Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2770/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.2-ci maddələri ilə Bakı şəhər Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 327.1 və 333.2-ci maddələri xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, onun barəsində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrarən, xx.xx.2023-cü il tarixdə “Mercedes Benz E 200 minik” markalı **-TL-*** nömrə nişanlı avtomobili Yasamal rayonu ərazisində il ərzində sərxoş halda idarə etmişdir. Həmçinin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozmuşdur. Lakin məhkəmə baxışının nəticəsində şəxsin törətdiyi əməlin İXM-nin 327.1 və 333.1-ci maddələrindəki inzibati xətanın tərkibini yaratdığı müəyyən edilmişdir. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, həqiqətən də yemək vaxtı bir az spirtli içki içmişdir. Bundan sonra avtomobilinə oturub, idarə edərkən yol polisi onu saxlamışlar. Müayinə nəticəsində spirtli içki içməsi müəyyən edilmişdir. Lakin onun barəsində il sərxoş halda avtomobil idarə etməyə görə qüvvəyə minmiş tənbeh qərarı yoxdur. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsinin DYPŞ polis serjantı X4 bildirdi ki, Şəxs 16 may 2023-cü il tarixdə saat 04:05 radələrində “Mercedes Benz E 200 minik” markalı **-TL-*** nömrə nişanlı avtomobili Yasamal rayonu ərazisində sərxoş halda idarə etmişdir. Həmçinin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozmuşdur. Yoxlama zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə də İXM-nin 333.1-ci maddəsi ilə protokol tərtib edilmişdir, ona görə də il ərzində təkrar olduğu üçün onun barəsində İXM-nin 333.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsinin DYPŞ polis serjantı X3 Şəxs əvvəl törətdyi İXM-nin 333.1-ci maddəsi ilə mövcud olan inzibati tənbeh qərarının surətinin məhkəməyə təqdim edilməsi tələb edilsə də, o bildirmişdir ki, həmin protokolun qərarı hazırda mövcud deyildir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə iş materiallarında olan Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli, 1/2662 saylı akta, Avtomobilin saxlanılmaya qəbulu barədə xx.xx.2023-cü il tarixli akta, şəxsin özünün izahatına əsasən müəyyən edilir ki, həqiqətən də Şəxs həmin tarixdə sərxoş halda avtomobil idarə etmişdir. Həmçinin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozmuşdur. Həmçinin protokol tərtib etmiş səlahiyyətli orqan Şəxs əvvəllər də sərxoş halda avtomobil idarə etdiyinə görə barəsində çıxarılmış tənbeh qərarı qanuni qüvvəyə mindikdən sonra il ərzində təkrar törədilməsində təqsirli bilsə də, belə bir tənbeh qərarını məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən Şəxs törətmiş olduğu əməl İXM-nin 327.1 və 333.1-ci maddələrindəki inzibati xətanın tərkibini yaradır. Onun həmin inzibati xətanı törətməsi yuxarıda qeyd edilən sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin hazırkı iş üzrə sürücülük vəsiqəsi iş materiallarında olmamışdır. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. İXM-nin 153.2-ci maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. İXM-in 153.3-cü maddəsinə əsasən xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Ona görə də şəxs sürücülük vəsiqəsinə özündə saxladıqda, icra edilməsi üçün aidiyyəti səlahiyyətli orqana təqdim etmədikdə, tənbeh qərarının qüvvəyə mindiyi vaxtdan müəyyən müddətin keçməsi həmin tənbehin icrasını istisna etmir və qərarın icra müddətinin keçməsi baş vermir. Belə halda İXM-in 145.1.3 və 146.1-ci maddələrində müəyyən edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinin keçməsi baş vermir. Ona görə də barəsində inzibati tənbeh qərarı çıxarılmış şəxs hazırkı qərarın icra olunması üçün sürücülük vəsiqəsini İXM-nin 152.2 - 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana (Baş Dövlət Yol Polisi İdarəsinə) təqdim etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2770/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2770/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver