Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2766/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1981-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, vət. Şəxs M.Müşfiq küçəsi ilə İ.Qutqaşınlı küçəsinin kəsişməsində polisin qanuni əmrinə tabe olmamışdır. Protokolun tərtib edilməsinə əsas olmuş iş materiallarında olan BBPİ-nin DYP-nin YPXA-nın X tağımının baş inspektoru X2 26-cı Polis Bölməsinin ünvanına tərtib etdiyi raportda göstərilir ki, 15 may 2023-cü il tarixdə təxmini saat 16:50 radələrində M.Müşfiq küçəsi ilə İ.Qutqaşınlı küçəsinin kəsişməsində xidmətdə olarkən **-PF-*** olan nəqliyyat vasitəsinin sürücüsü Şəxs işıqforun qadağanedici “qırmızı” işığında hərəkətini davam etdirdiyinə görə saxlanıldı. Əməkdaş vətəndaşa yaxınlaşıb özünü təqdim edib qayda pozuntusunu izah edib sənədlərini təqdim etməsini xahiş etdi. Sürücü pozuntunu inkar etsə də videogörüntü təqdim etdikdən sonra inzibati protokol tərtib olunmamasını aqressiv şəkildə tələb edirdi. Polisin qətiyyətini görüb ünvanlarına maşında olan sərnişinin yanında lüzumsuz ifadələr işlədərək (Allah bəlanı versin, burnundan gəlsin, tülkü) və sair ifadələr işlədərək avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmaq istəsə də, buna biganə qala bilməmişlər. Sürücünü Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə gətirmişlər, həmçinin avtomobilini təhvil vermişlər. Bununla da protokol tərtib etmiş səlahiyyətli orqan hesab etmişdir ki, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. İş materiallarındakı xx.xx.2023-cü il tarixli protokola əsasən Şəxs həmin tarixdə saat 17:10 radələrində saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə M.Müşfiq küçəsi ilə İ.Qutqaşınlı küçəsinin kəsişməsində hərəkətdə olan zaman polis əməkdaşları ona saxla əmri vermişlər. O, əmrə tabe olaraq avtomobili saxlamış, daha sonra ona bildirmişlər ki, işıqforun qadağanedici qırmızı işığından keçdiyi üçün, avtomobili duracağa təmin edilməlidir. O, qaydanı pozmadığını, qırmızı işıqdan keçmədiyini bildirmişdir. Polis əməkdaşları onun barəsində protokol tərtib edəcəklərini söyləmişlər, o, isə bununla razılaşmamış, görüntü tələb etmişdir. Bütün göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş şəxs Yasamal RPİ 26-cı PB-nin sahə inspektoru Fərid Abbasov bildirdi ki, protokolu raport əsasında tərtib etmişdir. Belə ki, raporta əsasən Şəxs 15 may 2023cü il tarixdə təxmini saat 16:50 radələrində M.Müşfiq küçəsi ilə İ.Qutqaşınlı küçəsinin kəsişməsində **-PF-*** olan nəqliyyat vasitəsi ilə işıqforun qadağanedici “qırmızı” işığında hərəkətini davam etdirdiyinə görə saxlanıldı. Əməkdaş vətəndaşa yaxınlaşıb özünü təqdim edib qayda pozuntusunu izah edib sənədlərini təqdim etməsini xahiş etmişlər. Sürücü pozuntunu inkar etsə də videogörüntü təqdim etdikdən sonra inzibati protokol tərtib olunmamasını aqressiv şəkildə tələb etmiş. Polisin qətiyyətini görüb ünvanlarına maşında olan sərnişinin yanında lüzumsuz ifadələr işlədərək (Allah bəlanı versin, burnundan gəlsin, tülkü) və sair ifadələr işlədərək avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmaq istəsə də, buna biganə qala bilməmişlər. Sürücünü Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə gətirmişlər, həmçinin avtomobilini təhvil vermişlər. Bu səbəbdən də onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər, həmçinin protokolun tərtib edilməsinə əsas olmuş Raportda qeyd edilənlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. İnzibati xəta törədilməsi sübut olunmur. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin iş üzrə şəxsin idarə etdiyi avtomobillə inzibati xəta törətməsi, YPX əməkdaşının həmin inzibati xətaya görə şəxsi saxlaması, səxsə protokol tərtib edərkən, şəxsin YPX əməkdaşı ilə razı olmaması, inzibati xəta törətməsini mübahisələndirməsi, görüntü tələb etməsi, bununla da şəxsin törətdiyi inzibati xətanı etiraf etməməsi, işin araşdırılması üçün görüntülər tələb etməsi, bununla da inzibati xəta törətmiş şəxsin öz hüquqlarından istifadə etməklə bu xüsusatda protokol tərtib edən şəxslə inzibati xətanın mövcudluğunun mübahisələndirməsi, həmin şəxsin əməlində İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. Ona görə də sürücünün əməlində inzibati xəta tərkibi mövcud olmamışdır. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2766/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2766/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver