Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2781/2022 13.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsi, ev 15, mənzil 150-də yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə, EP №0033665 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC 44064,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" KB ASC Bankda olan hesabından xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 44064,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi, X2 məhkəmə iclasında protokola qarşı etiraz təqdim edərək bildirmişdir ki, Şəxs MMC (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə Estoniya Respublikasının rezidenti olan “Shark Seafoods OÜ” şirkəti ilə dəniz məhsullarının idxalına dair 2296 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən “Shark Seafoods OÜ” əməkdaşlıq etdiyi dəniz məhsulları istehsalçılarından onların tələblərinə əsasən malları alıb təşkilatlarına göndərmiş, onlar isə aldığı malların dəyərinin bir hissəsini avans, digər hissəsini isə əlavə ödəmələrlə həyata keçirmişlər. Belə ki, sifariş etdiyi mal çeşidlərinə uyğun olaraq tərəflərindən xx.xx.2020-ci il tarixli 74511520(145) saylı ödəniş tapşırığı əsasında “Shark Seafoods OÜ” şirkətinə "xxxx" ASC-də olan dollar hesabından 18000 (on səkkiz min) ABŞ dolları məbləğində avans olaraq pul köçürülmüşdür. Həmin pulun müqabilində “Shark Seafoods OÜ” şirkəti tərəfindən onların ünvanına bağlanmış müqaviləyə, onlara təqdim olunmuş 1285 saylı xx.xx.2020-ci il tarixli commercial İnvoice sənədinə əsasən ümumi dəyəri 62064.0 (altmış iki min altmış dörd) ABŞ dolları dəyərində əvvəlcədən razılaşdırılmış çeşiddə qızılbalıq və Salmon çeşidli balıq məhsulları göndərilmişdir. Həmin balıq məhsulları xx.xx.2020-ci il tarixli yük gömrük bəyannaməsi əsasında tərəflərindən qəbul edilmiş, bu mala görə borclu olduğu 44064.0 (qırx dörd min altmış dörd) ABŞ dolları isə tərəflərindən xx.xx.2020-ci tarixdə tamamilə ödənilmişdir. “Shark Seafoods OÜ” şirkəti özlüyündə distribütör (ticarət agenti) şirkəti olduğu üçün müqavilə ilə onlara göndərdiyi malı “Havorn Sjomat AS” Norveç şirkətindən alıb təqdim etmişdir. Bütün göstərdikləri xx.xx.2020-ci il tarixli yük gömrük bəyannaməsi və təqdim etdiyi digər sənədlərlə tam təsdiq olunmuşdur. Tərəflərindən həmin mallar Azərbaycan Respublikası ərazisinə idxal olunduqdan sonra pulun köçürüldüyü banka təqdim olunmuş, lakin bank onlara izah etmədiyi səbəbdən sənədləri icra üçün qəbul etməmiş, xaricə köçürülmə məbləğlərinin bağlanmasını təmin etməmişdir. Hazırda müzakirə olunan protokol barədə onlara məlumat verilən kimi yenidən banka tərəflərindən yazılı müraciət olunmuş, bu günədək cavab verilərək səbəbi izah edilməmişdir. Eynilə qeyd etmişdir ki, AR X4 Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsinin EP№0033358 saylı xx.xx.2022-ci il tarixli protokolunda da AR İnzibati Xətalar Məcəlləsinin 430.4 maddəsinə əsasən hansı hərəkətlərimizlə inzibati xəta törətməkləri izah olunmamışdır. Eynilə həmin protokol tərtib olunmamışdan əvvəl ünvanlarına heç bir bildiriş, məktub və s göndərilməmiş, heç bir araşdırma aparılmamışdır. Aparılan idxal əməliyyatına dair bütün sənədləri hazırkı araşdırmaya təqdim etməklə bildirmişlər ki, Şəxs MMC-nin idxal əməliyyatı zamanı Azərbaycan Respublikasının heç bir qanunvericiliyi, o cümlədən “Valyuta tənzimi haqqında” AR Qanununun tələbləri pozulmamış, heç bir inzibati xəta törədilməmişdir. Həmin əməliyyatın 18000 ABŞ dollarının xx.xx.2020-ci il tarixli 74511520(145) saylı ödəniş tapşırığı əsasında ödənilməsi ilə əlaqədar AR X4 Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsinin EP№0033358 saylı xx.xx.2022-ci il tarixli protokol üzrə inzibati icraata Yasamal Rayon Məhkəməsinin 3(004)-2386/2022 saylı xx.xx.2022 tarixli qərarı ilə xitam verilmişdir. Mübahisələndirilən yük gömrük bəyannaməsində buraxılmış texniki səhvin aradan qaldırılmasına onların müraciəti əsasında AR Dövlət Gömrük Komitəsində baxılmış və həmin səhv aradan qaldırılmışdır. Yenilənmiş yük gömrük bəyannaməsi ərizəyə əlavə edilir. Əməllərində heç bir inzibati xətanın tərkibi olmadığına və ümumiyyətlə inzibati xəta mövcud olmadığına görə həmin protokol üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan hazırkı protokolda göstərilən Azərbaycan Respublikasından kənara qabaqcadan edilmiş ödəniş barədə xx.xx.2020-ci il tarixli (köçürmə sənədi) ödəniş tapşırığı məlumatlarına əsasən 44064,00 ABŞ dolları məbləğində valyuta xx.xx.2020-ci il tarixli müqavilə əsasında “SHARK SEAFOOD OU” şirkətinə köçürülmüşdür. İş materiallarında olan "xxxx" KB ASC-nin UBM 742 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən Şəxs MMC (**********) UNİBANK KB Biznes Mərkəzində olan AZ84UBAZ**********0160USD001 hesabı üzrə “SHARK SEAFOOD OU” şirkətinə köçürülmüş xx.xx.2020-ci il tarixində 18000 USD və xx.xx.2020-ci il tarixində 44064 USD avans ödənişlərini **********4010 nömrəli YGB əsasında bağlandığını təsdiq etmişlər. Həmçinin məktubda istinad edilən yük gömrük bəyənnamələrinin iş materiallarındakı tarixinə əsasən köçürmə sənədinin tarixindən 2 il keçməmiş mallar ölkəyə idxal edilmişdir. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2781/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2781/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver