Məhkəmə qərarları › İş №3(004)-2753/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2753/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2753/2022 07.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1984-cü ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 07 iyun 2022-ci il tarixdə saat təxminən 00:15 radələrində Xətai rayonu, H.Aslanov metrosu ətrafında “Mercedes” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən polis əməkdaşı onu saxlayaraq ona yaxınlaşıb özünü təqdim etmiş, sənədlərini təqdim etməsini xahiş etmişdir. Yoxlama zamanı ondan kəskin spirtli içki qoxusu gəldiyinə görə patrul maşınında sertifikatlı alkotesterlə müayinə etməyi təklif etdilər. Sürücü spirtli içki qəbul etdiyini və alkotesterə nəfəs verməkdən imtina etmişdir. Polis əməkdaşları onu Yasamal rayonunda yerləşən sərxoşluq təyini məntəqəsinə gətirmişlər, o, alkotesterə nəfəs verməkdən imtina etmiş, polislərlə mübahisə etmiş, nalayiq sözlərdən, təhqirlərdən istifadə edərək polisin qanuni tələblərinə tabe olmamış, səs küy salaraq nalayiq söyüşlər söymüş, polis əməkdaşları ilə mübahisə etmiş, onu sakitləşdirmək istəsələr də, buna əhəmiyyət verməyərək hərəkətlərini davam etdirmişdir. Bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi tərəfindən 07.06.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, Xətai rayonu, H.Aslanov metrosu ətrafında ona məxsus “Mercedes” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilini sərxoş olduğu üçün ayıq sürücü idarə etmiş, bu zaman polis əməkdaşı onu saxlayaraq ona yaxınlaşıb özünü təqdim etmiş, sənədlərini təqdim etməsini xahiş etmişdir. Yoxlama zamanı ondan kəskin spirtli içki qoxusu gəldiyinə görə patrul maşınında sertifikatlı alkotesterlə müayinə etməyi təklif etdilər. O, sərxoş olduğu üçün xəbəri olmayıb, onu polis əməkdaşları sərxoşluq təyini məntəqəsinə gətiriblər, orada ondan sərxoş olub-olmadığını soruşmuşlar, o, isə bildirmişdir ki, sərxoşdur. Ondan sonra nə baş verib xatırlamır. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə inspektoru Xəyal Alılı məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 07 iyun 2022-ci il tarixdə saat təxminən 00:15 radələrində Xətai rayonu, H.Aslanov metrosu ətrafında “Mercedes” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən polis əməkdaşı onu saxlayaraq ona yaxınlaşıb özünü təqdim etmiş, sənədlərini təqdim etməsini xahiş etmişdir. Yoxlama zamanı ondan kəskin spirtli içki qoxusu gəldiyinə görə patrul maşınında sertifikatlı alkotesterlə müayinə etməyi təklif etdilər. Sürücü spirtli içki qəbul etdiyini və alkotesterə nəfəs verməkdən imtina etmişdir. Polis əməkdaşları onu Yasamal rayonunda yerləşən sərxoşluq təyini məntəqəsinə gətirmişlər, o, alkotesterə nəfəs verməkdən imtina etmiş, polislərlə mübahisə etmiş, nalayiq sözlərdən, təhqirlərdən istifadə edərək polisin qanuni tələblərinə tabe olmamış, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 07.06.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 01:38 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar