Məhkəmə qərarları › İş №3(004)-2787/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2787/2022

24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2787/2022 24.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 və onun nümayəndəsi Vəkil, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 nümayəndəsi Vəkil, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 28 may 2022-ci il tarixində, təqribən saat 16.30 radələrində X2 Nərimanov heykəli istiqamətində Mikayıl Müşfiq küçəsi ilə hərəkət edərkən X5 (Nissan X-Trail, 99SD267) Ələsgər Ələkbərov küçəsi ilə kəsişmədə yol hərəkət qaydalarına riayət edərək sola dönmə üçün icazə verilən yerdən həmin küçəyə dönmə üçün manevr etmək istəmişdir. İ.Hacıyev əks istiqamətli yolda hərəkət istiqamətində gələn nəqliyyat vasitələrinin təqribən 150-200 metr məsafədə olduqlarını və asta sürətlə gəldiklərini gördüyündən ehtiyatla sola dönmə qərarı vermişdir. Manevrə hazırlaşan zaman şikayətçi hərəkət istiqamətindəki yolun sol tərəfində olmuşdur. Şikayətçi dönmək istəyərkən əks istiqamətli hərəkət zolağının əks istiqamətində bir avtobus hərəkətdə olmuş, lakin həmin avtobus şikayətçinin sola dönməsinə mane olmamaq üçün dayanmışdır. Bu zaman əks istiqamətli hərəkət zolağının əks istiqamətində yüksək sürətlə gələn göy rəngli “Kia Optima” markalı avtomobil şikayətçinin idarə etdiyi avtomobillə toqquşaraq qəza yaratmış, şikayətçinin avtomobilinə ciddi zərər dəymişdir. “Kia Optima” markalı maşının sürücüsü yolun əks istiqamətində gəlişini izah edərkən arxada-yəni Parlament prosepekti ilə M. Müşfiq küçəsinin kəsişməsində dayanan DYP əməkdaşlarının bir neçə avtomobilə əks istiqamətdə icazə verdiyini bildirmişdir. Lakin şikayətçi həm hərəkət etdiyi istiqamətdə, həm də sola dönərkən həmin istiqamətdəki yolda heç bir DYP əməkdaşının olmadığını və normal istiqamətlərdə hərəkət edən maşınların dayanmasına göstəriş verilmədiyini bildirir. Beləliklə, həm Nərimanov heykəli istiqamətində hərəkət edən, həm sola dönmə vəziyyətində olan, həm də M.Müşfiq küçəsi ilə kəsişmələrdə yola çıxıb Badamdar istiqamətində hərəkət edən avtomobillər yolun əks istiqamətindəki hərəkətdən xəbərsiz olmuşlar. Nəticədə, qəza hadisəsi baş vermişdir. Daha sonra BŞDYPİ-nin səlahiyyətli şəxsi tərəfindən Hacıyev İlqar barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr) protokol tərtib edilmiş və barəsində inzibati tənbeh vermə haqqında qanunsuz qərar qəbul edilmişdir. Eyni zamanda, qəzanın baş verməsində məsuliyyət daşıyan şəxslər müəyyən edilməmişdir. X5 barədə inzibati xəta üzrə icraat aparılmasına əsas olmuş protokol və onun nəticəsində qəbul edilmiş qərar qanunsuzdur, iş obyektiv və hərtərəfli araşdırılmamış, yaranmış qəza ilə bağlı məsuliyyət daşımalı olan şəxs və ya şəxslər düzgün müəyyən edilməmişdi. Buna görə də şikayətçi barəsində qəbul edilmiş qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılmalı və baş vermiş qəza ilə bağlı məsuliyyət daşıyan şəxs və ya şəxslər müəyyən edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5, nümayəndəsi Vəkil Yusif oğlu tərəfindən verilmiş şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 nümayəndəsi Vəkil Yusif oğlu şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verilən orqanın nümayəndəsi X4 BŞDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarın əsaslı olduğunu bildirərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından görünür ki, X5 xx.xx.2022-ci il tarixdə 16:30-da BŞDYPİ M.Müşfiq küçəsində “Nissan X-trail” minik markalı Az ** SD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə barəsində protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş diskə baxış zamanı X3 xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarda göstərilmiş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar