Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-280/2024 26.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Yasamal rayon İcra şöbəsinin icra məmuru X10, X1 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş 10 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1191/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən mənzillərin verilməsi hissəsində icra sənədinin tələbi tam şəkildə təmin edilməmişdir. Nəticədə "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X13 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1191/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iddia təmin edilmişdir. “Hermes-S" MMC tərəfindən sökülmüş Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X14 küçəsi 76 ünvanında yerləşən 43,6 m2 sahəli 4 saylı və 86 m2 sahəli 6 saylı mənzillərin əvəzinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X14 76 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 183,9 m2 və əlavə olaraq 20 % olan ayrı-ayrılıqda iki ədəd (üzü həmin küçəyə baxmaqla) təmirli mənzil verilməsi, çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək Zərərçəkmiş şəxs1 və onunla birlikdə yaşayan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X3, X6 və X4 müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşmələri üçün 07 oktyabr 2018-ci il tarixdən hesablanmaqla ayda Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X14 küçəsi 76 ünvanında yerləşən 43,6 m2 sahəli 4 saylı mənzilə görə 350 (üç yüz əlli) manat və Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X14 küçəsi 76 ünvanında yerləşən 86 m2 sahəli 6 saylı mənzilə görə ayliq 450 (dörd yüz əlli) manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində kirayə haqqı Hesmes-S" MMCdən tutularaq ödənilməsi, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat məbləğində pulun cavabdeh "Hesmes-S” MMC-dən tutularaq iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X7, X9 və X4 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata 08 may 2020-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Hazırda borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununla bağlı akt tərtib edilmişdir. Göstərilənlərə əsasən borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-1191/2020 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC tərəfindən sökülmüş Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən 4 və 6 saylı mənzillərin əvəzinə borclu tərəfindən həmin ünvanda inşa olunacaq çox mərtəbəli yaşayış binasında ümumi sahəsi 183.9 kv m, əlavə20% olan ayrı ayrılıqda iki ədəd (üzü həmin küçəyə baxmaqla) təmirli mənzil tələbkarlara verilməlidir. Həmçinin çox mərtəbəli yaşayış binası istifadəyə təhvil verilənədək xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay ümumilikdə 800 manat kirayə haqqı və mənəvi ziyanın əvəzi kimi 3000 manat borclu tərəfindən tələbkarlara ödənilməlidir. İcra sənədinin verilməsinin üzərindən təxminən 4 il keçməsinə baxmayaraq bugunədək məhkəmə qərarı borclu tərəfindən qərəzli olaraq icra edilmir. Şəxs məhkəmə qərarını icra etmir, icra məmurunun qanuni tələblərinə qərəzli olaraq əməl etmir. Bundan əlavə bildirmişdi ki, borclunun təqdim etdiyi variantlarla razı deyildirlər. Bu variantlar məhkəmənin qərarına uyğun deyildir. Onlar borcludan iki ayrı-ayrı mənzil tələb edirlər. O isə onlara ümumi sahəsi 220 kv metr olan iki mənzil verməlidir. Onların hər ikisi Q.Abbasov küçəsinə baxmalıdır və həmin mənzillər ayrı-ayrılıqda olmalı və “çıxarışları” da ayrı olmalıdır. Mənzillərin Qurban Abbasov küçəsinə baxması üçün ya hər ikisi eyni mərtəbədə olsa da biri binanın sağında, digəri solunda olmalıdır. Bu mümkün deyilsə də, biri aşağı mərtəbədə (aşağı mərtəbələrdən birində), digəri yuxarı mərtəbədə (yuxarıda mərtəbələrdən birində) olmalıdır. Borclu iki mənzil əvəzinə həmin küçəyə baxmayan bir böyük mənzil təklif edir. "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən icra sənədinin tam həcmdə icra olunmasını tələb etdiyini bildirmiş və "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində qanunvericiliyə müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X7 izahatında digər tələbkar Zərərçəkmiş şəxs3 dediklərini bir daha təsdiq edərək, "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən icra sənədinin tam həcmdə icra olunmasını tələb etdiyini bildirmiş və "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində qanunvericiliyə müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və digər tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-1191/2020 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC tərəfindən sökülmüş Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən 4 və 6 saylı mənzillərin əvəzinə borclu tərəfindən həmin ünvanda inşa olunacaq çox mərtəbəli yaşayış binasında ümumi sahəsi 183.9 kv m +20% olan ayrı ayrılıqda iki ədəd (üzü həmin küçəyə baxmaqla) təmirli mənzil tələbkarlara verilməlidir. Həmçinin çox mərtəbəli yaşayış binası istifadəyə təhvil verilənədək xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay ümumilikdə 800 manat kirayə haqqı və mənəvi ziyanın əvəzi kimi 3000 manat borclu tərəfindən tələbkarlara ödənilməlidir. “İcraata başlamaq haqqında” 08 may 2020-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-1191/2020 nömrəli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə borclu "xxxx" MMC-yə göndərilmişdir. “Tələbin könüllü icrası haqqında” 08 may 2020-ci il tarixli bildirişdən görünür ki, bildirişin surəti 12 iyun 2020-ci il tarixdə Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. 17 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, Yasamal rayon icra şöbəsinin icra məmurları Orxan Abdullayev, Sahib Allahverdiyev iş üzrə tələbkarlar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, borclu Hermes-S MTK-nın icraçı direktoru Şəxs, hal şahidi X2 iştirakı lə tərtib edilmiş aktdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1191/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən “Hermes-S" MMC tərəfindən sökülmüş Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X14 küçəsi 76 ünvanında yerləşən 43,6 m2 sahəli 4 saylı və 86 m2 sahəli 6 saylı mənzillərin əvəzinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X14 76 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 183,9 m2 +20% olan ayrı-ayrılıqla iki ədəd (üzü həmin küçəyə baxmaqla) təmirli mənzil verilməlidir. Çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək Zərərçəkmiş şəxs1 və onunla birlikdə yaşayan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X3, X6 və X4 müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşmələri üçün 07 oktyabr 2018-ci il tarixdən hesablanmaqla ayda Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X14 küçəsi 76 ünvanında yerləşən 43,6 m2 sahəli 4 saylı mənzilə görə 350 manat və Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X14 küçəsi 76 ünvanında yerləşən 86 m2 sahəli 6 saylı mənzilə görə aylıq 450 manat olmaqla, ümumilikdə 800 manat məbləğində kirayə haqqı Hermes-S MMC-dən tutularaq ödənilməlidir. Vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X7, X9 və X4 ödənilməlidir. İcra sənədi üzrə yuxarıda qeyd olunan tələbi təmin etmək məqsədilə borclu "xxxx" MMC 51/23 saylı, xx.xx.2023-cü il tarixli məktubla şöbəyə müraciət edərək sözügedən ünvanda inşa olunmuş Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, 76 saylı ünvanında yerləşən ümumi sahəsi 220 kv.m olan 2 mənzili təhvil verməyə hazır olduqlarına dair təkliflərini bildirmişlər və mənzilin layihəsini təqdim etmişlər. Daha sonra tələbkar tərəf 16-xx.xx.2023-cü il tarixdə icra şöbəsində olarkən təklif olunan mənzili qəbul etmədi və onunla əsaslandırdı ki, icra sənədinə əsasən borclu onlara iki mənzil verməlidir, bu iki mənzil ayrı-ayrılıqda olmalıdır, borclunun təklifi məhkəmənin qərarına ziddir, təklif olunan 220 kv metr sahə isə bir mənzilin sahəsidir, borclu eyni bir mənzil daxilində ayrıca bir mənzil, yəni bir mənzildən iç-içə iki mənzil yaratmaq istəyir, bundan başqa onlardan biri Qurban Abbasov küçəsinə baxmır. Onların keçmiş mənzillərinin pəncərələri Q.Abbasov küçəsinə baxırdı. Borclu onlara ya binanın eyni mərtəbəsində olsa da bir mənzili binanın solundan və digərini sağından verməlidir ki, mənzillər Q.Abbasov küçəsinə baxsın, ya da bir mənzili aşağı mərtəbədə (aşağı mərtəbələrdən birində), digər mənzili isə yuxarı mərtəbədə (yuxarı mərtəbələdən birində) verməlidir ki, hər ikisi Q.Abbasov küçəsinə baxsın. Tələbkarlar borcludan tələb etdi ki, borclu binanın layihəsini təqdim etsin ki, mənzillərin sahəsi müəyyən olunsun. Onlar tərəfindən də borcludan binanın layihəsi tələb olundu, lakin borclu lahiyənin təqdim etməkdən imtina etdi. Bu səbəbdən layihənin təqdim edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura komitəsinə xx.xx.2023-cü il tarixli, xx/xx-59179/5 nömrəli sorğu göndərilmişdir. Bu səbəbdən icra sənədi üzrə tələb təmin olunmamış və akt formasında rəsmiləşdirilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5503/2023 saylı, 21 noyabr 2023cü il tarixli qərardan görünür ki, "xxxx" MTK-nın Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1191/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı "xxxx" MTK Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 5000 (beş min) manat miqdarında inzibati qaydada cərimələnmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan müəyyən edilir ki, "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxsdur. Beləliklə, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-1191/2020 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC tərəfindən sökülmüş Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən 4 və 6 saylı mənzillərin əvəzinə borclu tərəfindən həmin ünvanda inşa olunacaq çox mərtəbəli yaşayış binasında ümumi sahəsi 183.9 kv m +20% olan ayrı ayrılıqda iki ədəd (üzü həmin küçəyə baxmaqla) təmirli mənzil tələbkarlara verilməlidir. Həmçinin çox mərtəbəli yaşayış binası istifadəyə təhvil verilənədək xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay ümumilikdə 800 manat kirayə haqqı və mənəvi ziyanın əvəzi kimi 3000 manat borclu tərəfindən tələbkarlara ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata 08 may 2020-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Borclu təşkilat tərəfindən isə könüllü icra müddəti ərzində heç bir hərəkət edilməmişdir. Buna görə də icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilmiş, dəfələrlə xəbərdarlıqlar edilmişdir. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində heç bir hərəkət edilməmiş, həmçinin borclu təşkilatın nümayəndəsi icra şöbəsinə gəlməmiş və icra sənədinin icra edilməməsini səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədlərinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədlərinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə "xxxx" MMC-nin rəhbəri Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-280/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-280/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver