Məhkəmə qərarları › İş №3(004)-2725/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2725/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2725/2025 30.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3587/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 16380,13 (on altı min üç yüz səksən manat on üç qəpik) manat əsas borc, 802,54 (səkkiz yüz iki manat əlli dörd qəpik) manat dəbbə pulu və 146 (yüz qırx altı) manat dövlət rüsumu, ümumilikdə 17328,67 (on yeddi min üç yüz iyirmi səkkiz manat altmış yeddi qəpik) manat tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs borclu "xxxx" MMC-nin həmin qərarının icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3587/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 16380,13 (on altı min üç yüz səksən manat on üç qəpik) manat əsas borc, 802,54 (səkkiz yüz iki manat əlli dörd qəpik) manat dəbbə pulu və 146 (yüz qırx altı) manat dövlət rüsumu, ümumilikdə 17328,67 (on yeddi min üç yüz iyirmi səkkiz manat altmış yeddi qəpik) manat tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Şəxs borclu "xxxx" MMC-nin həmin qətnamənin icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Dəfələrlə bu barədə "xxxx" MMC-yə məktub göndərilsə də, qətnamənin icrası hələ də təmin edilməmişdir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirdi ki, uzun müddətdir ki, icra sənədi icra edilmir. Onlar hər dəfə icra məmuruna şikayət edirlər. İcra sənədinin icrası təmin edilməlidir. Bu qanunun tələbidir. Hazırda şikayətçidir, borclu barəsində ciddi tədbirlər görülməlidir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3587/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 16380,13 (on altı min üç yüz səksən manat on üç qəpik) manat əsas borc, 802,54 (səkkiz yüz iki manat əlli dörd qəpik) manat dəbbə pulu və 146 (yüz qırx altı) manat dövlət rüsumu, ümumilikdə 17328,67 (on yeddi min üç yüz iyirmi səkkiz manat altmış yeddi qəpik) manat tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qərara alınmışdır. İcra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu bir neçə dəfə məlumatlandırılmış, həmçinin izahat verərək icra sənədi barəsində xəbərdar olduğunu bildirmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Bununla da "xxxx" MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi həmin inzibati xətanı törətməsi, onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, yuxarıda istinad edilən sübut növləri ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar