Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-281/2021 05.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Dövlət X8 TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından şikayət verərək, onun İXM-in 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı barədə Bakı şəhər DYPİ-nin rəisi, polis polkovniki Rəşid Piriyevin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildə “BC kateqoriyası üzrə sürücülük hüququ əldə etmiş, hazırda da həmin sürücülük hüququna əsasən mülkiyyətində və istifadəsində olan **-CC-*** dövlət qeydiyyat nişanlı “Kia” markalı, “Rio” modelli avtomobili idarə edir. xx.xx.2020-ci il tarixdə, saat 06:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yolda avtomobili ilə hərəkətdə olarkən Bakı şəhər Dövlət X10 əməkdaşları ona “saxla” işarəsi verdilər, işarəyə əsasən avtomobili saxladıqdan sonra əməkdaşlardan biri ona yaxınlaşaraq əlində olan sərxoşluq hallarının müayinəsi üçün istifadə etdikləri aparatı ona uzatdı, ona üfürməyini tələb etdi, aparat vasitəsi ilə bir neçə dəfə yoxlama apardıqdan sonra polis əməkdaşı ona sərxoş olduğunu bildirdi. O, onunla razılaşmadı. Bundan sonra həmin polis əməkdaşı onu Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının müayinəsi məntəqəsinə apaacağını bildirdi. O, onunla razılaşdı. Polis nəfəri bir qədər düşündükdən sonra guya ona hörmət edərək ona təhlükəsizlik kəməri taxmadığı üçün protokol yazacağını bildirib ona bir neçə saatdan sonra Dövət X8 inzibati binasınadakı 20-ci otağa gəlməyini tapşırdı və getdi. Sonradan ona məlum oldu ki, o, müayinədən keçmədən ona İXM-in 333.1-ci maddəsi ilə protokol açılmışdır. O, 20-ci otaqda olarkən həmin protokolun qanunsuz olduğunu bildirərək materialın baxılması üçün məhkəməyə göndərilməsini tələb etdi. Tələbi əsasında bir müddət sonra toplanmış material baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərildi. Lakin material tam olmadığından və protokol düzgün tərtib edilmədiyindən onun Bakı şəhər DYPİ-yə geri göndərilməsi barədə Məhkəmənin hakimi tərəfindən qərar qəbul edildi. Bir müddət sonra ona məlum oldu ki, material yenidən toplanaraq təkrarən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilibdir. Bu dəfə də material qanunsuz və əsassız olduğundan Bakı şəhər DYPİ-yə geri göndərildi. Bundan sonra o, dəfələrlə Bakı şəhər DYPİ-yə dəvət edilmiş, hər dəfə də o, materialların baxılması üçün Məhkəməyə göndərilməsini tələb etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, 6 ay sonra, xx.xx.2020-ci il tarixdə Bakı şəhər DYPİ-nin rəisi toplanmış material əsasında onun barəsində İXM-in 333.1 və 329.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməyi barədə qərar qəbul edibdir. Qərar ona xx.xx.2021-ci ildə təqdim edilibdir. Qərarda qeyd qoyaraq onunla razı olmadığını bildirmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, Yasamal Rayon Məhkəməsi tərəfindən protokol natamam olduğundan və qanuni qərar qəbul edilməsi üçün əsas olmadığı üçün geri göndərildiyi halda həmin material üzrə Bakı şəhər DYPİ-nin rəisi tərəfindən qanunsuz olaraq qərar qəbul edilmişdir. Göründüyü kimi idarə rəisi material natamam olduğu halda bunu gizlətmək üçün öz adından qərar qəbul etmişdir. Bundan başqa o, sərxoşluq müayinəsindən keçmədiyi halda onun barəsində İXM-in 333.1-ci maddəsi ilə protokol üzrə qərar qəbul edilmişdir. Əlavə olaraq protokol natamam və İXM-in tələbləri pozularaq doldurulmuş, hal şahidləri olmadan tərtib edilmişdir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Dövlət X8 TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 xx xxxx 2020-ci il tarixdə saat 06:32 radələrində “Kia Rio minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kənar Dairəvi yolda hərəkət edərkən təhlükəsizlik kəmərini bağlamadan idarə etmə qaydalarını pozduğu üçün və sərxoş halda idarə etdiyi üçün İXM-in 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 manat cərimə edilmişdir. Həmin qərar İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokol əsasında çıxarılmışdır. Beləliklə əvvəl protokol qəbul edilmiş, sonra həmin protokol əsasında da qərar qəbul olunmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Dövlət X8 TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-281/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-281/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver