Məhkəmə qərarları › İş №3(004)-2794/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2794/2021

16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2794/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndələri X5 və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 354.0.8-ci maddəsi ilə Bakı Nəqliyyat Agentliyinin tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Belə ki, iş materiallarında olan 21 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar Şəxs MMC tərəfindən təhkim zolağına (səkiyə) qanunsuz olaraq hasarı (qurğu) və digər maneələr yığmış və quraşdırılmışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X9 bildirmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar Şəxs MMC tərəfindən təhkim zolağına (səkiyə) qanunsuz olaraq hasarı (qurğu) və digər maneələr yığmış və quraşdırılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X7 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, binanın tikintisi zamanı vətəndaşların və avtomobillərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin hasarlanma işləri görülmüşdür. Görülmüş işlər Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinin 85.3-cü maddəsində göstərildiyi qaydada yəni, tikinti zamanı üçüncü şəxslərə ziyan vurulmasının qarşısını almaq məqsədilə tikinti meydançası tikinti işlərinə başlamazdan əvvəl hasara alınmalı (reklam qurğularının tikintisi zamanı istisna olmaqla) və müvafiq xəbərdarlıq nişanları quraşdırılmalıdır. Hasarlar tikinti işlərinin aparılması zamanı tikinti materiallarının və məmulatının tikinti meydançasından kənara düşməsinin qarşısını ala bilməli və işıqlandırılmalıdır şəklində həyata keçirilmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. 20 oktyabr 2021-ci il tarixli təhkim zolağına qanunsuz olaraq hasarlanma işlərinin aparılması, qurğuların və digər konstruksiyaların yığılması barədə aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində Şəxs MMC tərəfindən təhkim zolağına (səkidə) qanunsuz olaraq hasarlanma işlərinin aparılması, qurğuların və digər konstruksiyaların yığılması faktı aşkar edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər ərazisinin tikinti planlaşdırma idarəsinin 27.12.2016-cı il tarixli 13228 nömrəli inşaat pasportunun memarlıq-planlaşdırma göstərişlərindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində Şəxs MMC tərəfindən inşa edilən çoxfunksiyalı binanın inşaat işlərinə başlanması üçün ətraf ərazi müvəqqəti olaraq hasarlanmalı, inşaat materiallarının daşınması zamanı ətrafdakı sakinlərin təhlükəsizliyi təmin edilməlidir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 01.12.2016-cı il tarixli 519 nömrəli sərəncamına əsasən Şəxs MMC-nin 24.11.2016-cı il tarixli, 03 saylı müraciətini, Mədəniyyət və Turizm Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 23.11.2016-cı il tarixli, 99-01/TN-X-2 saylı razılıq məktubunu, təsisçilər vətəndaş X3 və vətəndaş X1 notarial qaydada təsdiq olunmuş razılıq ərizələrini nəzərə alaraq, ünvan 2 ünvanda mülkiyyətdə olan torpaq sahəsində çoxfunksiyalı binanın tikintisinin layihələndirilməsi üçün həmin cəmiyyətə icazə verilmişdir. Avtomobil yolları haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən təhkim zolağı – avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsinə əsasəntəhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarət aparılmasına, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsinə, yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsinə görə - fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X11 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar Şəxs MMC tərəfindən səki hasarlanmış və bununla bağlı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Lakin həmin maddənin dispozisiyansında səkini hasarlama ilə bağlı hər hansı qeyd yoxdur. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş 21 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar