Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2805/2024 20.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Şəxs QSC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən Şəxs QSC barəsində daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsi tərəfindən Şəxs QSC barəsində İXM-in 430.4-cü maddəsi ilə 27 may 2024-cü il tarixdə, EP №0142754 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs QSC 134100,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-nin Bankda olan hesabından 11 may 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 134100,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 bildirdi ki, Şəxs QSC tərəfindən İsrail dövlətində fəaliyyət göstərən VP Group MA Ltd şirkəti ilə aralarında olan müqaviləyə əsasən 15 mart 2022-ci il tarixində gübrə alınması məqsədi ilə 134100,00 ABŞ dolları məbləğində pul vəsaiti iki dəfə olmaqla (ümumilkdə isə 268,200 ABŞ dolları) qarşı tərəfə köçürülmüşdür. Lakin sonradan VP Group MA Ltd şirkəti həmin şirkətə köçürülən vəsaitin müqabilində göndərilməli olan malları göndərməmişdir və bunu partnorları olan istehsalçı şirkət tərəfindən gübrə istehsalını dayandırması ilə izah etmişdir və dəfələrlə rəsmi qaydada bunu etiraf edərək qabaqcadan alınmış (tərəflərindən ödənilmiş) pul vəsaitini xx.xx.2023-cü il tarixədək qaytaracaqlarını yazılı şəkildə bəyan etmişdirlər. Belə olan halda təmsil etdiyi şirkət qarşı tərəfə işgüzar münasibətlrə əsaslanaraq bir müddət gözlədikdən sonra məhkəməyə müraciət etmək qərarına gəlmiş, xx.xx.2023-cü il tarixdə İsrail Dövlətində yerləşən Tel Əviv-Yafo Sülh Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bunula əlaqədar Tel Əviv şəhərində fəaliyyət göstərən vəkil Shy Yavahla razılaşma əldə olunmuş və ona bank vasitəsilə ümumilikdə təxminən 8,000 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Hazırda Şəxs QSC-nin “VP Group MA Ltd” şirkətinə qarşı olan iddia ərizəsi X9 Məhkəməsində hakim Ronrn İlanın icraatındadır. Şəxs QSC-nin nümayəndəsi qeyd etdiyi hallarla bağlı sənədləri (müvafiq qaydada tərcümə edilmiş və təsdiq edilmiş) məhkəməyə təqdim etmişdir. Göstərilənlərə əsasən pulun geri qaytarılmamasında və İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş protokolda göstərilən əməldə Şəxs QSC-nin hər hansı bir təqsiri yoxdur, QSC-dən asılı olmayan səbəblərlə əlaqədar nə həmin məbləğdə mal göndərilmiş, nə də ki pul qaytarılmamışdır. Bu səbəbdən də inzibati xəta mövcud olmur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında iş materialına əlavə olan sənədlərdən görünür ki, Şəxs QSC 134100,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-nin bankda olan hesabından 11 may 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara (VP Group MA Ltd şirkətinə) qabaqcadan ödəniş etməklə köçürmüşdür. İş materiallarına əlavə olan “VP Group MA Ltd” şirkətinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, həmin şirkət Şəxs QSC-yə müraciət edərək aralarında olan müqaviləyə əsasən həqiqətən də gübrə alınması məqsədi ilə onların bank hesabına iki dəfə olmaqla 134,100,00 ABŞ dolları məbləğində (ümumilkdə isə 268,200 ABŞ dolları) pul vəsaiti köçürüldüyünü təsdiq edir və istehsalçının istehsalı dayandırması səbəbindən onlarla kontraktı ləğv etdiklərini, bu səbəbdən köçürülmüş pul vəsaitini xx.xx.2023-cü il tarixədək tam şəkildə geri qaytarılacağını öhdələrinə götürürlər. İş materiallarına əlavə olan tərcümə edilərək təsdiq edilmiş “İddia ərizəsindən” görünür ki, iddiaçı Şəxs QSC cavabdeh “VP Group MA Ltd” şirkətinə qarşı İsrail Dövlətində yerləşən Tel Əviv-Yafo Sülh Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli müqavilə əsasında cavabdehdən 134,100,00 ABŞ dolları məbləğində pulun (ümumilkdə isə 268,200 ABŞ dolları) geri qaytarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olan tərcümə edilərək təsdiq edilmiş məhkəmə sənədinin məzmunundan görünür ki, Tel Əviv-Yafo Sülh Məhkəməsinə icraatda olan TAxx-xx-19446 iş üzrə, xarici qovluq, iddiaçı Şəxs QSC, cavabdeh “VP Group MA Ltd”, iddia yoxlanılıb və təsdiq edilib. 15 oktyabr 2023-cü il tarixdə verilmişdir. Moran srosi-məhkəmə katibliyi. İş materiallarına əlavə olan tərcümə edilərək təsdiq edilmiş məhkəmə bildirişinin məzmunundan görünür ki, Tel Əviv-Yafo Sülh Məhkəməsinə icraatda olan TAxx-xx-19446 iş üzrə iddiaçı Şəxs QSC 11 sentyabr 2024-cü il tarixində saat 08:30-da hakim Ronen İlanın iştirakı il baş tutacaq məhkəmə iclasna dəvət edilirlər.X8, Shocken 25. İş materiallarına əlavə olan tərcümə edilərək təsdiq edilmiş məhkəmə sənədinin məzmunundan görünür ki, Tel Əviv-Yafo Sülh Məhkəməsinə icraatda olan TAxx-xx-19446 iş üzrə Şəxs QSC-nin məhkəmə işinin açlması barədə təsdiq edilir və Şəxs QSC-nin İsraildəki nümayəndəsi ********* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Eli Farzali bununla Yavah Shy adlı şəxsi vəkil təyin edərək mülki iddia işinə ona qeyd olunan məsələnin onun adından və əvəzindən aşağıdakı bütün hərəkətləri, onların hamısını icra etməyi “Etibar” edir. İş materiallarına əlavə olan xx.xx.2023-cü il tarixli “Xidmət müqaviləsi”dən görünür ki, Şəxs QSC İsraildəki səlahiyyətli şirkət vasitəsilə Yavah Shy arasında ümumilikdə 15000 ABŞ dolları məbləğində hüquqi xidmətin göstərilməsi ilə bağlı razılaşma əldə olunmuşdur, ilkin olaraq 4000 ABŞ dolları məbləğində vəsait ona ödənilməlidir. Müqaviləyə əsasən qalıq ödəniş məbləği 4000 ABŞ dolları, 4,000 ABŞ dolları 3,000 olmaqla 3 hissəyə bölünəcəkdir. İş materiallarına əlavə olan xx.xx.2022-ci il tarixli “Əmək müqaviləsi bildirişi”nin sənədinin görünür ki, X3 Şəxs QSC-də mühasib vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə olan “Western Union” bank köçürməsi sənədinin məzmunundan görünür ki, Yeganə Əliyeva adlı şəxs xx.xx.2023-cü il tarixdə İsrail, alıcı X7 Yavah adlı şəxsə 4,042 ABŞ dolları məbləğində təcili pul köçürməsi edilmişdir. İş materiallarına əlavə olan "xxxx" bank köçürməsi sənədinin məzmunundan görünür ki, Şəxs QSC xx.xx.2023-cü il tarixdə Hamelaha st. 25 İsrail, Shy Yavah adlı şəxsə 4,000 ABŞ dolları məbləğində vəsait köçürməsi edilmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin maddənin dispozisiyasında qeyd edilmiş əməlin formal cəhətdən mövcudluğu, yəni avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması özü-özlüyündə heç də şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcudluğunu ehtiva etmir. Belə ki, həmin əməlin mövcudluğunda QSC-nin təqsiri müəyyən edilməlidir. Əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud olur. Əgər təqsir yoxdursa, onda inzibati xəta mövcud olmur. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində QSC-nin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati işin məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən mötəbər sübutlara və işin hallarına uyğun olaraq müəyyən edilmişdir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Belə ki, Şəxs QSC 2022-ci ildə “VP Group MA Ltd” şirkəti ilə aralarında olan müqavilə çərçivəsində gübrə alınması məqsədi ilə həmin şirkərtə 134100,00 ABŞ dolları məbləğində iki dəfə (ümumilkdə isə 268,200 ABŞ dolları) pul vəsaiti ödəmişdir, lakin “VP Group MA Ltd” şirkəti qarşılığında nə malı nə də ki, ödənilmiş vəsaiti geri qaytarmamışdır. Belə olan halda Şəxs QSC tərəfindən ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş (iki illik müddət başa çatmadan) bütün hüquqi imkanlardan istifadə edilərək həmin vəsaitin geri qaytarılmasına mötəbər sübutlarla təsdiq olunan (vəkil tutulması və ona ödəniş edilməsi, iddia ərizəsinin verilməsi, məhkəmə baxışının təyin edilməsi və s) real hərəkətlər edilmişdir. Belə ki, Şəxs QSC cavabdeh “VP Group MA Ltd” şirkətinə qarşı İsrail Dövlətində yerləşən Tel Əviv-Yafo Sülh Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli müqavilə əsasında cavabdehdən 134,100,00 ABŞ dolları məbləğində pulun (ümumilkdə isə 268,200 ABŞ dolları) geri qaytarılmasını xahiş etmişdir və hazırda həmin iş məhkəmənin icraatındadır, Tel Əviv-Yafo Sülh Məhkəməsinə icraatda olan TAxx-xx-19446 iş üzrə iddiaçı Şəxs QSC 11 sentyabr 2024-cü il tarixində saat 08:30-da hakim Ronen İlanın iştirakı il baş tutacaq məhkəmə iclasna dəvət edilmişlər. Bunadan başqa Şəxs QSC vəkil xidmətlərinin göstərilməsi ilə əlaqədar Shy Yavah adlı vəkilə etibarnamə verməsi, həmin şəxsə ümüulikdə 8,000 ABŞ dolları məbləğində vəsait köçürməsi iş üzrə mötəbər sübutlarla öz təsdiqin tapır. Başqa sözlə desək hazırda barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs ödənilmiş vəsaitin geri qaytarilması ilə bağlı mümkün olan bütün qanuni yollarla və vasitəklərlə həmin vəsaitin geri qaytarılması üçün hərəkətlər etmişdir lakin ondan asılı olmayan səbəblərən bu hazıradaık baş tutmamışdır. Bu hal yuxarıda sadalanan sübutlarla tam təsdiq edilir. Həmin sübutların hüquqazidd olması, saxta olması, həmin sənədin sübut kimi qəbul edilməsini təkzib edən və ya şübhə altına alan hər hansı bir hal müəyyən edilmədiyindən, həmin sənədlərin surətlərindən müəyyən edilir ki, baş vermiş hadisə üzrə hüquqi şəxsin əməlində qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Qeyd edilən əhəmiyyətli halı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs QSC iradəsindən asılı olmayan səbəblərə görə baş vermiş hallara (nəticələrə) görə, eyni zamanda qanunvericiliyin ona vermiş olduğu bütün imkanlardan istifadə edərək müqavilə üzrə ödənilmiş vəsaitin geri qaytarılması və ya dəyəri ödənilmiş malın ona təhvil verilməsi ilə bağlı qanuni tədbirlər gördüyü bir halda onun tərəfindən inzibati xəta hadisəsinin törədilməsində təqsirli olması qənaətinə gəlinmək ağlabatan və qanuni hesab edilə bilməz. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMnin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs QSC barəsində tərtib olunmuş 27 may 2024-cü il tarixdə, EP №0142754 saylı inzibati xəta haqqında protokola dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə Məhkəmə iclas katibi:
Məhkəmə qərarları › İş №3(004)-2805/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2805/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver