Məhkəmə qərarları › İş №3(004)-2721/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2721/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2721/2025 26.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 25585304 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 25585304 saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-nin BDYP-nin Mərkəzi Məlumat Xidməti tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2025-ci il tarixli, EQ 25585304 saylı elektron qərarla o - X2, Azərbaycan Respublikasının İXM-nin 346.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməkdə təqsirli bilinərək ona 60 manat məbləğində cərimə və 2 bal miqdarında cəza tətbiq olunmuşdur. ona məxsus olan **-UU-*** dövlət nömrə nişanlı KİA minik maşını bir ildən artıqdır ki, tərəfindən verilmiş etibarnamə əsasında qardaşı Nümayəndə1 tərəfindən idarə olunur. Buna baxmayaraq qərar onun barəsində tərtib olunmuşdur. Məsələ ondadır ki, bu qərar barədə nə ona, nə də qardaşı Nümayəndə1 heç bir məlumat verilməmişdir. Bu qərarın mövcudluğu barədə, yalnız 17 mart 2025-ci il tarixdə Nəsimi Rayon Məhkəməsində şikayətlərinə baxılarkən məlumat əldə etmişdirlər. Barəsində tərtib edilmiş qərar barədə yalnız məlumat qardaşının 05-216-36-80 saylı telefonuna SMS məlumat kimi daxil olmuş və şəkillər əlavə olunmuşdur. Digər heç bir məlumat verilməmişdir. Qərardan qardaşı tərəfindən Nəsimi Rayon Məhkəməsinə şikayət olunmuş və məhkəmədə məlum olmuşdur ki, qərar qardaşının yox, onun barəsində tərtib edilmişdir. Bu səbəbdən də ərizənin adına qərar olan şəxs tərəfindən qaldırılması əsasları ilə işə baxılması dayandırılmışdır. Məsələ ondadır ki, törətdiyi iddia olunan, AR. İXM-nin 346.9-cu maddəsində cəza kimi nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə -altmış manat məbləğində cərimə nəzərdə tutulur. Lakin müvafiq halda inzibati xəta maddəsi düzgün tərtib edilməmişdir. Təhlükəsizliyi Qaydalarının anlayışlar nəzərdə tutan 1-ci maddəsində deyilir ki, 16) səki — yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Ərizəmə əlavə etdiyim qərar və digər sənədlərdən göründüyü kimi, mənim maşınım səkidə saxlanmamışdır. Buna görə də, barəmdə çıxarılan qərarı qanunsuz və əsassız hesab edirəm. . İnzibati qərardan və ərizəyə əlavə etdiyimiz sənədlərdən göründüyü kimi, cərimə səkidə dayanma qaydalarının pozulmasına görə tətbiq edilmişdir. Hesab edirəm ki, maşının dayandığ yer heç bir halda piyadaların keçidi üçün nəzərdə tutulmuş səki ( maddə 1, bənd 16) hesab oluna bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq AR. İXM-nin 122-126-cı maddələrinin tələblərini rəhbər tutmaqla barəmdə qəbul olunmuş 16 yanvar 2025-ci il tarixli göstərilən inzibati xəta ilə bağlı qərarın və buna əsasən tətbiq edilmiş cərimənin ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclasında şikayətçi X2 şikayətinin məzmununa uyğun ifadə verərkən şikayətinin təmin edilməsini və Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 25585304 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 25585304 saylı inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixində, saat 21:10-da Bakı şəhəri, Yasamal rayonu, akademik Ş.Mehdiyev 307D ərazisində nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə İXM-in 346.9-cu maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmə iclasında baxış keçirilən zaman Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 25585304 saylı inzibati tənbeh verilməsi haqqında qərarında qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, şəkillərdən gürünür ki, avtomobil yolun hərəkət hissəsinin kənarında piyadalar üçün nəzərdə tutulmuş səkidə park edilmişdir. Həmin yerdə avtomobillərin park edilməsinə icazə verən nişan mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Bununla da şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin şikayətdə göstərilən hallar inzibati xətanı istisna edən hallar deyildir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilənlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Formal əsasları işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu kimi qəbul etmək yolverilməzdir. Formal əsaslara görə qərar ləğv edilə bilməz. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 25585304 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar