Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2771/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1, tələbkar X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, 8H ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonunun ərazisində yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10987/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-195/2016 nömrəli xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-694/2017 saylı, xx.xx.2017-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1328/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6680/2021 saylı, xx.xx.2021-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-354/2018 saylı, xx.xx.2018-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11149/2016 saylı, xx.xx.2016-cı il tarixli,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-40/2017 saylı, xx.xx.2017-cı il tarixli,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-5648/2017 saylı, xx.xx.2017-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1231/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10987/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 250000 ABŞ dolları məbləğində əsas borc 20040 ABŞ dolları faiz olmaqla, cəmi 270040 (iki yüz yetmiş min qırx) ABS dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), nümayəndəyə çəkilmiş 500 (beş yüz) manat xərc və 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı X22 ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-195/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, cavabdehlər Şəxs və "xxxx" MMC-dən müştərək qaydada K0481 saylı kredit müqaviləsi üzrə cəmi 2 332 205,27 manat, xx.xx.2012-ci il tarixli, K0617 saylı kredit müqaviləsi üzrə cəmi 896 851,99 manat, xx.xx.2014-cü il tarixli, K0948 saylı kredit müqaviləsi üzrə cəmi 1 701 421,11 manat olmaqla, ümumilikdə 4 930 478,17 (dörd milyon doqquz yüz otuz min dörd yüz yetmiş səkkiz manat, otuz yeddi qəpik) manat iddiaçı "xxxx" ASC- nin xeyrinə tutulmalıdır. Tutma cavabdeh "xxxx" MMC-yə məxsus "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası, əmlak kompleksi kimi müəssisəyə və həmin müəssisənin girov qoyulmuş avadanlıqlarına yönəldilməli, onlar açıq hərracda satılmalı və satışdan əldə olunan məbləğ hesabına cavabdehlərin iddiaçıya olan borcu ödənilməlidir. "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, 55-ci km, 3-cü yaşayış massivi 3 ünvanındakı inzibati binanın bazar dəyəri 133 099. manat, 3 A ünvamndakı xidmət binasının, anbarın bazar dəyəri isə 501 972 manat olmaqla, qeyri- yaşayış binası, əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti cəmi (133 099+501 972=635 071) 035 071 (altı yüz otuz beş min yetmiş bir) manat, həmin müəssisənin girov qoyulmuş avadanlıqlarının ilkin satış qiyməti isə 5 115 747 (beş milyon yüz on beş min yeddi yüz qırx yeddi) manat müəyyən edilməlidir. İddia ərizənin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumlarına görə 104,3 (bir yüz dörd manat, uluz qəpik) manat və keçirilmiş ekspertiza xərclərinin dəyəri 150 (bir yüz əlli) manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-694/2017 saylı, xx.xx.2017-cı il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs xx.xx.2015-ci il tarixli krediti müqaviləsi üzrə 123.751,00 (yüz iyirmi üç min yeddi yüz əlli bir) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı X2 xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1328/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01№-li kredit müqaviləsinə əsasən yaranmış 651631,15 (altı yüz əlli bir min altı yüz otuz bir dollar on beş sent) ABŞ dolları məbləğində əsas, 149.614,90 (yüz qırx doqquz min altı yüz on dörd ABŞ dolları on beş sent) ABŞ dolları ümumilikdə isə 801246,05 (səkkiz yüz bir min iki yüz qırx altı ABŞ dolları, beş sent) ABŞ dolları borc məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 40 (qırx) manat cavabdehlər "xxxx" MMC-dən və Şəxs müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01№li Kredit Müqaviləsi üzrə yuxarıda göstərilən pul tələbləri, ipoteka ilə yüklü edilmiş aşağıda göstərilən əmlaklara yönəldilsin, Abşeron ray. Hökməli qəs. 0.10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 204.3 ümumi 162.8 kv.m yaşayış, 41.5 kv.m köməkçi sahədən ibarət 6 otaqlı fərdi yaşayış evi - 95000,0 (doxsan beş min) manat məbləğində ilkin satış qiyməti ilə açıq hərracda, Bakı şəh. Nəsimi ray. X17 yerləşən 102 saylı fərdi yaşayış evi - 202.000,0 (iki yüz iki min) manat məbləğində ilkin satış qiyməti ilə açıq hərracda, Bakı şəh. Yasamal ray. Yeni Yasamal-1 küç. yerləşən 8R saylı evin 1 saylı mənzili - 255.000,0 (iki yüz əlli beş min) manat məbləğində ilkin satış qiyməti ilə açıq hərracda, Bakı şəh. Yasamal ray. Yeni Yasamal-1 küçəsində yerləşən 8H saylı evin 1 saylı mənzili-250.000,0 (iki yüz əlli min) manat məbləğində ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" ASC- yə ödənilməlidir. İpoteka predmeti olan yuxarıda qeyd olunan əmlaklar hərracda satıldıqdan sonra Abşeron ray. Hökməli qəs. 0.10 ha torpaq sah. yerləşən 2 mərtəbəli 204.3 ümumi 162.8 kv.m yaşayış, 41.5 kv.m köməkçi sahədən ibarət 6 otaqlı fərdi yaşayış evi X10 və X4 tərəfindən, Bakı şəh. Nəsimi ray. X17 yerləşən 102 saylı fərdi yaşayış evi X16 və X23 tərəfindəni Bakı şəh. Yasamal ray. Yeni Yasamal-1 küçəsində yerləşən 8R saylı evin 1 saylı mənzili X11, X18 və X25 tərəfindən, Yasamal ray. Yeni Yasamal-1 küç. yerləşən 8H saylı evin 1 saylı mənzili Şəxs və X19 tərəfindən ən geci 1 (bir) ay ərzində tərk edilərək boşaldılmalıdır. "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2017-ci il tarixli ƏEM/İ 60- 316/17 saylı ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manat pul vəsaitinin 250 (iki yüz əlli) manat hissəsi cavabdehlər "xxxx" MMC-dən və Şəxs müştərək qaydada tutulub, digər 250 (iki yüz əlli) manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutulub "xxxx" MMC-nin hesabına köçürülməlidir. Cavabdehlər Şəxs və "xxxx" məhdud məsuliyyətli cəmiyyətdən ekspertiza xərci 145 (yüz qırx beş) manat, müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6680/2021 saylı, xx.xx.2021-cı il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 102000 (yüz iki min) manat məbləğində pul iddiaçı X12 xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-354/2018 saylı, xx.xx.2018-cı il tarixli icra sənədinə əsasən, ilkin iddia üzrə cavabdeh Şəxs xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 798820 manat borc, illik 5%-lə hesablanmış 119823 manat olmaqla cəmi 918643 (doqquz yüz on səkkiz min altı yüz qırx üç) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 15 (on büş) manat hissəsi ilkin iddia üzrə iddiaçı tutularaq X13 ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11149/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 510.000 (beş yüz on min) ABŞ dolları və həmin məbləğə gecikdirilmiş 5 (beş) ay 22 (iyirmi iki) gün müddət üçün qətnamənin çıxarıldığı gün üçün 15% bank uçot dərəcəsinə əsasən hesablanmış 36.550 (otuz altı min beş yüz əlli) ABŞ dolları faiz olmaqla cəmi 546.550 (beş yüz qırx altı min beş yüz əlli) ABŞ dolları pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı alınıb iddiaçı X20 verilməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 24 (iyirmi dörd) manatı cavabdehə, 6 (altı) manatı isə iddiaçıya aid edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 40/2017 saylı, xx.xx.2017-cı il tarixli icra sənədinə əsasən, mülki iddia qismən təmin olunsun, "xxxx" MMC-nin fəaliyyəti üzrə 256.397 (iki yüz əli altı min üç yüz doxsan yeddi) manat 31 (otuz bir) qəpik məbləğində, "xxxx" MMC-nin fəaliyyəti üzrə 20.977 (iyirmi min doqquz yüz yetmiş yeddi) manat 84 (səksən dörd) qəpik məbləğində, ümumilikdə 277.375 (iki yüz yetmiş yeddi min üç yüz yetmiş beş) manat 15 (on beş) qəpik məbləğində pul vəsaiti Şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-5648/2017 saylı, xx.xx.2017-cı il tarixli məhkəmə əmrinə əsasən, xx.xx.1986-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri,Qaradağ rayonu, ünvan 4 ünvanında qeydiyyatda olan X14, xx.xx.1965-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs/oğlundan və xx.xx.1984-cü ildə ünvan 6 ünvanında qeydiyyatda olan X21 müştərək qaydada 4 905.06 (dörd min doqquz yüz beş manat altı qəpik) əsas borc, 1.854.32 (bir min səkkiz yüz əlli dörd manat otuz iki qəpik) faiz borcu olmaqla, cəmi 6.759.38 (altı min yeddi yüz əlli doqquz manat otuz səkkiz qəpik) manat və 20 manat ödənilmiş dövlət rüsumu tutuiaraq "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1231/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Şəxs 45000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, cəmi 45030 manat (qırx beş min otuz manat) məbləğində pul tutularaq X8 ödənilməlidir. Borcun ödənilməsi barədə Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X3 bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10987/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-195/2016 nömrəli xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-694/2017 saylı, xx.xx.2017-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1328/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6680/2021 saylı, xx.xx.2021-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-354/2018 saylı, xx.xx.2018-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11149/2016 saylı, xx.xx.2016-cı il tarixli,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-40/2017 saylı, xx.xx.2017-cı il tarixli,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-5648/2017 saylı, xx.xx.2017-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1231/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədləri üzrə borclar cavabdeh Şəxs tərəfindən ödənilməmişdir. Borcların ödənilməsi barədə Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Dəfələrlə dəvət olunmasına baxmayaraq Ə. Qasımov şöbəyə gəlməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs azadlıq hüququnun bu gün saat 16:00-dan məhdudlaşdırıldığını bildirərək qeyd etmişdir ki, qeydiyyatda olduğu Yasamal rayonunda yerləşən evini X42 ASC-də olan borclarına görə əldən çıxarmışdır. Hazırda Qaradağ rayonunda yerləşən evdə yaşayır. Bu səbəbdən axtarışda olması ilə bağlı məlumatı olmamışdır. Tələbkarlardan biri X15 2 milyon manat dəyərində 10 sot torpaq vermişdir. Qalan icra vərəqlərindən Paşa banka olan borcundan 600 000 min manat ödəniş etmişdir. Daha sonra bu yaxınlarda 140 min borcundan 2 ədəd 70 minlik avtomobillər alıb verərək borcunu ödəmişdir. Hazırda da hissə-hissə olmaqla ödənişlər edir. Bərəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X24, borcun ödənilməsini tələb edir, əks halda barəsində tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10987/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-195/2016 nömrəli xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-694/2017 saylı, xx.xx.2017-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1328/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6680/2021 saylı, xx.xx.2021-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-354/2018 saylı, xx.xx.2018-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11149/2016 saylı, xx.xx.2016-cı il tarixli,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-40/2017 saylı, xx.xx.2017-cı il tarixli,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-5648/2017 saylı, xx.xx.2017-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1231/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədləri üzrə başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10987/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 250000 ABŞ dolları məbləğində əsas borc 20040 ABŞ dolları faiz olmaqla, cəmi 270040 (iki yüz yetmiş min qırx) ABS dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), nümayəndəyə çəkilmiş 500 (beş yüz) manat xərc və 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı X22 ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-195/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, cavabdehlər Şəxs və "xxxx" MMC-dən müştərək qaydada K0481 saylı kredit müqaviləsi üzrə cəmi 2 332 205,27 manat, xx.xx.2012-ci il tarixli, K0617 saylı kredit müqaviləsi üzrə cəmi 896 851,99 manat, xx.xx.2014-cü il tarixli, K0948 saylı kredit müqaviləsi üzrə cəmi 1 701 421,11 manat olmaqla, ümumilikdə 4 930 478,17 (dörd milyon doqquz yüz otuz min dörd yüz yetmiş səkkiz manat, otuz yeddi qəpik) manat iddiaçı "xxxx" ASC- nin xeyrinə tutulmalıdır. Tutma cavabdeh "xxxx" MMC-yə məxsus "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası, əmlak kompleksi kimi müəssisəyə və həmin müəssisənin girov qoyulmuş avadanlıqlarına yönəldilməli, onlar açıq hərracda satılmalı və satışdan əldə olunan məbləğ hesabına cavabdehlərin iddiaçıya olan borcu ödənilməlidir. "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, 55-ci km, 3-cü yaşayış massivi 3 ünvanındakı inzibati binanın bazar dəyəri 133 099. manat, 3 A ünvamndakı xidmət binasının, anbarın bazar dəyəri isə 501 972 manat olmaqla, qeyriyaşayış binası, əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti cəmi (133 099+501 972=635 071) 035 071 (altı yüz otuz beş min yetmiş bir) manat, həmin müəssisənin girov qoyulmuş avadanlıqlarının ilkin satış qiyməti isə 5 115 747 (beş milyon yüz on beş min yeddi yüz qırx yeddi) manat müəyyən edilməlidir. İddia ərizənin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumlarına görə 104,3 (bir yüz dörd manat, uluz qəpik) manat və keçirilmiş ekspertiza xərclərinin dəyəri 150 (bir yüz əlli) manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-694/2017 saylı, xx.xx.2017-cı il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs xx.xx.2015-ci il tarixli krediti müqaviləsi üzrə 123.751,00 (yüz iyirmi üç min yeddi yüz əlli bir) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı X2 xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1328/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01№-li kredit müqaviləsinə əsasən yaranmış 651631,15 (altı yüz əlli bir min altı yüz otuz bir dollar on beş sent) ABŞ dolları məbləğində əsas, 149.614,90 (yüz qırx doqquz min altı yüz on dörd ABŞ dolları on beş sent) ABŞ dolları ümumilikdə isə 801246,05 (səkkiz yüz bir min iki yüz qırx altı ABŞ dolları, beş sent) ABŞ dolları borc məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 40 (qırx) manat cavabdehlər "xxxx" MMC-dən və Şəxs müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01№-li Kredit Müqaviləsi üzrə yuxarıda göstərilən pul tələbləri, ipoteka ilə yüklü edilmiş aşağıda göstərilən əmlaklara yönəldilsin, Abşeron ray. Hökməli qəs. 0.10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 204.3 ümumi 162.8 kv.m yaşayış, 41.5 kv.m köməkçi sahədən ibarət 6 otaqlı fərdi yaşayış evi - 95000,0 (doxsan beş min) manat məbləğində ilkin satış qiyməti ilə açıq hərracda, Bakı şəh. Nəsimi ray. X17 yerləşən 102 saylı fərdi yaşayış evi - 202.000,0 (iki yüz iki min) manat məbləğində ilkin satış qiyməti ilə açıq hərracda, Bakı şəh. Yasamal ray. Yeni Yasamal-1 küç. yerləşən 8R saylı evin 1 saylı mənzili - 255.000,0 (iki yüz əlli beş min) manat məbləğində ilkin satış qiyməti ilə açıq hərracda, Bakı şəh. Yasamal ray. Yeni Yasamal-1 küçəsində yerləşən 8H saylı evin 1 saylı mənzili-250.000,0 (iki yüz əlli min) manat məbləğində ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" ASC- yə ödənilməlidir. İpoteka predmeti olan yuxarıda qeyd olunan əmlaklar hərracda satıldıqdan sonra Abşeron ray. Hökməli qəs. 0.10 ha torpaq sah. yerləşən 2 mərtəbəli 204.3 ümumi 162.8 kv.m yaşayış, 41.5 kv.m köməkçi sahədən ibarət 6 otaqlı fərdi yaşayış evi X10 və X4 tərəfindən, Bakı şəh. Nəsimi ray. X17 yerləşən 102 saylı fərdi yaşayış evi X16 və X23 tərəfindəni Bakı şəh. Yasamal ray. Yeni Yasamal-1 küçəsində yerləşən 8R saylı evin 1 saylı mənzili X11, X18 və X25 tərəfindən, Yasamal ray. Yeni Yasamal-1 küç. yerləşən 8H saylı evin 1 saylı mənzili Şəxs və X19 tərəfindən ən geci 1 (bir) ay ərzində tərk edilərək boşaldılmalıdır. "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2017-ci il tarixli ƏEM/İ 60- 316/17 saylı ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manat pul vəsaitinin 250 (iki yüz əlli) manat hissəsi cavabdehlər "xxxx" MMC-dən və Şəxs müştərək qaydada tutulub, digər 250 (iki yüz əlli) manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutulub "xxxx" MMC-nin hesabına köçürülməlidir. Cavabdehlər Şəxs və "xxxx" məhdud məsuliyyətli cəmiyyətdən ekspertiza xərci 145 (yüz qırx beş) manat, müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6680/2021 saylı, xx.xx.2021-cı il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 102000 (yüz iki min) manat məbləğində pul iddiaçı X12 xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-354/2018 saylı, xx.xx.2018-cı il tarixli icra sənədinə əsasən, ilkin iddia üzrə cavabdeh Şəxs xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 798820 manat borc, illik 5%-lə hesablanmış 119823 manat olmaqla cəmi 918643 (doqquz yüz on səkkiz min altı yüz qırx üç) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 15 (on büş) manat hissəsi ilkin iddia üzrə iddiaçı tutularaq X13 ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11149/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 510.000 (beş yüz on min) ABŞ dolları və həmin məbləğə gecikdirilmiş 5 (beş) ay 22 (iyirmi iki) gün müddət üçün qətnamənin çıxarıldığı gün üçün 15% bank uçot dərəcəsinə əsasən hesablanmış 36.550 (otuz altı min beş yüz əlli) ABŞ dolları faiz olmaqla cəmi 546.550 (beş yüz qırx altı min beş yüz əlli) ABŞ dolları pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı alınıb iddiaçı X20 verilməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 24 (iyirmi dörd) manatı cavabdehə, 6 (altı) manatı isə iddiaçıya aid edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-40/2017 saylı, xx.xx.2017-cı il tarixli icra sənədinə əsasən, mülki iddia qismən təmin olunsun, "xxxx" MMC-nin fəaliyyəti üzrə 256.397 (iki yüz əli altı min üç yüz doxsan yeddi) manat 31 (otuz bir) qəpik məbləğində, "xxxx" MMC-nin fəaliyyəti üzrə 20.977 (iyirmi min doqquz yüz yetmiş yeddi) manat 84 (səksən dörd) qəpik məbləğində, ümumilikdə 277.375 (iki yüz yetmiş yeddi min üç yüz yetmiş beş) manat 15 (on beş) qəpik məbləğində pul vəsaiti Şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-5648/2017 saylı, xx.xx.2017-cı il tarixli məhkəmə əmrinə əsasən, xx.xx.1986-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri,Qaradağ rayonu, ünvan 4 ünvanında qeydiyyatda olan X14, xx.xx.1965-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs/oğlundan və xx.xx.1984-cü ildə ünvan 6 ünvanında qeydiyyatda olan X21 müştərək qaydada 4 905.06 (dörd min doqquz yüz beş manat altı qəpik) əsas borc, 1.854.32 (bir min səkkiz yüz əlli dörd manat otuz iki qəpik) faiz borcu olmaqla, cəmi 6.759.38 (altı min yeddi yüz əlli doqquz manat otuz səkkiz qəpik) manat və 20 manat ödənilmiş dövlət rüsumu tutuiaraq "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1231/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Şəxs 45000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, cəmi 45030 manat (qırx beş min otuz manat) məbləğində pul tutularaq X8 ödənilməlidir. İşdə olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs vergi borcunun ödənilməsindən yayındığına görə 2016-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmışdır. İş materiallarına əlavə olunmuş “tələbin könüllü icrası haqqında” bildirişlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən Şəxs ünvanına bildirişlər göndərilərək ondan icra sənədlərində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi xahiş olunmuşdur. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncun icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Konvensiyanın 6-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 16 may 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın və qərarın icrası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə və Yasamal Rayon icra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2771/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2771/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver