Məhkəmə qərarları › İş №3(004)-2770/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2770/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2770/2025 22.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, “Fortiori” vəkil bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 18 aprel 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti 30690.00 ABŞ dolları məbləğində olan pul vəsaitini 10 mart 2023-cü il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 30690.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 11 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, “Fortiori” vəkil bürosunun vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının 18 aprel 2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilmişir. Cəmiyyətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi qeyd edilmişdir. Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir ki, Cəmiyyət 30690 ABŞ dolları vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş, iki il keçsə də, vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş, vəsait geri qaytarılmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli köçürmə haqqında ərizədə ödənişin təyinatı hissəsində texniki səhvə yol verilmiş, ödənişin “prepayment” - əvvəlcədən ödəniş olduğu qeyd edilmişdir. Lakin burada ödənişin təyinatının sonradan köçürülən ödəniş olduğu yazılmalı idi. Belə ki, mərkəzi bankın təqdim etdiyi üç gömrük bəyannaməsindən də aydın olur ki, xx.xx.2023-cü il tarixində ümumilikdə 30690 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilmişdir. Həmçinin Cəmiyyət və “X1 ve Gıda Dış TİC.LTD.ŞTİ.” arasında bağlanılan müqaviləyə əlavə 1-də qeyd edilmiş malların növləri və sayı da gömrük bəyannamələrindəki məlumatlarla uyğunluq təşkil edir. Bəyannamələr və ödəniş tapşırığında qeyd edilən detallar eyni müqaviləyə dair eyni alqı-satqı əməliyyatına məxsusdur. Belə ki, ölkəyə gətirilən mallar üzrə gömrük bəyannamələrinin detallarından aydın olur ki, CDF-SC-0027 nömrəli müqavilə üzrə Barite 4.2 növlü, 132 ədəd mal ölkəyə idxal edilmiş, daha sonra xx.xx.2023-cü il tarixində malların ödənişi icra edilmişdir. Beləliklə, təqdim edilən sübutlar birgə araşdırıldıqda, müqavilə nömrəsi, malların növü, sayı və qiyməti bütün sənədlərdə, o cümlədən gömrük bəyannaməsində eyni olduğu və həmin bəyannamələr üzrə ölkədən çıxarılmış 30690 ABŞ dolları vəsaitin qarşılığında malların ölkəyə gətirildiyi aydın olur. Həmçinin Şəxs QSC barəsində daha öncə də oxşar iş olmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-819/2025 nömrəli qərarı ilə Yasamal Rayon Məhkəməsinin qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Qeyd etmişdir ki, həmin işdə də eyni formada gömrük bəyannaməsində çatdırılma şərtində texniki xətaya yol verilmişdi. Məhkəmə qərarında qeyd etmişdir ki, gömrük bəyannaməsində texniki səhvə yol verildiyinə və ödəniş təyinatının avans olaraq yazılmasına görə inzibati xətanın tətbiqi əsassızdır. Cəmiyyətin təqdim etdiyi sənədlərdən məlum olur ki, ölkəyə əvvəlcə mallar idxal edilmiş, daha sonra həmin malların ödənişi edilmişdir. Bu zaman nə dövlət maraqlarına ziyan vurulmuş, nə də ölkədə maliyyə sabitliyi pozulmuşdur. Beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsi ilə əlaqəli isə heç bir sübut, şübhəli məqam yoxdur. Belə olan halda, məhkəmənin inzibatı tənbeh tədbirinin tətbiqi barədə qərar qəbul etməsi əsassız və qanunsuzdur. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 mart 2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs CDF” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30690.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 10 mart 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 12 mart 2025-ci il tarixli, 5-29/1054-25 saylı məktubdan görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin qabaqcadan ödənişlər aparıldığı gündən 02 il müddət tamam olmasına baxmayaraq malları ölkəyə idxal olunmamış, xidmətləri göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğləri geri qaytarmamışdır. İnzibati xəta haqqında 18 aprel 2025-ci il tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti 30690.00 ABŞ dolları məbləğində olan pul vəsaitini 10 mart 2023-cü il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 30690.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. 10 mart 2023-cü il tarixli, CDF-SC-0027 nömrəli satış və alış müqaviləsindən görünür ki, həmin müqavilə bir tərəfdən Şəxs QSC (alıcı) və digər tərəfdən “Keskinogulları” arasında xx.xx.2023-cü il tarixində imzalanmış, həmin müqavilənin ödəniş şərtlərini nəzərdə tutan 4.1ci bəndinə əsasən alıcı satıcıya ümumi müqavilə dəyəri, yəni 30690 ABŞ dolları (otuz min altı yüz doxsan ABŞ dolları) ödəyir. xx.xx.2023-cü il tarixli gömrük bəyannamələrindən görünür ki, xx.xx.2023-cü il tarixdə ümumilikdə 30690 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”nın 4.3..1.3.-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüququ məsuliyyət müəyyən edilmişdir. İdxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özü-özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “AR İXM -nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair“ 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətamın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxsin inzibarti məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydaları ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər. (məsələn:forsmojor, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.) Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla, barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, inzibati protokol tərtib etmək səlahiyyəti olan orqan həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İXM-nin tələblərinə uyğun müəyyən etməlidir. Şəxs QSC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, iş materiallarına əlavə edilmiş 10 mart 2023-cü il tarixli, CDF-SC-0027 nömrəli satış və alış müqaviləsindən görünür ki, həmin müqavilə bir tərəfdən Şəxs QSC (alıcı) və digər tərəfdən “Keskinogulları” arasında xx.xx.2023-cü il tarixində imzalanmış, həmin müqavilənin ödəniş şərtlərini nəzərdə tutan 4.1-ci bəndinə əsasən alıcı satıcıya ümumi müqavilə dəyəri, yəni 30690 ABŞ dolları (otuz min altı yüz doxsan ABŞ dolları) ödəyir. Həmçinin xx.xx.2023-cü il tarixli gömrük bəyannamələrindən görünür ki, xx.xx.2023-cü il tarixdə ümumilikdə 30690 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilmişdir. Buradan da açıq-aydın görünür ki, tərəflər arasında razılaşmaya (müqavilədə nəzərdə tutulmuşdur) əsasən əvvəlcə xx.xx.2023-cü il tarixdə mallar ölkəyə idxal edilmiş, daha sonra isə Şəxs QSC tərəfindən qarşı şirkətə xx.xx.2023-cü il tarixdə ödəniş edilmişdir ki, bu hal inzibati xəta tərkibinin olmasını istisna edir. Həmçinin o da qeyd edilməlidir ki, gömrük bəyannaməsində səhvə yol verilərək ödəniş təyinatının avans olaraq yazılması texniki səhv kimi olmuşdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs QSC-nin 30690.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 10 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən əvvəl, yəni 06 mart 2023-cü il tarixdə malların ölkəyə idxal edildiyini, bununla bağlı tərəflər arasında müqavilənin mövcud olduğunu nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar