Məhkəmə qərarları › İş №3(004)-2780/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2780/2021

30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2780/2021 30.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 oktyabr 2021-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 sentyabr 2021-ci il tarixdə saat 16:30 radələrində “Toyota Corolla” (minik) markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi ilə B.Məcidov küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Corolla” markalı **-XR-*** dövlet qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtomobil ilə piyada X2 vuraraq, ona başın sağ tərəfi əzilmiş yarası və hematoması (yumşaq toxumaarası qan yığılması) kimi YÜNGÜL dərəcəli bədən xəsarətləri yetirmişdir. Bununla da toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmalı, lakin yol-nəqliyyat hadisəsini törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 oktyabr 2021-ci il tarixli qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 20.09.2021- ci il tarixdə saat 16-17 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Corolla” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 28 may metrostansiyası tərəfdən hərəkətə başlayıb Nizami metrostnasiyası istiqamətində gəlmək üçün Zivərbəy Əhmədbəyov küçəsinə daxil olmuşdur. Avtomobili ilə hərəkətini davam etdirib Z.Əhmədbəyov küçəsindən Balababa Məcidov küçəsinə sol tərəfə dönmüşdür. Nizami metrostansiyasının qarşısına keçmək üçün B.Məcidov küçəsi ilə C.Cabbarlı küçəsinin kəsişməsində sağ tərəfindən avtomobillərin gəlməsini gözləmiş, C.Cabbarlı küçəsində avtomobillərin hərəkəti azalmış, o, üzünü sola doğru dönüb avtomobili ilə hərəkət başlayan zaman bir anda sol ön tərəfində qarşısına qadın çıxmış, o, həmin qadına diqqət yetirməyib qadının sol tərəfindən avtomobilinin ön sol hissəsi ilə vurmuşdur. Bu zaman dərhal avtomobilini saxlayıb, avtomobilindən yerə düşüb həmin qadının səhhəti ilə maraqlanmış, həmin qadın baş nahiyəsindən xəsarət aldığı üçün qadını təcili tibbi yardım stansiyasına aparmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 oktyabr 2021-ci il tarixli qərarda zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, 20.09.2021-ci il tarixdə saat 16-17 radələrində yaşadığı evdən çıxaraq yaxınlıqda yerləşən mağazaya ərzaq almaq üçün getmişdir. C.Cabbarlı küçəsində yerləşən mağazaya ərzaq almaq üçün gedib daha sonra yaşdığı evə qayıtmaq üçün piyada C.Cabbarlı küçəsi ilə B.Məcidov küçəsinin kəsişməsində C.Cabbarlı küçəsini yaşadığı Əbilov küçəsi istiqamətində keçmişdir. C.Cabbarlı küçəsinə daxil olub yolu keçən zaman B.Məcidov küçəsində “Toyota” markalı avtomobil yolu C.Cabbarlı küçəsinə sola dönən zaman onun sol tərəfindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra həmin avtomobilin sürücüsü onu avtomobilinə yələşdirərək xəstəxanaya aparmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Məhkəmə Tibbi Ekspertizasının və PA şöbəsin verdiyi 203 nömrəli rəyə əsasən X1 almış olduğu xəsarətlər - başın sağ tərəfi əzilmiş yarası və hematoması (yumşaq toxumaarası qan yığılması) küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 20.09.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törenməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs “Toyota Corolla” (minik) markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 20 sentyabr 2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi ilə B.Məcidov küçəsinin kəsişməsində ehtiyatsızlıq edərək piyada X3 yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-cü maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar