Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2790/2022 01.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1nu, T.Xəlilbəyli küçəsi, ev 31A ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 518.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus marketdə keçirilmiş yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması aşkar edilmişdir. Protokol və materiallar məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X4 bildirdi ki, qeyd edilən pozuntular olduğu üçün birbaşa hüquqi şəxs barəsində protokol tərtib edilmişdir. Səlahiyyətli orqan tərəfindən həmin protokol tərtib edilənə qədər heç kim barəsində cərimə qərarının şərti tətbiq edilməsinə dair İXM-nin 116-cı maddəsində nəzərdə tutulmuş qərar qəbul edilməmişdir. Həmçinin hüquqi şəxs barəsində səlahiyyətli orqan cərimə qərarı çıxara bilmədiyi üçün, bunu etməmişdir, protokol tərtib edib, birbaşa məhkəməyə göndərilmişdir. Həmçinin eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları mövcud deyildir. Bütün materiallar məhkəməyə təqdim edilmişdir, əlavə hər hansı bir material və sübut yoxdur. Ona görə də məhkəməyə təqdim edilmiş materiallar üzrə MMC barəsində tənbeh qərarı çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası FHN Yanğın Nəzarəti Xidmətinin xx.xx.2022-ci il tarixli, 2426 nömrəli qərarına əsasən X6 üzrə Şəxs MMC, VÖEN **********, ünvan 2 ünvanında planlı (növbəti) Yoxlama aparılmışdır. Aparılan yoxlama nəticəsində Azərbaycan Respublikası FHN Yanğın Nəzarəti Xidməti tərəfindən 2426 nömrəli, xx.xx.2022-ci il tarixli X2 tərtib edilmiş və müayinə zamanı aşağıdakı qanun pozuntularının aşkar edildiyi göstərilmişdir: 1)obyekt üçün təxliyyə planı tərtib olunmayıb; 2) ehtiyyat çıxışlarla təmin olunmayıb; 3) anbar otağı təyinatına uyğun istifadə olunmur. Nəticədə Azərbaycan Respublikası FHN Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi X6 İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 518.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası FHN Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi X6 İdarəsinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli "İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” Qərardadı ilə yuxarıda qeyd edilən protokol üzrə toplanmış materiallar İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsi rəhbər tutularaq məhkəməyə göndərilmişdir. Həm iş materiallarında blə bir sənəd olmadığı üçün, məhkəməyə belə bir sənəd təqdim edə bilmədikləri üçün, həm də səlahiyyətli orqanın nümayəndəsinin məhkəməyə bildirdiklərindən müəyyən edilir ki, hazırkı inzibati xəta haqqında iş üzrə İXM-nin 116-cü maddəsinin tələblərinə əməl edilməmiş, birbaşa hüquqi şəxs barəsində protokol tərtib edilmişdir. Məhkəmə ilk əvvəl qeyd edir ki, həqiqətən də İXM-yə əsasən səlahiyyətli orqanın hüquqi şəxs barədə inzibati tənbeh etmək səlahiyyəti yoxdur, bu səlahiyyət hakimə aiddir. Lakin bu hal heç də o demək deyil ki, hüquqi şəxs barəsində də İXM-nin 518.1-ci maddəsinin tərkibi yaranması üçün və protokol tərtib edilməzdən əvvəl İXM-nin 166-cı maddəsində müəyyən edilmiş tələblərinə əməl edilməməlidir. Əksinə hər bir halda İXM-nin 116-cı maddəsinin tələblərinə əməl edilməlidir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması üçün İXM ilə müəyyən edilmiş tələblərə tam əməl edilməmişdir, bu barədə sübutlar mövcud dyildir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, hüquqi şəxsin protokolda qeyd edilən İXM-nin maddəsi üzrə inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmaması ilə əlaqədar aşağıdakılar qeyd edilir. Belə ki, İXM-nin 518.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması və hüquqi şəxsə münasibətdə əməldə inzibati xəta tərkibinin yaranması və məhz həmin maddəyə əsasən hüquqi şəxsin barəsində inzibati tənbeh qərarının çıxarılması üçün mütləq mənadə həmin maddə üçün xüsusi müəyyən edilmiş İXM-nin 116-cü maddəsinin tələblərinə əməl edilməlidir. Əgər İXM-nin 116cü maddəsinin tələblərinə əməl edilməmişdirsə, onda hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz və inzibati qaydada tənbeh edilə bilməz. Belə ki, İXM-in 116.1-ci maddəsinə əsasən, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İXM-in 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. İXM-in 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İXM-in 116.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Göründüyü kimi, qanunda birbaşa müəyyən edilmişdir ki, şəxs barəsində, o cümlədən də hüquqi şəxs barəsində də İXM-in 518.1-ci maddəsi ilə inzibati protokol tərtib edən orqan əvvəlcə inzibati xətanı törətmiş şəxs (hazırkı iş üzrə hüquqi şəxs barəsində tənbeh tətbiq edə bilmədiyi üçün, həmin xətanı törətmiş fiziki və ya vəzifəli şəxs barəsində) barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarmalı və ona törətdiyi hüquqpozmanı aradan qaldırması üçün vaxt verməli idi. Həmin müddət ərzində barəsində icraat aparılan hüquqi şəxs hüquqpozmanı aradan qaldırarsa, inzibati cəriməni ödəməkdən azad edilməli, əks halda qərarda nəzərdə tutulan inzibati cəriməni ödəməli idi. Hazırkı halda iş materiallarında inzibati orqan tərəfindən belə bir qərar qəbul edilməsi və cərimənin şərti tətbiq edilməsi üçün qeyd edilən şəxslərə vaxt verilməsi müəyyən olunmur. Həmçinin eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları müəyyən edilmir, bu barədə sübutlar mövcud deyildir. Ona görə də yalnız və yalnız İXM-nin 116-cı maddəsində müəyyən edilmiş bu prosedur qaydalara əməl edildikdən sonra İXM-nin 18.2-ci maddəsinə əsasən şərti cərimə edilmiş həmin işçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə olduqda və ya hüquqi şəxsin maraqları üçün törədilmiş olması sübuta yetirilərsə, yalnız bundan sonra hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilə bilərdi. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, göstərilən qaydalara əməl edilmədiyi üçün, İXM-nin 518.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə əməldə inzibati xəta tərkibinin bütün əlamətləri müəyyən edilməmişdir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2790/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2790/2022
01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver