Məhkəmə qərarları › İş №3(004)-2726/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2726/2020

12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2726/2020 12.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi ilə, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin polis sahə inspektoru X4, zərər çəkmiş şəxslər X3 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1986-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Ə.Naxçıvani küçəsi ev 2 mənzil 22-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal rayon Polis İdarəsinin 26-cı PB-dən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən Şəxs xx.xx.2020-ci il tarixdə X2 etibarından sui-istifadə edərək işə düzəltmək adı ilə ondan 70 azn məbləğdə, bundan başqa xx.xx.2020-ci il tarixdə X3 etibarından sui-istifadə edərək sonuncudan da işə düzəltmək adı ilə 120 azn məbləğdə pulunu Yasamal rayonu M.Müşfiq küçəsi 10 ünvanında yerləşən ofisində ələ keçirmiş, bununla da dələduzluq yolu ilə özgənin əmlakını talamışdır. Aparılmış araşdırma nəticəsində xx xxxxxxx 2020-ci il tarixli qərarlarla cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda törədilmiş əməldə inzibati xəta tərkib əlamətləri aşkar edildiyindən qərarın surəti müvafiq araşdırma aparılması üçün aidiyyəti üzrə təqdim edilmişdir. 26-cı Polis Bölməsinin sahə inspektoru Sahib Əliyev tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin polis sahə inspektoru X8 tərtib olunmuş inzbati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində həmin maddənin sanksiyası həddində müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xüsusi karantin rejimi dövründə rəhbərlik etdiyi şirkətinin fəaliyyətini dayandırmış, maddi vəziyyəti ağır olduğundan qeydiyyatdan keçmədən pul qazanmaq üçün işə düzəltmək adı altında şirkət açmaq qərarına gəlmiş, bunun üçün sosial şəbəkələrdən iş axtaran iki nəfər qadını müqavilə bağlamadan işə götürmüş, onlara isə öz niyyəti barədə məlumat verməmişdir. Ofisə iş üçün müraciət edən şəxslərə isə onları mühafizəçi kimi işə düzəldəcəyi adı altında guya qeydiyyatı alıb, forma üçün hər birindən müxtəlif vaxtlarda 50-80-100 manat olmaqla pul almış və həmin pul vəsaitlərini öz ehtiyacları üçün xərcləmişdir. Bu fəaliyyətlə isə uzun müddət məşğul olmamışdır. O, hazırda əməlindən çox peşman olduğunu qeyd edərək bir daha belə əməllərə yol verməyəcəyini, hazırda zərər çəkmiş şəxslərə vurulmuş zərərini tam olaraq ödədiyini, onlarla barışıq əldə etdiyini və ona qarşı hər hansı şikayət və ya tələbin olmadığını bildirmişdir. Şəxs göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxslər X7 və X5 eyni məzmunlu izahatlar verərək mühafizəçi kimi işə düzəlmək məqsədilə Şəxs sosial şəbəkə vasitəsilə müraciət etdiklərini, forma üçün 70 və 120 manat olmaqla pul verdiklərini, hazırda onlara dəymiş zərərin tam ödənildiyini, barəsində protokol tərtib edilmiş şəxslə barışdıqlarını və hazırda ondan şikayətlərinin olmadığını bildirmişlər. Zərər çəkmiş şəxslər X7 və X5 məhkəməyə ərizə təqdim edərək Şəxs barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan X5 tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, ona dəymiş zərər tam aradan qaldırılmışdır, halhazırda Şəxs qarşı tələbi, şikayəti və mülki iddiası yoxdur. Ona görə də, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa iş materiallarında olan X7 tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, ona dəymiş zərər tam aradan qaldırılmışdır, hal-hazırda Şəxs qarşı tələbi, şikayəti və mülki iddiası yoxdur. Ona görə də, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin iş materiallarında müəyyən edilir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında o, xx xxxxxxx 2020-ci il tarixdə saat 17:50-da azad edildiyini bildirmişdir. Odur ki, qeyd olunan xüsusat məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.10-cu maddəsinə əsasən Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyi və zərərçəkmiş şəxslərlə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. İş üzrə icraat zamanı inzibati qaydada tutulmuş Şəxs qanunla müəyyən edilmiş müddətdə azad edilməsi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar