Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2740/2022 21.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı səhəri, Yasamal rayonu, Xarici dairəvi, ev yol 10 olan Şəxs QSC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı səhəri, Yasamal rayonu, Xarici dairəvi, ev yol 10 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına Türkiyə Respublikasından 08AG877/08AG878 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********2331 sorğu nömrəli xx.xx.2021-ci il tarixli Gömrük Bəyannaməsi əsasında xx.xx.2021-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş “Yastı prokatdan alınmış, soyuq deformasiya edilmiş və va soyuq vəziyyətdə naxışlanmış profillənmiş (tilli) vərəqlər” yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, Şəxs QSC tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir qörülməmisdir.Şəxs QSC tərəfindən **********2331 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddəti pozulduqdan sonra xx.xx.2022-ci il tarixdə Şəxs QSC müvəqqəti saxlanc gömrük prosedurunda yerləşdirilmiş mallar **********9107 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan olunmuşdur. Nəticədə Şəxs QSC Türkiyə Respublikasından idxal etdiyi malların müvəqqəti saxlanc müddəti xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq, qeyd olunan tarixədək malları digər gömrük prosedurunda bəyan edərək rəsmiləsdirilmədiyi və malların müvəqqəti saxlanc müddətinin pozulduğu müəyyən edilmişdir. Bununla da Şəxs QSC İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxs) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, İXM-in 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Bu fakt 34/012/010235 saylı xx.xx.2022-ci il tarixli raport, **********2331 sorğu nömrəli xx.xx.2021-ci il tarixli Gömrük Bəyannaməsi (61), 34/013/011040 saylı xx.xx.2022ci il tarixli raport və xx.xx.2022-ci il tarixli, **********9107(40) sorğu nömrəli gömrük bəyannaməsi ilə təsdiq edilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-2740/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2740/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver