Məhkəmə qərarları › İş №3(004)-2799/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2799/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2799/2022 29.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov Sahibkarlıq fəaliyyətini həyata keçirən vəzifəli şəxs X3 inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Sahibkarlıq fəaliyyətini həyata keçirən vəzifəli şəxs X4 onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Salyan regional ərazi şöbəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokol üzrə, MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbehvermə haqında qərardan şikayət vermişdir. Həmin inzibati tənbehvermə haqında qərar sahibkarlıq fəaliyyətini həyata keçirən vəzifəli şəxs kimi X4 barəsində çıxarılmaqla F.Seyfullayevə inzibati tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Belə olduğu təqdirdə iş materiallarına, protokola və qərara əsasən F.Seyfullayev ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, “Karvan şadlıq evində” müxtəlif vəzifələrdə çalışan işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından vaxtında icbari sığorta olunmamasında təqsirləndirilir. Göründüyü kimi vəzifəli şəxs kimi X4 vergi uçotuna alınmış vergi ödəyicisi olmuşdur, sahibkarlıq fəaliyyətini VÖEN ********** üzrə həyata keçirir. Həmin VÖEN üzrə sahibkarlıq fəaliyyətinin qeydiyyata alındığı hüquqi ünvan Bakı şəhəri Nizami rayonu, Babək PR ev 99, mənzil 1-də kimi qeydiyyatdan keçmişdir. X1 fəaliyyəti ilə məşğul olaraq bir neçə yerdə restran işlədə bilər, xidmətlər göstərə bilər. Bir neçə yerdə yerləşən xidmət sahələrində işçiləri işlədə bilər. F.Seyfullayev həmin xidmət sahələrində (obyektlərdə) işçilərin qanunsuz işlərin yerinə yetirilməsinə, əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsində təqsirləndirilmir. Yəni hərəkətlə törədilən inzibati xətanın törədilməsində təqsirləndirilmir. Əgər hərəkətlə törədilən inzibati xətanın törədilməsində təqsirləndirilsəydi, onda işçilərin xidmət göstərdikləri həmin ərazilər üzrə inzibati xəta baş vermiş olardı. X2 hərəkətsizliklə törədilən inzibati xətanın törədilməsində təqsirləndirilir. Çünki barəsində şikayət verilmiş həmin inzibati tənbeh qərarı İXM-nin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması ilə əlaqədar olduqda və bu cür inzibati xəta həmin ”İcbari sığorta müqaviləsini “ vaxtında bağlanmaması ilə əlaqədar olduğu üçün, həmin sığorta müqaviləsini fərdi sahibkar sahibkarlıq fəaliyyətini həyata keçirdiyi hüquqi ünvan üzrə bağlamalı olduğundan, lakin bunu bağlamayaraq, hərəkətsizliklə törədildiyindən, sahibkarlıq fəaliyyətinin qeydiyyata alındığı həmin hüquqi ünvan üzrə törədilmiş olur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, həmin işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Ona görə də hazırkı inzibati xəta həmin fərdi sahibkarlıq subyektinin qeydiyyada alındı və VÖEN-də göstərilən hüquqi ünvan üzrə, yəni Nizami rayonu üzrə törədildiyindən, hazırkı şikayətə həmin rayon məhkəməsində baxılmalıdır. İş materiallarına həmin şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmasına dair vəsatət əlavə edilməmişdir. Hətta vəsatət əlavə edilsəydidə belə, hazırkı işə Yasamal rayon Məhkəməsinə baxıla bilmir. Çünki müəyyən edilir ki, X3 şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən qeydiyyat və yaşayış ünvanı Biləsuvar rayonu Xırmandalı kəndidir. Ona görə də hazırkı şikayətə vəsatət üzrə də Yasamal Rayon Məhkəməsində baxıla bilmir. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. İXM-in 132.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadığı müəyyən edildikdə, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129, 132-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X4 barəsində qəbul edilmiş inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayət üzrə iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar