Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2816/2024 31.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin 21 may 2024-cü il tarixli, EQ 21283185 saylı qərarından verdiyi şikayətə baxaraq Müəyyən etdim: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin 21 may 2024-cü il tarixli, EQ 21283185 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət geri qaytarılmalıdır. Belə ki, işin baxılmağa hazırlanması zamanı iş materiallarına əlavə edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, ərizə verən şəxs tərəfindən törədilməsi istinad edilən inzibati xəta hadisəsi Bakı şəhəri, Mikayıl Rəfili, 13 (GPS: 40.3828994,49.8452754) ünvanında törədilməsi qeyd edilmişdir. Həmin ərazinin Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisinə aid olması müəyyən edilmir. Bundan əlavə şikayət vermiş şəxs X1 yaşayış ünvanı ünvan 4ri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin konkret törədildiyi yeri müəyyən etmək mümkün olmadığından və həmçinin şəxsin yaşayış yeri Bakı şəhəri, Xətai rayonunda olduğundan ərizə geri qaytarılmalıdır. Məhkəmə izah edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin 21 may 2024-cü il tarixli, EQ 21283185 saylı inzibati tənbeh vermə haqqında qərarından yenidən şikayət verməklə yazılı vəsatətinə əsasən yaşayış yeri üzrə Xətai Rayon Məhkəməsinə və ya inzibati xəta baş verdiyi yerin məhkəməsinə müraciət edilə bilər. Məhkəmə həmçinin izah edir ki, gələcəkdə məhkəməyə maraciət edilərkən buraxılmış müddətin bərpası ilə bağlı vəsatətin verilməsi məsələsinə diqqət yetirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin 21 may 2024-cü il tarixli, EQ 21283185 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2816/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2816/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver