Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-278/2024 06.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X1, Şikayətçi "xxxx" ASC-nin idarə heyətinin sədri X4 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" ASC-nin idarə heyətinin sədri X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" ASC-nin idarə heyətinin sədri X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN yanında X13 Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində təqsirli bilinərək barəmdə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında Qərar tərtib edilmişdir. Qeyd olunan qərar tərtib olunarkən, tərəflərindən X3 şikayətinin əsassız olmasına dair müvafiq sübutlar təqdim edilməsinə baxmayaraq, bu hallar ətraflı araşdırılmamış və inzibati xəta törətməkdə təqsirli hesab edilərək barəmdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilən qərar xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır, buna görə də aşağıda göstərilən səbəblərdən ləğv edilməlidir. TuranBank ASC-nin Zaqatala filialının, Əməliyyatlara nəzarət şöbəsinin, X10 bölməsinin baş mütəxəssisi X8 xx.xx.2023-cü il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2.a) bəndinə əsasən, öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. A.Məmmədovanın istifadə etmədiyi məzuniyyət günlərinin sayı 2023/2024-cü il tarixlər üzrə hesablanaraq, məzuniyyət dövrü hesabına 6 gün müəyyən olunmuşdur. İşçiyə AR Əmək Məcəlləsinin 144.2-ci maddəsinin tələbinə əsasən istifadə etmədiyi məzuniyyət pulu, həmçinin müqaviləyə xitam verilənədək hesablanan 14 iş günü üçün son haqq hesab ödənilmişdir. İşçi X13 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək sentyabr və oktyabr ayları üzrə bonusların verilməməsini, eləcə də həftənin qeyri-iş günlərində işə cəlb edildiyini bildirmiş və hüququnun bərpasına köməklik edilməsini xahiş etmişdir. İnzibati orqanda aparılan inzibati icraat işi zamanı, tərəfimizdən işçinin qeyri-iş günündə işə cəlb edilməsi ilə bağlı məlumatın düzgün olmadığı bildirilərək, bununla bağlı işçinin hər hansı sübut təqdim edə bilmədiyi vurğulanmışdır. İnzibati orqan etirazımızı qəbul edərək razılaşmışdır. Şikayətin digər dəlili üzrə sübutlar təqdim etməyimizə baxmayaraq, inzibati orqan inzibati xətalar qanunvericiliyinin prinsiplərinə əməl etməmiş, şikayət verənin mülahizəsinə uyğun araşdırma apararaq, ədalətsiz qərar qəbul etmişdir. Belə ki, Xüsusi olaraq vurğulamaq lazımdır ki, inzibati orqan inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarını kobud şəkildə pozmuşdur. Tərəflərindən inzibati orqana təqdim olunan sübutlar siyahısında X3 2021-2023-cü illər ərzində əldə etdiyi gəlirlər barədə çıxarış təqdim olunmuş, həmin çıxarışda işçiyə hesablanmış əmək haqqı, məzuniyyət və bonuslar barədə məlumatlar aydın şəkildə ifadə olunmuşdur. Bankın “TuranBank ASC-də müştəri xidmətləri strukturlarının əməkdaşlarına satışın nəticələrinə əsasən veriləcək əlavə əmək haqqı üzrə metodiki göstəriş” qaydalaranının 1.5-ci bəndi ümumiyyətlə inzibati orqan tərəfindən nəzərə alınmamışdır. Belə ki, həmin qaydanın 1.5-ci bəndinə əsasən, əməkdaş işdən azad olunarsa, həmin ay üzrə ona əlavə əmək haqqı hesablanmır. Əmək haqqı hesabından çıxarışda göründüyü kimi sentyabr ayına görə işçiyə əlavə əmək haqqı ödənilmişdir. Oktyabr ayının 23 tarixində işdən azad olunduğu və həmin ayı tam işləmədiyi üçün ona həmin aya görə əlavə əmək haqqı verilməmişdir. “TuranBank ASC-də müştəri xidmətləri strukturlarının əməkdaşlarına satışın nəticələrinə əsasən veriləcək əlavə əmək haqqı üzrə metodiki göstəriş”in 1.1-ci bəndindən göründüyü kimi, metodiki göstəriş filiallarda satış nəticələrinə görə əməkadaşların əlavə əmək haqqı hesablanması üçün hazırlanmışdır. Həmin metodiki göstərişin 1.2-ci bəndinə əsasən, əlavə əmək haqqı ƏƏH müəyyən olunmuş göstəricilər əsasında əməkdaşın ay ərzində fərdi, eləcədə kollektiv nəticələri əsasında hesablanan əlavədir. İnzibati orqan tərəfindən qəbul olunan qərarın ikinci hissəsi isə, tərəfimizdən AR Əmək Məcəlləsinin 140 və 172-ci maddələrinin tələblərinin pozulması olmuşdur. İşçinin şikayət ərizəsindən də göründüyü kimi o iki haldan bonus verilməməsindən və qeyri-iş günlərində işə çıxmaqdan şikayət etmişdir. Lakin inzibait orqan bu çərçivədən kənara çıxaraq məzuniyyətin düzgün hesablanmaması qənaətinə gələrək bankı Əmək Məcəlləsini 140-cı və 172 -ci maddələrinin tələbini pozmaqda təqsirləndirərək İXM-nin 192.4-cü maddəsinə əsasən 700 manat cərimə tətbiq etmişdir. Əvvəla hesab edirik ki, şikayətin başqa hallar üzərində qurulmasını nəzərə alaraq inzibati orqan bu həddən kənara çıxmaqda haqlı olmamışdır. Digər tərəfdən Bankın 172-ci maddəyə əsasən təqsirli hesab edilməsi və bu maddənin hansı tələbini pozması qeyrimüəyyəndir. Yəni maddə əmək haqqının verilməsi müddətlərini tənzim edir. Bank tərəfindən isə işçinin əmək haqqısının verilməsi müddəti pozulmamışdır. Belə ki, ən geci hər ayın sonuncu iş günü, sonuncu ayda isə işdən çıxdığı tarixədək ödənilmişdir. Buna görə də İnzibati orqan tərəfindən bankın 172- ci maddədə təqsirli bilinməsi əsassızdır. 140-cı maddəyə gəldikdə, maddənin adından göründüyü kimi norma məzuniyyətin hesablanması və ödənilməsini əhatə edir. 140.1 -ci maddəyə görə məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 140.2-ci maddəyə görə 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Göründüyü kimi inzibati orqan hesab etmişdir ki, işçinin məzuniyyət haqqı ödənilərkən əvvəlki 12 aydan hansındasa tam təqvim ayını işləməmişdirsə (yəni məzuniyyətdə və s səbəbdən işə gəlmədiyi üçün əmək haqqı almamışdırsa) o zaman həmin ay məzuniyyət hesablanarkən nəzərə alınmamalıdır. Yəni həmin ay çıxıldıqdan sonra qalan aylarda işçinin aldığı əmək haqqı toplanmalı, tam işlədiyi faktiki ayların sayma bölünməli və alınan məbləğ 30.4-ə bölünməklə işçinin çıxdığı məzuniyyət günlərinin sayma vurulmalıdır. Beləliklə inzibati orqan yeni hesablama metodu tətbiq etməklə, ümumiyyətlə çaşqınlıq yaratmışdır. Belə ki. 140-cı maddənin 1-ci bəndində işçinin 12 təqvim ayında aldığı əmək haqqının üzərindən hesablanma həyata keçirilməsi tələbi müəyyən edilmişdir. İşçi 12 aydan az işlədikdə isə faktiki aylar üzərindən hesablama həyata keçirilməlidir. İş materiallarından da göründüyü kimi işçi 15 ildən artıqdırkı TuranBankda işləyir, bu halda onun əmək məzuniyyəti haqqı 140.2-ci deyil, 140.1-ci maddəsinə əsasən hesablanmalı, məzuniyyətə çıxdığı vaxtdan əvvəlki 12 ay əsas götürülməklə hesablama aparılmalıdır. Odur ki, inzibati orqanın bu qənaəti tamamilə səhvdir. Bundan əlavə olaraq qeyd etmişdir ki, şikayətçinin ərizəsində yalnız iki hal vurğulanıb, yəni konkret olaraq sentyabr və oktyabr ayında ona müafatın verilməməsi və qeyri- iş günlərində işə cəlb edilməsi. İnzibati orqan isə məzuniyyətin hesablanmaması formasında məsələni araşdırmaqla, şikayətiçinin müraciətində qeyd edilən hallara deyil tamam başqa istiqamətə diqqət yönəltmişdir. Odur ki, bu inzibati xəta haqqında iş üzrə icraatın mahiyyətinə uyğun deyildir. Məhkəmə baxışı zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" ASC-nin idarə heyətinin sədri X4 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X2 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, X11 tərəfindən X3 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmiş və son haqq-hesabın hesablanmasında Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri nəzərə alınmamış və bununla da Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozularaq son haqq-hesab düzgün hesablanaraq ödənilməmişdir. Buna görə də müfəttişliyin xx.xx.2023-cü tarixli, MN ******* saylı qərarı tamamilə qanuni və əsaslı olduğundan şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü tarixli, MN ******* saylı qərardan görünür ki, X11 tərəfindən X3 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmiş və son haqq-hesabın hesablanmasında Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri nəzərə alınmamış və bununla da Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozularaq son haqq-hesab düzgün hesablanaraq ödənilməmişdir. Buna görə də AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən "xxxx" ASC-nin idarə heyətinin sədri X11 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən inzibati orqana təqdim edilmiş X5 2021- 2023-cü il tarixləri arasında əldə etdiyi gəlirlərlə bağlı çıxarışdan görünür ki, X12 2023-cü il üzrə yanvar-oktyabr ayları ərzində "xxxx" ASC-də işləmiş və ona həmin aylar üzrə cəmi 9095.83 (doqquz min doxsan beş manat 83 qəpik) manat əmək haqqı ödənmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Zaqatala filialının xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, X6 bir günlük məzuniyyət pulu 22.20 (iyirmi iki manat 20 qəpik) manat hesablanmaqla son haqq-hesab qismində (6 gün iş günü, 1 gün məzuniyyət və 14 gün məzuniyyətin kompensasiyası olmaqla) ümumilikdə 654.49 (altı yüz əlli dörd manat 49 qəpik) ödəniş olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci bəndinə əsasən “məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir”. 2-ci bəndinə əsasən isə 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 məzuniyyətdən əvvəlki 12 təqvim ayı tam işləmədiyi halda ona məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası düzgün tətbiq edilməmişdir. Başqa sözlə desək əmək məcəlləsinin tələblərinə uyğun olmamışdır və nəticədə İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzşbati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası əmək və inzibati qanunvericiliyinin təməl prinsipləri və müvafiq tələbləri işəgötürən X11. "xxxx" ASC-nin idarə heyətinin sədri X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2023-cü tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" ASC-nin idarə heyətinin sədri X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-278/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-278/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver