı, sol dirsək oynağının səthi əzilmiş yarası, sol topuq nahiyəsinin şişkinlik halında əzilməsi küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi əsasında əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş saxlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 09 oktyabr 2023cü il tarixli protokoldan, eləcə də ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən müəyyən edilir ki, inzibati xəta hadisəsi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ünvanında baş vermişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 09 oktyabr 2023-cü il tarixli protokoldan müəyyən edilir ki, “Kia Ceed” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə zədə aşkar olunmamışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi ilə bağlı 09 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş 2/37926 nömrəli aktdan görünür ki, Şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada verilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən edilir ki, o, Şəxs qarşı heç bir şikayətinin, iddia və tələbinin olmadığını bildirmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 330.0-cu maddəsinə əsasən sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni: 330.0.1. nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya; 330.0.2. yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Həmin maddənin Qeyd hissəsinə əsasən Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin Qeyd hissəsinin 5-ci bəndinə əsasən Məcəllənin 327.8, 333.1, 333-1.1, 343.1 və ya 343-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla qiymətləndirilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində tərtib edilmiş 19 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə tənbeh tədbiri təyin edilməlidir. Belə ki, məhkəmə tərəfindən Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ədalətli olmaqla yanaşı onun məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və törədilən xəta 5 balla qiymətləndirilməklə barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündən inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-272/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-272/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver