Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2742/2022 08.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis bölməsinin 18 avqust 2021-ci il tarixli EPQ ******* saylı qərarından verdiyi şikayətə baxaraq məhkəmə müəyyən etdi: X3 oğlu Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis bölməsinin 18 avqust 2021-ci il tarixli EPQ ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə X3 oğlu tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, X3 oğlunun şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Xətai rayonunun ərazisidir, şikayətçi X3 oğlunun qeydiyyat ünvanı (yaşayış yeri) Baki şəhəri, ünvan 2ati işə yaşayış yeri üzrə baxılması barədə vəsatətlə müraciət etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xtalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 10.1-ci maddəsində müəyyən olunmuş qaydada uyğun olaraq inzibati xətanın törədildiyi yer üzrə və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətin və protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və protest üç gün müddətində aidyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim tərəfindən şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Şikayətdən və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Xətai rayonu ərazisidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 oğlunun qeydiyyat ünvanı Baki şəhəri, ünvan 3rılmış şəxsin şikayətinə, onun yaşadığı yer üzrə baxılmasına dair vəsatəti olmadığından, həmçinin inzibati xətanın törədildiyi yer Bakı şəhəri Xətai rayonu ərazisi olduğundan X3 oğlunun Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis bölməsinin 18 avqust 2021ci il tarixli EPQ ******* saylı qərarından verdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4 və 132.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 oğlunun Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis bölməsinin 18 avqust 2021-ci il tarixli EPQ ******* saylı qərarından şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2742/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2742/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver