Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-274/2024 26.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, 12 yanvar 1998-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 dekabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİnin nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 aprel 2023-cü il tarixdə saat 10:00 radələrində “Ford Escape” (minik) markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, məhkəmə-tibb ekspertizasının 329 nömrəli rəyinə əsasən vətəndaş X1 almış olduğu xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol dirsək oynağının sıyrığı küt əşyanın təsirindən .törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Ford Escape markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və ABC sürücülük vəsiqəsi əsasında idarə edir. Həmin avtomobil qohumu Vüsala məxsusdur. Vüsalın işləri olduğu üçün ona etibarnamə verərək avtomobili satmasını xahiş etmişdir. 02 aprel 2023-cü il tarixdə saat 10 radələrində idarə etdiyi avtomobil ilə İpək Yolunda yerləşən avtomobil bazarına gələrək arxa qapıdan bazara daxil olmuşdur. Sonra saatda 5-10 km sürətlə hərəkət edərək avtomobili saxlamaq üçün yer axtarırmış. Həmin zaman o sağına baxmış, yolun boş olduğuna əmin olmuş, sonra hərəkətə keçmişdir. Bu zaman qəflətən solundan gələn qara rəngli avtomobil sürətlə qarşısına çıxmışdır. Məsafə az olduğundan idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə həmin avtomobilin sağ yan hissəsinə dəymişdir. Toqquşduğu avtomobil bir neçə metr getdikdən sonra saxlamışdır. Daha sonra o, avtomobildən enmiş, digər avtomobilə yaxınlaşaraq sürücüyə iradını bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış vətəndaş X2 göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi Honda markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kənar Dairəvi yolda yerləşən maşın bazarının içərisində hərəkət edib çıxış qapısına yaxınlaşarkən saağ tərəfindən gələn Ford markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ tərəfdən onun atomobilini vurmuş, hadisə zamanı sol qolu əzilmişdir.Eyni zamanda bildirmişdir ki, avtomobilinə maddi ziyan dəymişdir.Hadisə baş verərkən bədən xəsarəti aldığını hiss etməmiş, lakin izahat verdiyi zaman ağrılar hiss etmişdir.Onun avtomobilinin sağ yan hissəsi və digər avtomobilin ön hissəsi əzilmişdir. Araşdırma zamanı vətəndaş X2 xx.xx.2023-cü il tarixdə verdiyi izahata əlavə olaraq bildirmişdir ki, Kənar Dairəvi yolda yerləşən maşın bazarının içərisində idarə etdiyi Honda Civic markalı **-EZ-*** d.q.n-lı avtomobillə çıxışa doğru gedərkən qarşıdan gələn avtomobilə yol vermək üçün dayandığı zaman, sağdan gələn Ford markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sağ ön və arxa qapısına və sağ ön qanad hissəsinə dəymişdir.Zərbə nəticəsində avtomobilinin ön sağ güzgüsü də qırılmışdır. O, avtomobildən düşərək 102 xidmətinə hadisə barədə məlumat vermiş, hadisə yerinə DYP xidmətinin əməkdaşı yaxınlaşmış, daha sonra o, halının pisləşdiyini hiss edərək 103 xidmətinə zəng edərək xəsarət aldığı ilə bağlı məlumat verərək yaşadığı ünvana getdiyini bildirmiş, TTTYS ekipajı onu yaşadığı ünvandan götürərək KTM-ə aparmışlar.Xəstəxanada müayinə olunduqdan sonra evə buraxılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yüngülləşdirən halları və ağırlaşdıran halların olamamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-274/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-274/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver