Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2767/2021 28.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin polis sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdaş rayonu, Ağdaş şəhəri, Hərbi qəsəbədə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs 28 oktyabr 2021-ci il tarixdə saat 12:30-da Yasamal rayonu, Seyfəddin dağlı küçəsində polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin polis sahə inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o hadisə yerində olmamış, Şəxs ilk dəfə Polis Bölməsində görmüşdür. Polis Bölməsində olan zaman Şəxs polisin bütün qanuni tələblərinə təbe olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 28 oktyabr 2021-ci il tarixdə Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində hərəkətdə olduğu zaman idarə etdiyi “Honda” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol ayrıcını keçmə qaydalarını pozduğu üçün **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən əməkdaşlar tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona sənədlərini təqdim etməsini bildirmiş, o isə yol vərəqəsini həmin polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ondan öz sənədlərini, etibarnaməsini və taksi fəaliyyətinə icazə ilə bağlı digər sənədləri təqdim etməsini istədikdə o həmin sənədlərin üzərində olmadığı bildirərək, sənədlərin gətirilməsi üçün işlədiyi şirkətin müdürünə zəng etmişdir ki, həmin sənədləri oraya gətirsin. Müdürü olan Elçin adlı şəxs ora gələrək sənədləri gətirmiş və həmin sənədləri polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları bu zaman ondan avtomobili müvəqqəti duracağa təmin edilməsini tələb etmiş lakin müdürü ondan bunu etməməsini bildirmişdir. Bundan sonra polis əməkdaşları evakuator çağırmış o isə fikrini dəyişərək özü avtomobili idarə edə biləcəyini bildirmiş və duracağa təmin etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o avtomobilini idarə edərək duracağa təmin etməkdən imtina edən zaman avtomobilin açarları Yol Patrul Xidmətinin əməkaşında olmuş və o polis əməkdaşı tərəfindən onun idarə edilərək duracağa təmin edilməsinə heç bir maneə yaratmamışdır. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 28 oktyabr 2021-ci il tarixində saat 12:30 radələrində Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində xidmətdə olarkən **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən yol ayrıcının keçilməsi qaydalarının pozulması səbəbindən həmin avtomobil saxladılmışdır. Sürücünün şəxsiyyət məlumatları araşdırılarkən onun etibarnaməsinin, taksi fəaliyyəti üçün xüsusi icazəsinin və reklam yayımı üçün xüsusi icazəsinin olmadığı müəyyən edilmiş və sürücüyə avtomobilin müvəqqəti duracağa təmin edilməli olması izah edilmişdir. Bundan sonra sürücü onlara tabesizlik göstərək avtomobilin sahibinə zəng etmişdir. Həmin şəxs gələrək bir neçə sənəd təqdim etmişdir. Həmin sənədlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, sürücünün həmin avtomobili idarə etmək hüququ yoxdur. Bundan sonra X1 avtomobili idarə edərək müvəqqəti dayanacağa təmin etmək təklif olunmuş, lakin sürücü avtomobili müvəqqəti dayanacağa təmin etməkdən imtina etmişdir. Bu səbəbdən evakuator çağırılmış lakin sonradan sürücü fikrinin dəyişərək avtomobilin özü tərəfindən müvəqqəti dayanacağa təmin olunacağını bildirmişdir. Oraya gələn Elçin adlı şəxs isə qanunsuz video çəkiliş apararaq onalrı hədələmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, sürücü özünə məxsus avtomobili idarə edərək duracağa təmin etməkdən imtina edib bir qədər kənarda dayanan zaman həmin avtomobil açarları onda olmuşdur və sürücü onun tərəfindən həmin avtomobili idarə edərək duracağa təmin etməyə maneə yaratmağa cəhd etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Rza-zadə Təbriz Şahin oğlu digər şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. Bakı şəhər BPİ-nin X9 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektorları Məmmədov Elşən və Rza-zadə Təbriz tərəfindən tərtib edilmiş 28.10.2021-ci il tarixli raportdan görünür ki, 28.10.2021-ci il tarixində Seyfəddin Dağlı küçəsində xidmət apararkən “Honda” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol ayrıcı keçmə qaydasını pozduğu üçün **-YP-*** patrul avtomobili ilə onlar tərəfindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb qayda pozuntusu izah edildikdən sonra məlum olmuşdur ki, sürücü nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edir. Qeyri qanuni taksi fəaliyyəti göstərir və qanunsuz olaraq reklam kağızı yapışdırmışdır. Sürücü Şəxs bildirilmişdir ki, nəqliyyat vasitəsi siqnal idarəsinin duracağına yerləşdiriləcək. Sürücü öz növbəsində tabesizlik göstərərək Elçin adlı şəxsə zəng edərək duracağa getməyəcəyini bildirmişdir. Elçin adlı şəxs gələrək özünü Orxan adlı şəxs kimi təqdim edərək qanunsuz çəkilişlər aparmağa başlamışdır. Onları qeyri qanuni iş gördükləri üçün məhkəməyə verəcəyini hədə qorxu ilə bildirmişdir. Yasamal Rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri Əzizov İsmət, Tomtuyev Cümşüd və Ələkbərov Qaib tərəfindən tərtib edilmiş raportdan görünür ki, 28.10.2021-ci il tarixdə saat 12:30 radələrində xidmət apararkən şəfəqin göstərişi ilə Seyfəddin Dağlı küçəsinə yaxınlaşıb Yol Polis 451 nömrəli DYP-nə köməklik göstərib oradakı şəxsləri 26-cı polis bölməsinə təmin etmişlər. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxslər X6 və Şəxsdur. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Belə ki aşağıdakılara əsasən şəxsin törətdiyi əməl kimi göstərilmiş və şəxsə qarşı tərtib edilmiş protokolda göstərilmiş əməldə inzibati xəta tərkibi yoxdur. “Yol-patrul xidməti haqqında” təlimatın “xüsusi texniki vasitələrdən və evakuatordan istifadə qaydası” haqqında 5-ci maddəsinin 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırıldıqda nəqliyyat vasitəsinin duracağa aparılması onun sürücüsü tərəfindən təmin edilir. Həmin nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı, yaxud sərxoş vəziyyətdə olduğu hallarda, habelə o, avtomobilinin YPX inspektoru tərəfindən idarə olunaraq duracağa aparılmasına etiraz etdikdə avtomobil evakuator vasitəsi ilə duracağa aparılır. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Şəxsin saxlanıldığı vaxtdan 24 saat keçsə də polisin şəxs barədə şübhələri öz təsdiqini tapmamışdır. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs təqsirliliyini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Polis əməkdaşı tərəfindən Şəxs avtomobili idarə edərək müvəqqəti duracağa aparması tələbi qanuni tələb deyildir, çünki Şəxs həmin avtomobili idarə etmək hüququ olmamışdır. Bundan əlavə Şəxs tərəfindən ixtiyari bir kəsə zəng edilməsi tabesizlik kimi qiymətləndirilə biməz. Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları Şəxs xidməti avtomobilinə əyləşməsini və polis bölməsinə getməsini istəyiblər, şəxs bununla razılaşıb və onlarla birlikdə polis bölməsinə gedib. Şəxsin bu əməli də inzibati xəta kimi qiymətləndirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən və onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2767/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2767/2021
28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver