Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2793/2025 05.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Baş X11 İdarəsinin 25 mart 2025-ci il tarixli, EQ seriyalı 26890963 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Baş X11 İdarəsinin 25 mart 2025-ci il tarixli, EQ seriyalı 26890963 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, ona məxsus **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ünvan 1 ünvanında, ATV kanalının yaxınlığında, yüksək dəqiqlikli müşahidə kameralarının əhatə dairəsində nəqliyyat vasitəsini parklamaq qadağan edilməyən, 28 fevral tarixindən etibarən parkladığı ərazidə parklayır. Bir daha vurğulayır ki, məhz qeyd etdiyi ünvanda, ATV telekanalının divar qonşuluğundakı həmin ərazidə nəqliyyat vasitələrinin dayanma, durma əməliyyatını qadağan edən dayanma-durma qadağandır nişanı mövcud deyildir. Daxili İşlər Nazirliyinin elektron səhifəsində elektron kabinetini yoxlayarkən X10 tərəfindən 25 mart 2025-ci il tarixində barəsində inzibati xəta üzrə inzibati tənbeh tədbiri görülməsi haqqında elektron qərar (EQ********) qəbul edilmişdir və 18 azn məbləğində cərimə edilmişdir, lakin bu barədə heç bir rəsmi bildiriş almamışdır. DYP tərəfindən elektron kabinetdə yerləşdirilmiş qərara aid fotolardan biri dayanmadurmanı qadağan edən nişanı əks etdirir, halbuki, məhz nəqliyyat vasitəsinin parklandığı həmin ərazinin başlanğıcında belə bir nişan yoxdur, quraşdırılmamışdır və həmin hissədə uzun müddətdir ki, yerüstü piyada keçid zolağı var və həmin nöqtəyə 5.16.2 saylı Məlumatverici Nişan quraşdırılmışdır. Diqqətə çatdırır ki, nəqliyyat vasitəsi ATV kanalının binasının çöl küncü yaxınlığında, A.M.Şərifzadə küçəsindəki avtobus dayanacağından və ATV-yə gedən giriş xəttinin üzərindəki haqqında bəhs etdiyi yerüstü piyada keçidindən ən azı 20 metr aralıda durmuş olsa da, DYP tərəfindən stasionar kamera məlumatları əsasında tərtib edilmiş protokolların hər birində məkan olaraq Əbdülvahab Salamzadə küçəsi qeyd edilmiş məhəlli xəritə yerləşdirilmişdir. Halbuki qoşmada əlavə edilmiş fotolardan nəqliyyat vasitəsinin parklanma koordinatını (ATV kanalının həyətinin divarı boyunca) müəyyən etmək mümkündür. Yasamal YPX-dən inzibati cərimə protokolunu yalnız bu gün əldə edilə bilmişdir və printer çıxarışı kimi təqdim edilən sənəddə qərarın faktiki təqdim edilmə tarixi qeyd edilməmişdir. Odur ki, (İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 53.0.1. inzibati xəta hadisəsi olmadıqda və 53.0.2. inzibati xəta tərkibi olmadıqda) barəsində qəbul edilmiş inzibati xəta üzrə tənbeh barədə elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, Azərbaycan Respublikası Baş X11 İdarəsinin 25 mart 2025-ci il tarixli, EQ seriyalı 26890963 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Əlavə olaraq şəxs bildirdi ki, təqdim olunan şəkillərdə nəqliyyat vasitəsinin həmin küçədə saxlanılmasını qadağan edən yol nişanı yoxdur. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Baş X11 İdarəsinin 25 mart 2025-ci il tarixli, EQ seriyalı 26890963 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 xx.xx.2025-ci il tarixdə “MERCEDES C 240 minik” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu, A.M.Şərifzadə küçəsində olarkən durma qaydalarını pozduğuna görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Həmin qərara əlavə 03 fotoşəkil əlavə edilmişdir. Onlardan ikisi “MERCEDES C 240 minik” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini özündə əks etdirir. Digəri isə dayanma durmanı qadağan edən nişanın şəklidir. Yəni həmin fotoşəkillərdən dayanma və durma nışanının harada çəkildiyini və həmin avtomobilin dayandığı yerdə qeyd edilən nişanın olmasını müəyyən etmək mümkün deyil. Qeyd edilən 25 mart 2025-ci il tarixli, EQ seriyalı 26890963 saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X6 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 346.1ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Azərbaycan Respublikası Baş X11 İdarəsinin nümayəndəsi təkzibedici sübutları, məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyrimüəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, şikayət təmin edilməli, X2 barəsində İXM-nin 346.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş X11 İdarəsi tərəfindən tərtib edilmiş 25 mart 2025-ci il tarixli, EQ seriyalı 26890963 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 346.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş X11 İdarəsi tərəfindən tərtib edilmiş 25 mart 2025-ci il tarixli, EQ seriyalı 26890963 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2793/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2793/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver