Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2746/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Müdafiəçi: Nümayəndə Şikayətçi "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, Azərbaycan Respublikasının Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 29 noyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin tələblərinə əməl edilmədən X8 ilə yazılı əmək müqaviləsi bağlanmamasına və müəyyən işlərin yerinə yetirilməsinə celb edilməsinə istinad olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarından X7 Xidmətinin Bakı şəhər idarəsinin rəisi Həmid Əhmədov apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və DƏMX Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN 01496329 nömrəli protokol əsasında "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apəllyasiya məhkəməsi xx.xx.2023 cü il tarixli 3(103)339/2023 saylı qərarı ilə şikayət təmin edilməmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı qüvvədə saxlanılmış, İnzibati xəta haqqında icraata xitam verilmişdir. 10 may 2023 cü il tarixdə Yasamal icra şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin borclu X9 AZE 03807096, FİN:351DPDN, doğum tarixi:xx.xx.1951, doğum yeri: Bakı, ünvanı:Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 65, tel:***-***-**-** , iş yeri və vəzifəsi: "xxxx" MMCnin direktoru) Azərbayacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 manat (dörd min) manat məbləğində cərimə edilməsi barədə 13 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat barədə onlara məlumat verilən kimi dərhal məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, 13 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalıdır. Ona görə ki, artıq Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı Apellyasiya məhkəməsi xx.xx.2023 cü il tarixli, 3(103)339/2023 saylı qərarı ilə eyni məsələ ilə əlaqədar işə baxılaraq inzibati icraat xitam olunmuş və çıxarılmış qərar qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin borclu X9 AZE 03807096, FİN:351DPDN, doğum tarixi:xx.xx.1951, doğum yeri: Bakı,ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 65, tel: ***-***-**-**, iş yeri və vəzifəsi: "xxxx" MMC-nin direktoru) Azərbayacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 manat (dörd min) manat məbləğində cərimə edilməsi barədə 13 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Müdafiəçi Nümayəndə məhkəmə iclasında şikayəti müdafiə edərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X6 bildirdi ki, "xxxx" MMC-nin ridektoru X9 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) qüvvəyə minmədən X4 hər hansı işlərin yerinə yetirilməsinə cəlb etmişdir, buna görə də İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə edilmişdir. Şikayətin rədd edilməsini xahiş etmişdir. Həmçinin bildirdi ki, inzibati xəta haqqında icraat aparılmış materiallarda həmin qərarın X5 rəsmi qaydada nə vaxt çatdırılması barədə hər hansı bir sənəd yoxdur. Şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, qərardan şikayətvermə müddəti ötürülməmişdir. Çünki protokol tərtib etmiş səlahiyyətli orqan qərarın X5 nə vaxt rəsmi qaydada çatdırılması barədə sübut təqdim edə bilməmişdir. İş materiallarına əsasən həmin qərar DƏMX Bakı şəhər idarəsi tərəfindən Yasamal rayon icra şöbəsinə icra olunmaq üçün göndərilmiş, həmin məktub icra şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhz həmin tarixdən sonra şikayətçi qeyd edilən qərarın mövcudluğunu bilmiş və qərarı əldə etdikdən sonra şikayət vermişdir. Şikayət məhkəmfyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Bununla da qərarın ona rəsmi qaydada çatdırılması olmasa da, qərar ona məlum olan gündən 10 gün keçməmiş məhkəməyə şikayət vermişdir. Şikayətin dəlilləri üzrə məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X8 "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) qüvvəyə minmədən işəgötürən X9 tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə edilmişdir. Qərar xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokol əsasında tərtib edilmişdir. Lakin şikayətə əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-5/2023 saylı qərarına əsasən barəsində inzibati tənbeh tətbiq edilmiş X2 hazırkı iş üzrə təqsirli bilindiyi əməl üzrə inzibati xətanın törədilib-törədilməməsinə qiymət verilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-339/2023 saylı qərarı ilə şikayəti təmin etməmişdir, rayon məhkəməninin qərarı qüvvəsində saxlanılmışdır. Həmin işin hazırkı iş üzrə əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin tələblərinə əməl edilmədən yazılı əmək müqaviləsi X8 ilə bağlanmamış və o, müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin protokol hüquqi şəxs barəsində işə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin işə məhkəmədə baxılmış və Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-5/2023 saylı qərarına əsasən "xxxx" MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda müəyyən edilmişdir ki, X3 "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) qüvvəyə minmədən işəgötürən X9 tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi öz təsdiqini tapmamışdır. Göründüyü kimi iş üzrə preyudisial əhəmiyyətli yuxarıda qeyd edilən məhkəmə qərarına görə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin X4 müqavilə qanuni qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilmir. MMC-nin əməlində inzibati xəta tərkibinin mövcudluğunun, MMC-nin inzibati xəta törətməsində təqsirli bilinməsinə dair hər hansı bir sübut mövcud olmamışdır. Həmin qərar qanuni qüvvəsini almışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Lakin hazırkı iş üzrə preyudisial əhəmiyyətli qərarla hazırkı protokolda göstərilən eyni fakt üzrə inzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapmamışdır. İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi "xxxx" MMC-nin direktoru X2 barəsində İXM-nin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2746/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2746/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver