Məhkəmə qərarları › İş №3(004)-283/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-283/2021

14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-283/2021 14.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, Abdulla-zadə Pərviz Xosrov oğlunun Bakı şəhər DYPİ-nin patrul xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP4112557 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: Abdulla-zadə Pərviz Xosrov oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin patrul xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP4112557 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Abdulla-zadə Pərviz Xosrov oğlunun şikayəti geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş şikayət şikayətçi Abdulla-zadə Pərviz Xosrov oğlu tərəfindən imzalanmamışdır. Eyni zamanda, Abdulla-zadə Pərviz Xosrov oğlu inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, Abdulla-zadə Pərviz Xosrov oğlunun Bakı şəhər DYPİ-nin patrul xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP4112557 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti imzalanmadığından, eyni zamanda həmin qərar şikayətə əlavə edilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı m: Abdulla-zadə Pərviz Xosrov oğlunun Bakı şəhər DYPİ-nin patrul xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP4112557 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar