Məhkəmə qərarları › İş №3(004)-2732/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2732/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2732/2022 07.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 Bakı şəhəri Suraxanı RPİ-nin 32-cı Polis bölməsinin 14 dekabr 2021-ci il tarixli EPQ ******* saylı qərarından verdiyi şikayətə baxaraq məhkəmə müəyyən etdi: X2 Bakı şəhəri Suraxanı RPİ-nin 32-cı Polis bölməsinin 14 dekabr 2021-ci il tarixli EPQ ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə X2 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, X1 şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, şikayətçi X1 qeydiyyatı Xaçmaz rayonu, köhnə Xudat ərazi dairəsi, İdrisoba kəndi ünvanıdır və inzibati xətanın törədildiyi yer Bakı şəhəri Suraxanı rayonunun ərazisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xtalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 10.1-ci maddəsində müəyyən olunmuş qaydada uyğun olaraq inzibati xətanın törədildiyi yer üzrə və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətin və protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və protest üç gün müddətində aidyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim tərəfindən şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Şikayətdən və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Suraxanı rayonu ərazisidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 qeydiyyat ünvanı ünvan 2ibati xətanın törədildiyi yer Bakı şəhəri Suraxanı rayonu ərazisi olduğundan X1 Bakı şəhəri Suraxanı RPİ-nin 32-cı Polis bölməsinin 14 dekabr 2021-ci il tarixli EPQ ******* saylı qərarından verdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4 və 132.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 Bakı şəhəri Suraxanı RPİ-nin 32-cı Polis bölməsinin 14 dekabr 2021-ci il tarixli EPQ ******* saylı qərarından şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar