Məhkəmə qərarları › İş №3(004)-2736/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2736/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2736/2024 10.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2024 ci il saat 08:30 rədələrində idarə etdiyi Hyundai Elantra avtomobili ilə Yasamal rayonu Rahib Tağıyev küçəsı ilə hərəkət edərkən sağdan bitişən Umud Əkbərov küçəsindən çıxan Daewoo Nexia avtomobili arxa sağ qapısının aşağı hissəsindən vurub avtomobilini vuran sürücü günahkar olduğunu etiraf etmiş və bildirmişdir ki, tələsirmiş həmdə sağ tərəfə baxaraq yolayrıcına birbaşa çıxmışdır. DYP-nə və müştərisi olduğu Azərsığorta şirkətinə məlumat vermişdir. Sığorta şirkətinə baş verən hadisənin şəkillərini göndərmişdir. DYP inspektoru hadisə yerinə gələrək sənədləri alıb və saat 15:00-da idarəyə dəvət etmişdir. Dediyi zamanda DYP idarəsinin Yasamal Rayon Şöbəsinə getmişdir. Ona protokol verilmiş və hadisənin baş verməsi barədə yazmağını istəmişdir. O, baş verən hadisə barədə qısa yazarkən inspektor onun günahkar olduğunu bildirmiş və o günahkar olduğu ilə razılaşmamışdır. Deyib ki, günah ondadırsa cəriməni yazsınlar o protokoldan şikayət edəcək. xx.xx.2024-ci ildə yaxınlaşıb DYP idarəsinə ona inspektor bildirmişdir ki, sənədlərin avtotexniki ekspertiza mərkəzinə göndəriblər. xx.xx.2024-cü ildə ona 327.2 (yol ayrıcını keçmə qaydalarının pozulması) protokolu yazılmışdır. Yolların eyni əhəmiyyətli olduğu ilə razılaşmır, Rahib Tağıyev küçəsi ilə hərəkət etdiyi yolda yol hərəkətinə aid müvafiq nişanlar var (normativlərə əsəsən piyada səkisi, 1 hərəkət zolağı, 1 hərəkət hissəsi var 1.6 üfüqü nişanı ilə bölünmüş, piyada keçidi nişanı 5.16.2 və.s) Digər yolda isə heç bir yol hərəkətinə aid nişan və normativ yoxdur. O, yol ayrıcına 40-45 km/saat surətlə yaxınlaşan zaman bitişik ərazidən çıxan və ya sağdan yaxınlaşan avtomobil görməmişdir, yol ayrıcını keçməyə başlamamışdan oncə təhlükəsizlik üçün avtomobilini maksimum sola yaxın sürərək keçmişdir və bu zaman Umud Əkbərov küçəsindən yol ayrıcına birbaşa sola dönərək çıxan avtomobil arxa sağ qapısını vurmuşdur. X9 qanunda 1 maddə 41 bənd yol. vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Avtotexniki ekspertizanın rəyinə əsasən yollar eyniəhəmiyyətlidir. Yol hərəkətinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. O, sağdan yaxınlaşan avtomobili görməmişdir, ümümiyyətlə Rahib Tağıyev küçəsi ilə hərəkət edən avtomobil ona Ümüd Əkbərov küçəsindən sağdan yaxınlaşan avtomobil görə bilməz. Bu qanun sağdan Ümüd Əkbərov küçəsindən yaxınlaşan avtomobilin görmə çətinliyi olan yola birbaşa çıxmasına icazə vermir. Ümüd Əkbərov küçəsi ilə istənilən avtomobil yol ayrıcına bir başa manevr etsə 100% qəza baş verəcək X9 Azərbaycan Respublikasının qanununun 77-ci maddəsinin 3cü bəndinə əsasən 327.2 (Yol ayrıcının keçmə qaydalarının pozulması) tətbiq edilmiş İXP ******* protokolu ona qarşı düzgün tətbiq edilməyib. 77-ci maddənin 3-cü bəndinə əsasən sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Sağdan yaxınlaşan avtomobil görməmişdir Ümüd Əkbərov küçəsi ilə hərəkət edən avtomobil bir başa yol ayrıcına çıxıb sola hərəkət edərək avtomobilinin arxa sağ qapısını vurmuşdur. Bu protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini və baş verən yol hərəkəti hadisəsinin yenidən obyektiv araşdırılmasını xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən X5 08 fevral 2024-cü il tarixdə saat 08:30 radələrində “HYUNDAİ ELANTRA minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi ilə Ü.Əkbərov küçəsinin kəsişməsində yolayrıcını keçmə qaydalarının pozulmasına görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. İşə materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/594 saylı ekspert rəyinə əsasən, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Hyundai Elantra markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bununla da həmin ekspert rəyinə əsasən X3 idarə etdiyi avtomobillə İXM-nin 327.2ci maddəsində göstərilən inzibati xəta törətməsi öz təsdiqini tapır. Ona görə də şikayətçinin həmin yolda yolayrıcını keçmə qaydalarının pozulmasında İXM-nin 327.2-ci maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar