Məhkəmə qərarları › İş №3(004)-278/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-278/2021

13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-278/2021 13.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1990-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Lerik rayonu Lerik şəhəri İ.Yaqubov küçəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal rayonu Şərifzadə küçəsi 148 ünvanında yerləşən Piazza İtalia geyim mağazasında karantin qaydalarını pozaraq fəaliyyət göstərdiyi üçün Şəxs barəsində İXMnin 211.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, protokolaa razı deyil, inzibati xəta törətməmişdir. Belə ki, mağaza bir çox fəaliyyət istiqamətləri ilə məşğuldur. Mağazada ərzaq malları satılır. ərzaq mallarının satışına da icazə vardır. Mağazada geyim paltarları olsa da, həmin paltarlar mağazadan satışı həyata keçirilmir, həmin paltarlar onlayn satılır. Mağazada yalnız müştərilərə ərzaq malları satılır. Mağazada ərzaq mallarının satılmasına dair fotoşəkillər də mövcuddur, həmin fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Yasamal rayonu Şərifzadə küçəsi 148 ünvanında yerləşən Piazza İtalia geyim mağazasında karantin qaydalarını pozaraq geyim paltarları satıldığı üçün, hazırkı Şəxs barəsində protokol tərtib edilib məhkəməyə göndərilmişdir. Ona görə də inzibati tənbeh verilməsini xahiş etdi. İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması əməli inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan müştəri kimi X2 izahatından görünür ki, o xx.xx.2021-ci il tarixdə Piazza İtaliya mağazasından paltar alarkən polis əməkdaşları mağazaya daxil olub, karantin rejimi qaydalarının pozulduğunu bildiriblər. Bununla da sübut olunur ki, inzibati xəta törədilmişdir. Hazırkı inzibati xəta haqqında protokol Şəxs barəsində tərtib edilmişdir. Həmin protokol onun barəsində fiziki şəxs kimi tərtib edilmişdir. Protokolda Şəxs vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsi ümumiyyətlə qeyd edilməmiş, onun vəzifəli şəxs olması protokolda göstərilməmişdir. Həmin protokola əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kimi və inzibati xətanı fiziki şəxs kimi Şəxs tərəfindən törədildiyi göstərilmişdir. Həmçinin protokolda fiziki şəxs kimi Şəxs aid fərdi məlumatlar qeyd edilmişdir. Həmin şəxsin hər hansı vəzifəli şəxs olması, müəssisənin rəhbəri kimi barəsində protokol tərtib edilməsi və inzibati məsuliyyətə məhz vəzifəli şəxs kimi cəlb edilməsi, protokolda öz əksini tapmamışdır. Bundan əlavə protokol və materialların məhkəməyə göndərilməsi barədə Yasamal RPİ 27-ci PB-nin xx.xx.2021-ci il tarixli, 095-467 saylı məktubunda da vətəndaş Şəxs barəsində İXM-nin 211.1-ci maddəsi ilə toplanılmış inzibati xəta haqqında materialın məhkəməyə göndərilməsi öz əksini tapmışdır. Yuxarıda göstərilənlərə əsasən, belə bir vəziyyətdə onun vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsi də mümkün deyildir. Həmçinin protokol məhz Şəxs barəsində tərtib edildiyindən, hazırkı iş üzrə hər hansı bir hüquqi şəxs barəsində də inzibati tənbeh tətbiq edilə bilməz. Çünki hazırkı inzibati xəta haqqında icraat hüquqi şəxs barəsində aparılmır. Beləliklə Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, iş materiallarındakı X2 yazılı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 manat (dörd yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar