Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2814/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-2194/21 nömrəli 28 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-nin (**********) 19 oktyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********9928 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, Rusiyada fəaliyyət göstərən OOO “Daleron” şirkətindən 54427240 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən ən azı 1 (bir) saat əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsilə, Azərbaycan Respublikası Prezidentinin 21.05.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2ci yarımbəndinin tələblərinə riayət edərək gömrük orqanlıarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 17 oktyabr 2021-ci il tarixdə saat 08:06-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair **********0620 sorğu nömrəli qısa idxal bəyannaməsini, mallar gömrük ərazisinə gətirildikdən sonra 17 oktyabr 2021-ci il tarixdə saat 12:19-da gömrük orqanına elektron formada verməklə qısa idxal bəyannaməsini, malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl verməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 00100-2194/21 nömrəli 28 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-nin (**********) 19 oktyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********9928 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, Rusiyada fəaliyyət göstərən OOO “Daleron” şirkətindən 54427240 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən ən azı 1 (bir) saat əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsilə, Azərbaycan Respublikası Prezidentinin 21.05.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinin tələblərinə riayət edərək gömrük orqanlıarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 17 oktyabr 2021-ci il tarixdə saat 08:06-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair **********0620 sorğu nömrəli qısa idxal bəyannaməsini, mallar gömrük ərazisinə gətirildikdən sonra 17 oktyabr 2021-ci il tarixdə saat 12:19-da gömrük orqanına elektron formada verməklə qısa idxal bəyannaməsini, malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl verməmişdir. “Abşeron” gömrük postunun rəisi Muxtar Şükürov tərəfindən verilmiş raportdan görünür ki, 22.09.2021-ci il tarixdə Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə 54427240 nömrəli nəqliyyat vasitələri daxil olmuş “taxta” yükü Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda **********9928 sorğu nömrəli 19.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyi, lakin adı qeyd olunan cəmiyyət tərəfindən qısa idxal bəyannaməsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada malların gömrük ərazisinə gətirməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Gömrük bəyannamsəi üzrə elektron çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi 17.10.2021-ci il tarixdə saat 12:22-də verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-2194/21 nömrəli 28 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X1 bildirmişdir ki, Rusiyada fəaliyyət göstərən OOO “Daleron” şirkətindən göndərilmiş yükləri daşıyan 54427240 nömrəli nəqliyyat vasitəsi, sərhədi keçənədək gömrük orqanına qısa idxal bəyannaməsi verilməmişdir. Buna səbəb isə yükü göndərək şirkət sənədləri onlara gec göndərilmişdir və buna görə də qısa idxal bəyannaməsini gec yazmışlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC-nin (**********) 19 oktyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********9928 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, Rusiyada fəaliyyət göstərən OOO “Daleron” şirkətindən 54427240 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən ən azı 1 (bir) saat əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsilə, Azərbaycan Respublikası Prezidentinin 21.05.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinin tələblərinə riayət edərək gömrük orqanlıarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 17 oktyabr 2021-ci il tarixdə saat 08:06-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair **********0620 sorğu nömrəli qısa idxal bəyannaməsini, mallar gömrük ərazisinə gətirildikdən sonra 17 oktyabr 2021-ci il tarixdə saat 12:19-da gömrük orqanına elektron formada verməklə qısa idxal bəyannaməsini, malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl verməmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2814/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2814/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver