Məhkəmə qərarları › İş №3(004)-2724/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2724/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2724/2023 12.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, tələbkar X3, inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Volqodonsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2703/2020 saylı xx.xx.2020ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2703/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs xx.xx.2015-ci il təvəllüdlü X1 və 15.092016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay,hər uşaq üçün 150 (yüz əlli)manat .ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. Lakin borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Babayev Bəxtiyar bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2703/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs aliment borcundan yayınır. İcra məmurunun çağırışlarına əməl etmir. Axratışa verilib. 8850 (səkkiz min səkkiz yüz əlli) manat borcu vardır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmaqdadır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Borcun ödənilməsi ilə bağlı aralarında razılıq əldə olunmuşdur. Hal hazırda tələbkarın ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə barəsində tərtib olunmuş protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 bildirmişdir ki, Şəxsla aralarında borcun ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Hazırda ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2703/2021 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2703/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2015-ci il təvəllüdlü X1 və 15.092016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay,hər uşaq üçün 150 (yüz əlli)manat .ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilsin. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, Günel Cəfərova və Şəxs məhkəməyə ərizələr təqdim edərək aralarında borcun ödəlinməsi ilə bağlı razılıq əldə etdiklərini bildirmişdirlər. İnzibati işə xitam verilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda Şəxs borcun ödəməkdən yayınmadığına görə inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi faktı aşkar edilməmişdir. Şəxs əməlində inzibati xəta tərkibi yaranmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar