Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2814/2019 29.10.2019 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxsxx.xx.2019-cu il tarixdə saat 12:30 radələrində Yasamal rayonu C.Cabbarlı küçəsində “Caspian Plazanın” qarşısında X1 aldadıb 80 manat pulunu ələ keçirməklə, dələduzluq edərək xırda talama əməli törətmişdir. Bundan başqa, o, xx.xx.2019-cu il tarixdə saat 13:40 radələrində Yasamal rayonu C.Cabbarlı küçəsində “Caspian Plazanın” qarşısında X3 aldadıb 70 manat pulunu ələ keçirməklə, dələduzluq edərək xırda talama əməli törətmişdir. Bundan başqa, o, xx.xx.2019-cu il tarixdə saat 16:00 radələrində Yasamal rayonu C.Cabbarlı küçəsində “Caspian Plazanın” qarşısında Adıgözəlov Elməddin Həkim oğunu aldadıb 90 manat pulunu ələ keçirməklə, dələduzluq edərək xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi27-ci Polis Bölməsi tərəfindən xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, maddi ehtiyacı ucbatından protokolda göstərilən əməli törətmiş, vətəndaşlara maddi ziyan vurmuşdur. Vurduğu ziyanı hələ də ödəməmişdir. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi27-ci Polis Bölməsin sahə inspektoru Teymur Hacıyev məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxsbir neçə gün əvvəl də İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 30 ay həbs edilmişdir və həbsdən çıxdıqdan sonra yenidənprotokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əməllərə görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərarlar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçıları N.Seyidzadənin xx.xx.2019-cu il tarixli və F.Cənnətovun xx.xx.2019-cu il tarixli qərarlarına və Yasamal rayon prokuroru R.Hacıyevin xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Şəxshəmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2019-cu il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 19:00 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündəinzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək,03 ay (üç ay) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2019-cu il tarixindən, saat 19:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2814/2019
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2814/2019
29.10.2019 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver