Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2790/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X14 oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru X5, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsindən daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə X2 Bakı şəhəri Yasamal Rayonu ərazisində yerləşən “Nizami Mall-un” içərisində döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru X9 bildirmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə DİN-in "102" Xidmətinə və Yasamal RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət edərək, həmin tarixdə saat təxminən 16:25 radələrində Nizami Mallun içərisində bir nəfər şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bununla bağlı Bakı şəhəri Yasamal RPİ-də araşdırma aparılaraq, müstəntiq Təhmasib Yusifov tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Qeyd edilənləri nəzərə alar Şəxs barəsində inzibati tənbeh növünün seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Nizami Mallda qardaşı X4 ticarətlə məşğul olduğu obyektdə xx.xx.2025-ci il tarixdə saat təxminən 16:20 də ticarət mərkəzində vitirinin qarşısında olarkən X3 ona tərəf yeriyərək toqquşma anı yaşamış, keçib getdikdən sonra təxminən 8 dəqiqə sonra qayıdaraq sən cox şişmisən arxan başın şişib deyərək, şəxsiyyətinə toxunaraq, təhqir etmiş, daha sonra zirzəmidən Molun 1-ci mərtəbəsinə eskalatorla qalxarkən ona əlində olan 1 ədəd apilsin atmış, sonra ünvanına nalayiq ifadələr işlədərək əlində olan apilsin torbasını atdığında aralarında mübahisə yaranmış Qardaşı İbrahim ilə Ramilə arasında mübahisə yarandığı üçün Ramiləni itələmişdir. Lakin o heç kimə təpiklə zərbə vurmamışdır. Yaranmış xəsarət çox güman ki, toqquşma anında baş vermişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, Nizami Molun yaxınlığında qadın salonunda işləyir. xx.xx.2025-ci il tarixdə bacısı X3 ilə Mola alışveriş ücün gedərkən molun zirzəmi hissəsində yerləşən papaq dükanının qarşısından keçən zaman papaq satan satıcının qardaşı Şərifxan ilə bacısının toqquşma anı yaşanmış, keçib getdikdən sonra Şərifxanın onun bacısına “korsan qabağına bax” demişdir. Onlar, əhəmiyyət verməyərək keçib getmişlər, lakin geri dönüşdə Şərifxan zirzəmidən molun 1-ci mərtəbəsinə eskalatorla uca səslə “arıqlamaq sənə lazımdır” deyərək ünvanlarına nalayiq ifadələr işlətməyə başladı. Daha sonra onun qabırğa nahiyyəsinə təpiklə vurmuşdur. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 da izahatında zərəçəkmiş şəxslə eyni məzmunda ifadə verərək, qeyd edilən xüsusatları təsdiq etmişdir. İşdə olan Bakı şəhəri Yasamal RPİ-nin müstəntiqi X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş X1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X1 xəsarət alıb almaması ilə bağlı məhkəmə tibb ekspertizası keçirilmişdir və ekspertizanın xx.xx.2025-ci il tarixli 85 saylı rəyinə əsaən müəyyən edilmişdir ki, R.Qasımovanın sol sağrının qançırı - sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətin olması müəyyən edilmişdir və xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru X9 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, onun barəsində törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2790/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2790/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver