Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2761/2022 07.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında qərarı qəbul etmiş Bakı Şəhəri Yasamal Rayon polis İdarəsinin 28-ci polis bölməsinin nümayəndəsi polis sahə inspektoru X7, Zərərçəkmiş şəxs X15, X1 və onun vəkili X8 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin 23 aprel 2022-ci il tarixli MN seriyalı 10455690 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Yasamal RPİ-nin 28-ci PB-nin 23 aprel 2022-ci il tarixli MN seriyalı 10455690 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, o 15 iyul 2021-ci il tarixdə tarixdə X10 ayrılmışdır. Bu nigahdan qızı X6 dünyaya gəlmişdir. Yasamal Rayon Məhkəməsinin qərardadı ilə ona həftənin şənbə günləri 3 saat ünsiyyət hüququ verilmişdir. Növbəti xx.xx.2022-ci il tarixində övladı ilə görüş zamanı icra hərəkətlərində iştirak etmə ixtiyarı olmayan, icra məmurlarının göz yumması nəticəsində təmamilə kənar şəxs olan və qarşı tərəfin bilərəkdən maneçilik törətmək üçün özləri ilə bütün görüşlərə gətirdiyi Bədirov Namiq onu övladının şəklini çəkdiyi üçün kobud ifadələrlə, küçə söyüşləri ilə təhqir etmişdir. O da Bədirov Namiqə ata olduğunu və buna haqqının olduğunu bildirdikdə üzərinə hücum çəkmiş sonda icra məmurları tərəfindən binadan uzaqlaşdırılmışdır. O dərhal bu barədə 102 Polis xidmətinə şikayət etmişdir. Bədirov Namiqdə eyni xarakterli şikayət etmişdir. 28-ci Polis bölməsində şikayəti ilə bağlı izahat yazmış və oradada hadisəni olduğu kimi şəffaf qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə 28-ci Polis bölməsi ona yazılı məktubla məlumat vermişdir ki, onun şikayəti mülki məsələ olduğu üçün məhkəməyə müraciət etməlidir və onun barəsində də inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləki həmin tarixdə hadisə Polis bölməsinin bildirdiyi kimi olmamışdır, işin faktiki halları düzgün araşdırılmamışdır və törətmədiyi əmələ görə onu inzibati məsuliyyətə cəlb etmişlər. Onun qanunvericiliyin tələbinə görə bu qərardan şikayət vermək hüququ vardır. Göstərilənləri nəzərə alaraq 28-ci Polis bölməsinin sahə rəisi Şahverənov Nizami tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarını onun əməlimdə heç bir inzibati xəta tərkibi olmadığına görə və inzibati xəta hadisəsi törətmədiyinə görə ləğv edib icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən qəbul edilmiş qərar qanunvericiliyə ziddir. Belə ki, o həmin vaxt hər hansı bir xuliqanlıq əməli törətməmiş, X21 qarşı nalayıq ifadələr işlətməmişdir. Göstərilənlərə əsasən Yasamal RPİnin 28-ci PB-nin 23 aprel 2022-ci il tarixli MN seriyalı 10455690 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 RPİ-nin 28-ci PB-nin 23 aprel 2022-ci il tarixli MN seriyalı 10455690 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X22 izahatında göstərmişdir ki, Rahim Sadıqlını uzun müddətdir tanıyır. Rahim onun dostu olan X19 İsayevanın keçmiş həyat yoldaşıdır. O dostu Aydın İsayevin etibarnamə əsasında nümayəndəsi kimi onun nəvəsi olan iki yaşlı Fatiməyi-Məsumə Sadiqlını hər həftənin şənbə günü saat 14:00-dan 17:00-dək olan müddət ərzində atası Rahim Sadıqlı ilə görüşə gətirir. Uşaqla görüş Yasamal Rayon İcra Şöbəsinin inzibati binasında olur. xx.xx.2022-ci il tarixdə Rahim qızı Fatiməyi-Məsumə ilə növbəti görüş keçirilərkən Rahim Sadıqlı uşağı götürüb icra şöbəsindən çıxan zaman o Rahimin arxası ilə gedərək ona uşaqla birgə binaya daxil olmasını tələb etdikdə Rahim Sadıqlı onu nəlayiq şəkildə təhqir etmişdir. Bundan sonra Rahim icra məmurlarının həmin yerə gəldiklərini gördükdə məcbur olaraq binaya daxil olmuşdur. Göstərilənlərin nəzərə alaraq Yasamal RPİ-nin 28-ci PB-nin 23 aprel 2022-ci il tarixli MN seriyalı 10455690 nömrəli inzibati tənbeh vermə haqqında qərarının tam əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərarı qəbul etmiş Bakı Şəhəri Yasamal Rayon polis İdarəsinin 28-ci polis bölməsinin nümayəndəsi polis sahə inspektoru X17 hadisə baş verən zaman orada olmadığını sadəcə tərəflərin ifadələrini alaraq toplanmış materialı aidiyyatı üzrə təhvil verdiyini bildirmişdir. Bundan sonra 28-ci PB-nin sahə rəisi X12 tərəfindən protokol tərtib edilmiş, 28-ci polis bölməsinin rəisi tərəfindən X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənləri nəzərə alaraq X20 barəsində 28-ci PB tərəfindən qəbul edilmiş 23 aprel 2022-ci il tarixli MN seriyalı 10455690 nömrəli inzibati tənbeh vermə haqqında qərarının tam əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Yasamal RPİ-nin 28-ci PBnin 23 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasən X20 xx.xx.2022-ci il tarixdə xırda xuliqanlıq etmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Yasamal RPİ-nin 28-ci PB-nin 23 aprel 2022-ci il tarixli MN seriyalı 10455690 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X20 barəsində tərtib edilmiş 23 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X29 Rayon Məhkəməsinin binasında İcra şöbəsinin işçilərinin iş reyimini, ictimai asayişi pozmuş, icra məmurunun etdiyi tələbi yerinə yetirməkdən boyun qaçırtmış, körpənin babası X13 nümayəndəsi Namiq Bədirovu nalayiq söyüşlərlə söyüb təhdid və təhqir etmişdir. X20 - Yasamal Rayon İcra Şöbəsində iş reyimi pozduğuna, keçmiş icra məmurunun tələbini yerinə yetirmədiyinə, məhkəmənin qarşısında ictimai asayişi pozaraq Namiq Bədirovu nəlayiq söyüşlərlə təhqir etdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2022-ci il tarixdə MN ******* nömrəli inzibati protokol tərtib edilərək 50 manat cərimə təyin olunmuşdur. Bununla da, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara, eləcədə zərərçəkmiş şəxsin ifadəsinə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Yasamal RPİ-nin 28-ci PB-nin 23 aprel 2022-ci il tarixli MN seriyalı 10455690 nömrəli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2761/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2761/2022
07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver