Məhkəmə qərarları › İş №3(004)-2800/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2800/2022

19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2800/2022 19.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Məmmədov Cəmiyyət Əmirxan oğlunun DİN Bakı şəhər BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10243399 saylı protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Məmmədov Cəmiyyət Əmirxan oğlu DİN Bakı şəhər BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10243399 saylı protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN Bakı şəhər BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10243399 saylı protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli İnzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi 2-ci qrup müharibə əlilidir, prezident təqaüdü alır. Bu gün o, maşınını İnşaatçılar prospektində saxlayan zaman yol polisi ona aman verməyib şəklini çəkərək qaçıb getmişdir. O, söz soruşmaq üçün polisi səsləsə də, yol polisi öz bildiyi kimi etmişdir. Ona görə də, onun vəziyyətini nəzərə alaraq onun şikayətinə baxılmasını və qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq qərardan şikayət vermiş şəxs və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DİN Bakı şəhər BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10243399 saylı protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, Məmmədov Cəmiyyət Əmirxan oğlu xx.xx.2022-ci il tarixində 12:57-də durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə-iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, şikayət vermiş Məmmədov Cəmiyyət Əmirxan oğlu öz şikayətini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan fotoşəkillərdən aydın olur ki, Məmmədov Cəmiyyət Əmirxan oğlu tərəfindən xx.xx.2022-ci il tarixində 12:57 radələrində Bakı şəhəri Məhəmməd Xiyabani 14a Yaşıllaşdırma birliyinin yataqxanası ünvanında LAND ROVER DİSCOVERY minik markalı 99DO688 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2-ci cərgədə dayanması halı müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 1-ci maddəsinin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Həmin Qanunun 52-ci maddəsinin l-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yolun hərəkət hissəsinin kənarında bir cərgədə dedikdə səkiyə ən yaxın zolaqdakı cərgə başa düşülür. İş materilları ilə sübuta yetirilir ki, Məmmədov Cəmiyyət Əmirxan oğlu tərəfindən xx.xx.2022-ci il tarixdə 12:57 radələrində Yasamal rayonu, Məhəmməd Xiyabani 14a Yaşıllaşdırma birliyinin yataqxanası ünvanında “Yol hərəkəti haqqında" Qanunun 52-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməyərək yolun hərəkət hissəsində, 2-ci cərgədə saxlamışdır. “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin l-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Qanunvericilik cərgə sırasını məhz nəqliyyat vasitəsinin tutduğu yerə uyğun olaraq müəyyənləşdirir. Bu da öz növbəsində ona dəlalət edir ki, nəqliyyat vasitəsi (avtomobil) yolun hərəkət hissəsinin kənarında səkiyə münasibətdə ən yaxın cərgədə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Məmmədov Cəmiyyət Əmirxan oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və DİN Bakı şəhər BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10243399 saylı protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Məmmədov Cəmiyyət Əmirxan oğlunun DİN Bakı şəhər BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10243399 saylı protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar