Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-282/2024 25.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X16 iclas katibliyi, Şikayətçi “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinin direktoru X10 nümayəndəsi və vəkili Vəkil, “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinin nümayəndəsi Nümayəndə2, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında X22 Xidmətinin nümayəndəsi - Nümayəndə1 iştirakları ilə, Şikayətçi “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinin direktoru X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinin direktoru X5 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X25 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərarın, eyni zamanda qərarın qəbul edilmsinə əsas olmuş əmək müfəttişi X20 tərəfindən tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokolun ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 "XƏTAİ-3" X9 məxsus çörək zavodunda əmək hüquqlarının pozulması barədə, Gülilə Fətullayevanın həyat yoldaşı X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Bakı şəhər idarəsinə ünvanladığı müraciəti əsasında tam əsassız və qanunsuz olaraq, əməllərində heç bir inzibati xətanın tərkibi olmadığı halda, DƏMX-nin Bakı şəhər idarəsinin əmək müfəttişi X20 tərəfindən barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 11 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə, idarənin rəisi X25 tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda və xx.xx.2023-cü il tarixli, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilənlərə görə, guya "X1 "XƏTAİ-3" Kommersiya-İstehsalat Mərkəzinə məxsus çörək zavodunda sınaq müddəti ilə 2023-cü ilin fevralın 28-dən mart ayının 2-dək işlədiyi məlum olmuşdur, lakin işi qənaətbəxş olmadığından əmək müqaviləsi bağlanmamışdır". Halbuki, X1 "XƏTAİ-3" Kommersiya-İstehsalat Mərkəzinə məxsus çörək zavodunda əmək hüquqlarının pozulması barədə Gülilə Fətullayevanın həyat yoldaşı X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Bakı şəhər idarəsinə müraciəti əsasında, X22 Xidməti Bakı şəhər idarəsindən ünvanlarına daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-17-5/2-24653/2023 saylı məktuba cavab olaraq tərəflərindən bildirilmişdir ki, "X3 2023-cü ilin fevral ayının 27-si saat 10-da onların müəssisəsinə iş axtaran kimi müraciət etmişdir. Onlar da özləri xanımı 15-20 dəqiqə arası işlə, iş qrafiki, işin sistemi ilə tanış etmişlər. Növbəti gün yenə də səhər saatlarında sexə gəlmişdir, vətəndaş “bir daha düşünüm, işləmək istəsəm fikirimi bildirəcəm”-deyib getmişdir. 6-7 gün sonra yenə də səhər saatlarında sexə gəlmişdir. Xanım işlə tanış olduğu (öyrənmək nəqsədilə) 15-20 dəqiqə ərzində əmək haqqının az olmasından və işin çətinliyi ilə razılaşmamış və bu səbəbdən işçilərə yerli-yersiz suallar verərək bezdirmiş, işçilərin işinə qarışmaq kimi, məsələn, “maaş azdır”, “iş çətindir”, “niyə bu maaşa işləyirsiniz?” və s. bu kimi suallar verərək işçilər arasında mübahisə yaratmışdır. Xanım bir daha sexə gələndə onlar ona əgər işləmək istəyirsə, şəxsiyyət vəsiqəsini gətirməsini və əmək müqaviləsinin bağlanılmasını bildirmişlər. Lakin maaşın azlığından və işin çətinliyindən narazılığını bildirərək əmək müqaviləsinin bağlanmasından imtina etmişdir. X1 özünün qərarsız olduğunu görərək, Gülilənin onlarla sexdə işləməsi qeyri-mümkün olduğundan (gah işləyəcəm, gah da baxaram deməsi, onlara problem yaradacağını hiss edərək) işə qəbul etməmişlər. Bu səbəbdən də xanım şikayət edəcəyini bildirərək çıxıb getmişdir və bir daha qayıtmamışdır. Hesab edirlər ki, əməllərində heç bir inzibati xətanın tərkibi olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Bakı şəhər idarəsinin əmək müfəttişi X20 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə barələrində tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və 23 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğundan ləğv edilməsini və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-5633/2023 saylı qərarı ilə şikayət təmin edilməmiş, daha sonra qərarla razılaşmayan “Xətai-3” X8 direktoru X17 tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)- 2550/2023 saylı qərarı ilə qismən təmin edilmiş və iş materialları yenidən araşdırılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyasının qərarı onunla əsaslandırılmışdır ki, iş materiallarında olan birinci instansiya məhkəməsində 16 noyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının protokolunda məhkəmə iclasında iştirak edən şəxslərin arasında “Xətai-3” X8 direktoru X10 adı qeyd edilməsə də, protokolun məzmununda onun şəxsiyyəti müəyyən edilmiş və onun adından izahat qeyd edilmişdir. İşin halları ilə birinci instansiya məhkəməsində barəsində icraat aparılan şəxsin iştirak edib-etməməsini müəyyən etmək olmur. Əgər şəxs birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etməmişdirsə, şəxsin iştirak etməsinin protokolda qeyd edilib qərarda qeyd edilməməsi məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasına dəlalət edir. Odur ki, apelyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, nəticədə iş üzrə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və beləliklə X10 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə erkən nəticəyə gələrək əsassız qərar qəbul etmişdir. Şikayətçi “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinin direktoru X10 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsində qeyd olunanları müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, X6 ərinin müraciəti əsasında ƏƏSMN DƏMX tərəfindən, eyni zamanda Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılmışdır. Belə ki, DVX-nin xx.xx.2023-cü il tarixli **********6694 nömrəli qərarına əsasən Mərkəzdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək operativ vergi nəzarəti qaydasında yoxlama aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akta əsasən görünür ki, çörək sexində 8 nəfər işçinin əməmk müqaviləsi olmadan işə cəlb edilməsi faktı aşkar edilmiş və faktla bağlı “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzi vergi məsuliyyətinə cəlb edilməklə barəsində 16.000 (on altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hesab edir ki, eyni əmələ görə şəxsin iki müxtəlif msəuliyyətə cəlb edilməsi qanunsuz və əsassızdır. Bundan başqa qərarda göstərilmişdir ki, guya X7 “XƏTAİ-3” Kommersiya-İstehsalat Mərkəzinə məxsus çörək zavodunda sınaq müddəti ilə 2023-cü ilin fevralın 28-dən mart ayının 2-dək işləmişdir. Lakin qeyd olunan Gülilə Fətullayevanın izahatından başqa hər hansı digər mötəbər sübutla öz təsdiqini tapmır. Həmçinin şikayətçi vəzifəli şəxs olaraq ümumiyyətlə həmin qadını tanımamış, hər hansı cəlb edilməsi ilə bağlı vəd verməmişdir. Belə ki, vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün onun hüquqi şəxsin mənafeyi və maraqları üçün hərəkət və ya hərkətsizlik etməlidir ki, tərkib yaransın. Hazırkı halda isə X10 əməmlində belə bir hal aşkar edilmir. İnzibati xəta haqqında heç bir dəlil sübut yoxdur. Göstərilənlərə əsasən inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdən Mərkəzdə istehsalat rəisi vəzifəsində işləməyə başlamışdır. Belə ki, o, əvvəllər qeyd olunan sexdə işləməsinə baxmayaraq sonradan fəaliyyətini dayandırmış, xx.xx.2023-cü il tarixdən isə yenidən fəaliyyətini davam etdirmişdir. Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılan araşdırma zamanı isə ondan izahat alınmışdır, lakin o, izahata imza edərkən oxumadan imza etmiş, müfəttiş isə onu aldadaraq heç bir problemli məsələ olmadığını bildirmişdir. Qeyd edir ki, o, izahat verərək ümumiyyətlə Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinin səlahiyyətli nümayəndəsi olmamışdır. Əlavə olaraq verilmiş suallara əsasən bildirir ki, Gülilə Fətullayevanın sexdə işləməsinin şahidi olmamışdır. Yalnız bir iki dəfə iş üçün müraciət etmiş, daha sonra isə işin gedişatının ağırlığı ilə tanış olduqdan sonra imyina etmişdir. Bundan başqa Gülilə Fətullayevanın ərizəsində göstərilən tarixlərdə sexdə işləmədiyi üçün onun izahatında göstərilənlər özü-özülüyündə həqiqəti əks etdirə bilməz. Göstərilənlərə əsasən hesab edir ki, X22 Xidmətinin Bakı şəhər İdarəsinin 23 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Həmçinin qeyd edir ki, həm verginin tətbiq etdiyi maliyyə sanksiyası, həm də hazırkı cərimə məbləğinin tətbiq edilməsi şirkətin fəaliyyətinin iflic olması denəkdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən X22 Xidmətinin nümayəndəsi Nümayəndə1 şikayətin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara əsasən o, izahatında əlavə olaraq bildirdi ki, Dövlət Vergilər Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər İdarəsindən daxil olan müraciət əsasında müəyyən edilmişdir ki, sözügedən çörək zavodunda əmək müqaviləsi bağlanmadan və hüquqi qüvvəyə minmədən 8 nəfər işçi işə cəlb edilmişdir. Bundan başqa Dövlət Vergilər Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər İdarəsindən Gülilə Fətullayevanın əri X13 müraciəti daxil olmuşdur. O, müraciətində Gülilə Fətullayevaya işlədiyi günlər üzrə son haqqhesab ödənişinin edilməməsini bildirmişdir. Araşdırma zamanı Gülilə Fətullayevanın özünün, əri Akif Fətullayevin və şirkətin nümayəndəsi Nümayəndə2 izahatları alınmışdır. Qeyd olunan izahatlarda fakt öz təsdiqini tapdığından “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinin direktoru X17 barəsində inzibati xəta haqqın icraat başlanılmış və o, İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 23 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan başqa şəxs barəsində vergi tərəfindən maliyyə sanksiyasının tətbiq edilməsini hesab edir ki, əmək qanunvericiliyinin tələbinin pozulması əsası ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün maneə deyildir. Ona görə də hesab edir ki, qəbul edilmiş qərar qanuni və əsaslıdır, ləğv edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Odur ki, göstərilənlərə əsasən şikayətin rədd edilməsini qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X25 tərəfindən “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinin direktoru X17 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-cı maddəsi ilə qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və əmək müfəttişi X20 tərəfindən tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X20 tərəfindən tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, X6 “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinə məxsus çörək zavodunda sınaq müddəti ilə 2023-cü ilin fevral ayının 28-dən mart ayının 2-dək sınaq müddəti ilə işləməsi, lakin onun işi qənaətbəxş olmadığından onunla əmək müqaviləsinin bağlanmaması aşkar edilmişdir. X4 adının qeyd olunmasına baxmayaraq, protokol onun tərəfindən imzalanmamışdır, həmçinin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin imza etməməsinin səbəbləri göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş qurumun səlahiyyətli nümayəndəsi tərəfindən isə protokolun imzalanmaması səbəbləri əsaslandırıla bilməmiş, eləcə də protokolun surətinin X11 qanunla müəyyən edilmiş qaydada təqdim edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X25 tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 11 oktyabr 2023-cü MN seriyalı ******* nömrəli protokol əsasında “Xətai-3” X8 direktoru X17 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində 4.000 manat məbləğində cərimə təyin edilmişdir. İş materiallarında olan zərfdən müəyyən edilir ki, 23 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 rəsmi qaydada təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin DƏMX-nin Bakı şəhər idarəsinə ünvanlanmış 22 sentyabr 2023-cü il tarixli məktubundan müəyyən edilir ki, DƏMX-nin Bakı şəhər idarəsinin “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinə məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri üzrə məlumatın təqdim edilməsi barədə məktubuna Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli **********6694 nömrəli qərara əsasən cəmiyyətə məxsus obyektdə operativ vergi nəzarəti tədbiri keçirilmiş və işəgötürən tərəfindən 8 nəfər işçinin AR ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsi müəyyən edilərək xx.xx.2023-cü il tarixli DVX seriyalı 003705 nömrəli aktla rəsmiləşdirilmişdir. Nəticədə vergi ödəyicisinə Baş İdarənin xx.xx.2023-cü il tarixli **********4509 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən 16.000 (on altı min) maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********6694 nömrəli qərardan müəyyən edilir ki, çörək istehsalı və uzun müddət saxlanıa bilməyən unlu qənnadı məmulatlarının istehsalı ilə məşğul olan “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinə məxsus obyektdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix daxil olmaqla növbədənkənar operativ vergi nəzarəti yoxlaması keçriilməsi qərara alınmışdır. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli 003705 aktdan müəyyən edilir ki, 8 nəfər işçinin əmək müqaviləsi bağlanmadan işə cəlb edilmələri müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarına əsasən müəyyən edilir ki, “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinə 16.000 (on altı min) maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan X13 xx.xx.2023-cü il tarixli izahatından müəyyən edilir ki, o, arvadı Gülilə Fətullayevanını xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinə məxsus sexdə işləməsini, lakin axrıncı iş günü əmək haqqının ödənilməməsini bildirmişdir. İzahatı alınmış Gülilə Fətullayeva da qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin X18 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, sonuncu tərəfindən daxil olmuş müraciət əsasında “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzidə operativ nəzarət yoxlaması keçirilmiş və nəticəsi barədə müraciət müəllifinə məlumat verilmişdir. İş materiallarında olan Nümayəndə2 xx.xx.2023-cü il tarixli izahatından müəyyən edilir ki, o, Gülilə Fətullayevanın 2023-cü ilin fevral ayından mart ayının 28-dək sınaq müddəti ilə işləməsini bildirmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, X13 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış müraciətinə əsasən “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinə məxsus obyektdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix daxil olmaqla növbədənkənar operativ vergi nəzarəti yoxlaması keçriilməsi qərara alınmış, 21 iyun 2023-cü il tarixldə keçirilən yoxlama zamanı 8 nəfər işçinin əmək müqaviləsi bağlanmadan işə cəlb edilmələri müəyyən edilmişdir. Lakin yoxlama zamanı Gülilə Fətullayevanın adı həmin siyahıda müəyyən edilməmişdir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli Qərarına əsasən “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinə 16.000 (on altı min) maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan sonra Gülilə Fətullayevanın əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktına görə material baxılması üçün DƏMX-nin Bakı şəhər idarəsinə göndərilmişdir. Bundan sonra “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinin direktoru X17 barəsində əmək müfəttişi X20 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 11 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 23 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X17 təqsirli bilinərək barəsində 4.000 manat məbləğində cərimə təyin edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X13 müraciəti əsasında aparılan yoxlama nəticəsində həm “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzi barəsində maliyyə sanksiyası tətbiq edilmiş, həm də onun direktoru X17 inzibati məsuliyyətə cəlb edilmişdir. İşin faktiki hallarından görünür ki, hər iki qrum qarşılıqlı əməkdaşlıq qaydasında “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzində əmək qanunvericiliyinin tələblərinin pozulması faktı üzrə müvafiq araşdırmalar aparılmışdır. Belə olan halda, əgər Gülilə Fətullayevanın əmək müqavilə bağlanmadan işə cəlb edilməsi faktı öz təsdiqini tapmışdırsa o halda, şirkət 8 nəfər işçiyə münasibətdə deyil 9 nəfər işçiyə münasibətdə vergi qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilməli idi. Belə olan halda, şirkət və ya onun mənafeyi ilə bağlı olan vəzifəli şəxsin ayrı-ayrılıqda məsuliyyətə cəlb edilməsi, ayrı-ayrı işçilərə münasibətdə müxtəlif qanunvericiliyin normalarına əsasən məsuliyyətə cəlb edilərək maddi məhrumiyyətə məruz qalması hüququn ümumi prinsiplərinə ziddir. Digər tərəfdən qərarından şikayət verilmiş orqanının nümayəndəsi tərəfindən məhkəməyə sübut olaraq təqdim edilmiş izahatlardan müəyyən edilir ki, qanunsuz olaraq işə cəlb edilməsi ehtimal edilən Gülilə Fətullayevanın və onun adından müraciət edən ərinin izahatları 2023-cü ilin iyul ayında alınmasına baxmayaraq, “Xətai-3” Kommersiya- İstehsalat Mərkəzinin nümayəndəsi qismində Nümayəndə2 izahatı xx.xx.2023-cü il tarixdə alınmışdır. Qeyd olunan zaman fərqi məhkəmədə kifayət qədər obyektiv araşdırmanın aparılması ilə bağlı şübhə yaradır. Bundan başqa qeyd olunan izahatlarda, X10 Gülilə Fətullayeva ilə ümumiyyətlə ünsiyyətdə olub-olmaması, əgər ünsiyyətdə olmuşdursa hansı iş rejimi qaydasında işə götürülməsi və s. barədə məlumat qeyd edilməmişdir. X24 DƏMX-nin Bakı şəhər İdarəsinə verdiyi izahatında ümumiyyətlə X17 tərəfindən işə cəlb olunmasını bildirməmişdir. Eyni zamanda Nümayəndə2 izahatında bu barədə məlumat verməmiş, eləcə də onun məhkəmədə verdiyi izahatdan və əmək müqaviləsindən çıxarışdan müəyyən edilir ki, o, Mərkəzdə xx.xx.2023-cü il tarixdən Mərkəzdə istehsalat rəisi vəzifəsində işləməyə başlamışdır. Dolayısı ilə Gülilə Fətullayevanın fevral-mart aylarında əməmk müqaviləsi olmadan işə cəlb edilməsi ehtimal edilərsə, bu halda bu faktı Nümayəndə2 təsdiqləməsi mümkün deyildir, çünki həmin dövrdə çörək zavodunda işləməmişdir. Odur ki, məhkəmə qeyd olunan izahatı mötəbər sübut olaraq qəbul etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Hüquq nəzəriyyəsinə görə hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək, hüquqi şəxsin əmlakına sərəncam vermək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Həmin Məcəllənin 18-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəyə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Hüquq nəzəriyyəsinə görə “hüquqi şəxsin törətdiyi inzibati xəta”, “hüquqi şəxsin əməlində inzibati xəta tərkibi” deyildikdə, yalnız hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fəaliyyət göstərmiş konkret fiziki şəxslərin inzibati xəta törətməsindən, onların əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasından söhbət gedə bilər. İnzibati xətalar qanunvericiliyinin məzmunundan da görünür ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq konkret fiziki şəxslərin törətdiyi inizbati xətalarla əlaqələndirilmişdir. Belə ki, bu əlaqə onunla xarakterizə olunur ki, həmin xəta hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün törədilmiş olmalıdır. İnzibati xətanın hüquqi şəxsin xeyrinə törədilməsi dedikdə, həmin əməllə hüquqi şəxsə fayda gətirmək, onun maddi öhdəliklərini azaltmaq, onun maddi durumunu başqa formada yaxşılaşdırmaq məqsədilə törədilməsi kimi başa düşülür. İnzibati xətanın hüquqi şəxsin maraqlarının qorunması üçün törədilməsi dedikdə isə, inzibati xəta əməlinin hüquqi şəxsin müxtəlif xarakterli mənafelərənin müdafiəsi və təmin olunması məqsədilə törədilmiş olması başa düşülür. Bu cür maraqlar hüquqi şəxsin nəzarət orqanlarının yoxlamalardan kənarda qalmasını təmin etmədə və sair hərəkətlərdə ifadə oluna bilər. Beləliklə qanunvericiliyə görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiq edilməsinə əsas ola bilən fiziki şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Yalnız hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər; o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Qeyd olunan hallara baxmayaraq hazırkı işin hallarından X10 Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinin mənafeyi naminə hansı hərəkətləri etməsi, habelə qərar qəbul etmiş orqan tərəfindən ümumiyyətlə Gülilə X2 tərəfindən işə cəlb edilməsi faktı öz təsdiqini tapmır. Odur ki, məhkəmə hesab edir ki, araşdırma nəticəsində X10 əməlində İXM-nin 192.1-cı maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şikayətdə qərarın ləğvi ilə yanaşı protokolun ləğv edilməsi də xahiş edilmişdir. Məhkəmə qeyd olunan xüsusatlar bağlı qeyd edir ki, məhkəmə tərəfindən qanunvericiliyin tələbinə əsasən protokoldan şikayətə baxılmır, lakin hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində xətanın tərkib əlamətlərinin olması sübuta yertilmədiyindən məhkəmə hesab edir ki, qərar ləğv edilməklə yanaşı onun barəsində tərtib edilmiş protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə hesab edir ki, X10 şikayəti təmin edilməli; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X25 tərəfindən “Xətai-3” Kommersiya-İstehsalat Mərkəzinin direktoru X17 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-cı maddəsi ilə qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli; qərar əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Mərkəzi İnformasiya sistemində X17 barəsində yerləşdirilmiş 4.000 manat cərimə məbləği silinməli və əmək müfəttişi X20 tərəfindən tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X10 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X25 tərəfindən “Xətai-3” Kommersiya- İstehsalat Mərkəzinin direktoru X17 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-cı maddəsi ilə qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və əmək müfəttişi X20 tərəfindən tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. 23 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Mərkəzi İnformasiya sistemində X17 barəsində yerləşdirilmiş 4.000 manat cərimə məbləği silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-282/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-282/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver