Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2766/2021 28.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Nizami rayonu, N.Naxçıvanski küçəsi ev 24, mən 2-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 28.10.2021-ci il tarixdə Yasamal rayonu Sefəddin Dağlı küçəsində 90TS273 nömrəli Honda avtomobilin sürücüsü X3 etibarnamə olmadan həmin avtomobil idarə etməsinə görə DYP əməkdaşları tərəfindən saxlanılarkən və həmin avtomobildə qanuni icazə alınmadın reklam yerləşdirildiyinə görə, avtomobilin siqnal idarəsinin duracağına yerləşdirilməsini həmin sürücüdən DYP əməkdaşları tələb etsələr də, Şəxs həmin yerə gələrək özünü Orxan adlı şəxs kimi təqdim edərək DYP əməkdaşlarının bu tələblərinin yerinə yetirilməsinə maneçilik törətmiş, avtomobilin sürücüsünün avtomobili duracağa aparılmasına maneə törətmişdir. Polislərlə mübahisə etmiş, polisləri kameraya çəkərək vəzifəlirinin icrasına maneçilik törətmişdir. Bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən 28.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o heç bir inzibati xəta törətməmişdir. Özü Bolt şirkətində işləyir. X3 ona zəng edərək bildirmişdir ki, DYP əməkdaşları onu saxlayıb avtomobili duracağa aparmaq istəyirlər. o da həmin yerə gələrək polislərə bildirmişdir ki, yerində protokol tərtib edib avtomobildə rəsmi icazə alınmadan yerləşdirilmiş reklamı sökə bilərlər, buna görə də avtomobilin duracağa aparılmasına mane olmuşdur. Bu səbəbdən də polislərlə onun arasında mübahisə yaranmışdır. Polislərə bu tələblərinin qanunsuz olduğunu izah etmək istəmişdir. Bundan sonra DYP əməkdaşları ona tabesizlik göstərdiyini bildirib, hadisə yerinə PPX əməkdaşları çağırmışlar. Ora gələn PPX əməkdaşları onları 26-cı polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ DYPİ-yə bilavasidə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru X2 bildirdi ki, xidmətdə olarkən 28.10.2021-ci il tarixdə saat 12:30 radələrində Yasamal rayonu Sefəddin Dağlı küçəsində 90TS273 nömrəli Honda avtomobilin sürücüsü X3 etibarnamə olmadan həmin avtomobil idarə etməsinə görə saxlanılarkən və həmin avtomobildə qanuni icazə alınmadın reklam yerləşdirildiyinə görə, avtomobilin siqnal idarəsinin duracağına yerləşdirilməsini həmin sürücüdən tələb etsələr də, sürücü başqa bir adama zəng etmişdir. Bir müddət sonra həmin yerə Şəxs gələrək özünü Orxan adlı şəxs kimi təqdim edərək onların bu tələblərinin yerinə yetirilməsinə maneçilik törətmiş, sürücünün avtomobili duracağa aparmasına mane olmuş, avtomobilin duracağa aparılmayacağını bildirmişdir. Polislərlə mübahisə etmiş, polisləri kameraya çəkərək vəzifəlirinin icrasına maneçilik törətmişdir. Buna görə də onlar hadisə yerinə PPX əməkdaşları çağırmışlar, bundan sonra həmin şəxsləri 26-cı PB-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ DYPİ-yə bilavasidə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X4 məhkəmədə dindirilmiş şahid E.Məmmədovun ifadəsinə uyğun izahat vermişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinin sahə rəisi X5 izahatında bildirdi ki, Şəxs 28.10.2021-ci il tarixdə Yasamal rayonu Sefəddin Dağlı küçəsində 90TS273 nömrəli Honda avtomobilin sürücüsü X3 etibarnamə olmadan həmin avtomobil idarə etməsinə görə DYP əməkdaşları tərəfindən saxlanılarkən və həmin avtomobildə qanuni icazə alınmadın reklam yerləşdirildiyinə görə, avtomobilin siqnal idarəsinin duracağına yerləşdirilməsini həmin sürücüdən DYP əməkdaşları tələb etsələr də, Şəxs həmin yerə gələrək özünü Orxan adlı şəxs kimi təqdim edərək DYP əməkdaşlarının bu tələblərinin yerinə yetirilməsinə maneçilik törətmiş, avtomobilin sürücüsünün avtomobili duracağa aparılmasına maneə törətmişdir. Polislərlə mübahisə etmiş, polisləri kameraya çəkərək vəzifəlirinin icrasına maneçilik törətmişdir. Bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı şəhər BPİ DYPİ-yə bilavasidə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru E.Məmmədov və T.Rzazadə tərəfindən tərtib edilmiş 28.10.2021-ci il tarixli Raportla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, raport və özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 gün (səkkiz gün) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 28.10.2021-ci il tarixindən, saat 12:30 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2766/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2766/2021
28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver