Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-281/2024 22.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi, X1nun iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş DYPİ-si tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 339.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18885878 nömrəli elektron protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş DYPİsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18885878 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə ona məxsus olan ***- ***-**-** telefon nömrəsinə sms vasitəsilə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə cərimələnməsi barədə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 18885878 nömrəli elektron qərar göndərilmişdir. Belə ki, “Hyundai Accent” markalı **- RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməkdə təqsirli bilinmişdir. Qeyd etmişdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna görə nəqliyyat vasitəsi texniki baxışdan keçmək üçün onun istehsal tarixi əsas götürülür. Ona məxsus olan “Hyundai Accent” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2018-ci ildə istehsal edilməsi nəzərə alınsa o, Qanunun tələbini pozmamış və “Hyundai Accent” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçmək üçün cari ilin oktyabr ayının 10-na qədər möhlət vaxtı mövcud olmuşdur. Şikayətdə həmçinin qeyd etmişdir ki, daima yol hərəkəti qaydalarına riayət edir və hazırda cəriməsi yoxdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası DİN Baş DYPİ-si tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18885878 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və ünvan 1 ünvanında qeydiyyatda olduğunu nəzərə alaraq işə Yasamal Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edib əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası DİN Baş DYPİ-si tərəfindən tərtib edilmiş EQ 18885878 nömrəli qərar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə tamamilə ziddir. Ona məxsus olan “Hyundai Accent” markalı **- RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istehsal tarixinin xx.xx.2018-ci il olduğunu, özünün isə həmin nəqliyyat vasitəsini həmin ilin noyabr ayında əldə etdiyini bildirdi. Əlavə olaraq bildirir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 30-cu maddəsinin 6-cı hissəsinin 2-ci yarımbəndinə əsasən həmin qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə texniki baxış keçirilməlidir. Ona məxsus olan “Hyundai Accent” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istehsal tarixinin xx.xx.2018-ci il olduğunu, 4 il müddətin xx.xx.2022-ci il tarixdə və növbəti iki ilin isə xx.xx.2024-cü il tarixdə bitməsini əsas gətirərək tərtib edilmiş EQ 18885878 nömrəli qərarın əsassız olduğunu bildirdi. Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsinə xx.xx.2024-cü il tarixə qədər vaxtının olduğunu düşünərək, 2024-cü ilin mart ayında məzuniyyətə çıxan zaman texniki baxışdan keçirməsini planlaşdırmışdır. X4 izahatında xx.xx.2024-cü il tarixli, EQ 18885878 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, qərar barədə ona daxil olan sms vasitəsilə məlumatlı olmuş, lakin qərar ona rəsmi qaydada təqdim edilməmiş, o özü də qərarın ona rəsmi qaydada təqdim edilməsi ilə bağlı səlahiyyətli orqana müraciət etməmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN BDYPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, onun gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmiş və işə baxılmasının təxir edilməsinə dair hər hansı vəsatət məhkəməyə daxil olmamışdır. Beləliklə, məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə uyğun olaraq qərarından şikayət verilmiş orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarımalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə yalnız şikayət ərizəsi daxil olmuş, lakin şikayət verilmiş qərarın surəti iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması mümkün deyil, ona görə də X2 Azərbaycan Respublikası DİN Baş DYPİ-nin 08 yanvar 2024-cü il tarixli, EQ 18885878 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 106 və 109cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN Baş DYPİ-nin 08 yanvar 2024-cü il tarixli, EQ seriyalı 18885878 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması X1na izah edilsin. Sədrlik edən hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-281/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-281/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver