Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2817/2023 02.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X5 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin **********3/23 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarlarından şikayət verərək, həmin qərarların ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. X6 həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin **********3/23 saylı, xx.xx.2023-cü il tarixli qərarlarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidmətinin Bakı şəhəri İdarəsinin rəisinin “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli qərarı ilə onun, yəni "xxxx" ASC-nin baş direktorunun müavini X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1500 manat cərimə şərti olaraq təyin edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müəyyən edilmişdir. Qərara əsasən həmin müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Qeyd edilən qərardan X10 Xidmətinə şikayət verilsə də, Xidmətin xx.xx.2023-cü il tarixli, **********3/23 nömrəli qərarı ilə şikayəti təmin edilməmişdir. Xidmətin xx.xx.2023cü il tarixli, **********3/23 nömrəli qərarından tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-1027/2023 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Belə ki, məhkəmə qərardadında şikayətin geri qaytarılması üçün səbəb kimi, barəsində şikayət olunan qərarın həqiqətən mövcud olub-olmaması barədə məlumatın mövcud olmaması və şikayət vermə müddətinin ötürülməsi qeyd edilmişdir. Qeyd edilən məhkəmə qərarını aldıqdan sonra məhkəmənin belə mövqeyinin şikayətin X10 Xidmətinin vasitəsi ilə deyil, birbaşa məhkəməyə verilməsi olduğunu hesab edərək X10 Xidmətinə müraciət olunmuş və prosessual müddət bərpa olunmaqla şikayətin işin materialları ilə birlikdə Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Çünki məhkəmə xx.xx.2023-cü il tarixli, 3(004)-1027/2023 nömrəli qərardadında onun tərəfindən şikayətvermə müddətinin ötürüldüyünü qeyd etmişdir. Halbuki, tərəfindən prosessual müddət ötürülməmişdir. Belə ki, Xidmətin xx.xx.2023-cü il tarixli, **********3/23 nömrəli qərarı xx.xx.2023-cü il tarixində ona rəsmi qaydada verilmiş və onun tərəfindən 10 günlük müddət ərzində (xx.xx.2023-də) həmin qərardan məhkəməyə şikayət verilmişdir. Beləliklə, məhkəmənin qərardadında qeyd edilməsinə baxmayaraq, onun tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidmətinin xx.xx.2023-cü il tarixli, **********3/23 nömrəli qərarından şikayət verilərkən şikayətvermə müddəti ötürülməmişdir. Yuxarıda qeyd edildiyi kimi, Yasamal Rayon Məhkəməsinin qərarını aldıqdan sonra şikayətvermə müddətinin ötürülməməsinə dair məhkəmədə sübutun olması üçün tərəfindən xx.xx.2023-cü il tarixində X10 Xidmətinə müraciət olunmuş və prosessual müddət bərpa olunmaqla şikayətin işin materialları ilə birlikdə Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Qeyd edilən tarixdən xeyli müddətin keçməsinə və dəfələrlə həmin Xidmətə ərizəsi ilə bağlı hər hansı tədbirin görülüb-görülməməsi barədə məlumat verilməsi üçün yazılı və şifahi müraciət etməyinə baxmayaraq, bu günə qədər ona heç bir məlumat verilməmişdir. Qeyd edilən səbəbdən hesab edir ki, X10 Xidmətinin xx.xx.2023-cü il tarixli, **********3/23 nömrəli qərarından şikayəti yenidən məhkəməyə təqdim edərək, hesab edir ki, o icraata qəbul edilməli, X10 Xidmətindən işin materialları tələb edilməli və ilk dəfə həmin qərardan tərəfindən şikayət verilərkən prosessual müddət ötürülmədiyindən, hazırda təkrarən həmin qərardan şikayət verilməsi üçün üzrlü səbəbdən ötürülmüş müddət bərpa edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, prosessual müddət bərpa edilməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidmətinin xx.xx.2023-cü il tarixli, **********3/23 nömrəli qərarından verdiyi şikayətin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X6 vəsatətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X9 göstərmişdir ki, X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından 6 aydan çox vaxt keçib. Qərar "xxxx" ASC-yə rəsmi qaydada çatıb. Bununla bağlı reyestr də məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən həmin qərardan şikayətvermə müddətinin bərpası üçün heç bir əsas yoxdur. Məhkəmə aşağıdakılara görə hesab edir ki, qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməməlidir. Belə ki, İXM-nin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin **********3/23 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X3 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Həmin qərar xx.xx.2023-cü ildə qəbul edilmişdir. Bununla da məlum olur ki, X6 MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı yanvar ayında artıq əldə etmişdir. Həmin qərardan ilkin olaraq məhkəməyə xx.xx.2023-cü il tarixdə şikayət verilmişdir. Bununla da hər bir halda barəsində şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə vəsatət verilmiş qərar ən azından şəxsə xx.xx.2023-cü il tarixdən qabaq rəsmi qaydada çatdırıldığından, həmin tarixdən hesablanmaqla, ilkin şikayətin verildiyi xx.xx.2023-cü il tarixədək 01 aydan çox vaxt keçmişdir. Həmçinin şikayət vermiş şəxs şikayətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin **********3/23 saylı, xx.xx.2023cü il tarixli qərarının da ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Lakin həmin qərardan şikayət verilə bilməz. Çünki inzibati xəta haqqında iş üzrə qərarın nədən ibarət olması İXM-nin 115-ci maddəsində göstərilmişdir. Həmin qərarlar sırasına: 1) inzibati tənbehvermə qərarı; 2) inzibati cərimə şərti olaraq tətbiq edildiməsi barədə qərar; 3) iş üzrə icraata xitam verilməsi barədə qərar; 4) iş üzrə icraatın dayandırılması barədə qərar. Lakin barəsində şikayət verilmiş X10 Xidmətinin **********3/23 saylı, xx.xx.2023-cü il tarixli qərarı İXM-nin 115-ci maddəsinə uyğun çıxarılmış qərar deyildir. Həmçinin barəsində şikayət verilmiş həmin qərar “inzibati xəta haqqında iş üzrə qərar” deyil, barəsində şikayət verilmiş həmin qərar “inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə baxılması nəticəsində çıxarılmış qərar”dır. “İnzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə baxılması nəticəsində çıxarılmış qərar”dan şikayət verilməsi İXM-də nəzərdə tutulmamışdır. Beləliklə vəsatət yalnız onunla əsaslandırılmışdır ki, həmin qərardan yuxarı orqana verilmiş şikayət təmin edilmədiyindən, məhkəməyə şikayət vermək məcburiyyətində qalınıb, bu zaman məhkəməyə şikayət vermə müddəti buraxılıb. İnzibati Xətalar Məcəlləsində belə bir tələb yoxdur ki, məhkəməyə şikayət vermək üçün ilk öncə yuxarı orqana şikayət verilməlidir və yaxud yalnız yuxarı orqana şikayət verildikdən sonra məhkəməyə şikayət verilə bilər. Çünki İXM-in 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Səlahiyyətli orqana və ya məhkəməyə şikayət vermək hüququnu seçmək şikayət vermiş şəxsin mülahizəsindən asılıdır. Beləliklə hazırkı iş üzrə məhkəməyə şikayət vermək üçün müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı üzürlü səbəblərlə əlaqədar deyildir, şikayətçinin öz mülahizəsinə əsasən birinci yuxarı orqana şikayət verdiyi üçün müddət buraxılmışdır. Müddətin buraxılması üçün göstərilmiş səbəblərin üzürlü səbəb hesab edilməsi mümkünsüzdür. Qeyd edilənlərə əsasən buraxılmış müddətin bərpa olunması qeyrimümkün hesab edilir. Buna görə də qərardan şikayət vermək üçün ötürülmüş müddətin bərası barədə vəsatətdə göstərilmiş əsaslar üzürlü hesab edilə bilməz. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı şikayət verilmə müddətini üzürlü səbəbdən buraxılması halları aşkar olunmadı, bu barədə hər hansı bir mötəbər, əsaslı, inandırıcı dəlil və məhz baxılan məsələ üzrə aidiyyəti sübut təqdim edilmədi. Səbəbin üzürlü hesab edilib-edilməməsi ixtiyari bir mülahizəyə görə deyil, əsaslı səbəbə görə müəyyən edilməlidir, hansı ki bu səbəb tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin pozulmasına münasibətdə, tərəflərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması hüququnun pozulmasına münasibətdə, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına münasibətdə, səbəbin ağlabadanlığına münasibətdə, bu səbəbə haqq qazandırıla bilinsin. Lakin hazırkı vəsatətdə göstərilən səbəbə yuxarıda qeyd edilənlərə münasibətdə haqq qazandırıla bilməz. Beləliklə, qərardan şikayət verməsi qaydası və halları, müddəti, buraxılmış müddətin bərpasının hansı hallarda mümkünlüyü İXM ilə dəqiq müəyyən edilmişdir. İXM ilə müəyyən edilmiş həmin qaydaların pozulması, buraxılmış müddətin əsassız olaraq bərpa edilməsi son nəticədə İXM-nin yuxarıda sadalanan prinsiplərinə və müəyyən edilmiş qaydalarına ziddir. Buna yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-in 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Yuxarıda sadalananlarla əlaqədar məhkəmə qeyd edir ki, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə desək işin baxılmağa hazırlanması zamanı İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir Hazırkı iş üzrə məhkəmə qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpası barədə vəsatəti təmin etməmək qərarına gəlmişdir. Belə olan halda həmin qərardan verilmiş şikayətə baxılması mümkünsüzdur və şikayətə baxıla bilmir. Şikayətə baxıla bilmədiyi üçün şikayətin məhkəmənin icraatına qəbulundan və məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin **********3/23 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarlarından X6 tərəfindən verilmiş şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməsin, qərarlardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməsin. Həmin qərarlardan verilmiş şikayətin məhkəmənin icraatına qəbulundan və məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2817/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2817/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver