Məhkəmə qərarları › İş №3(004)-2831/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2831/2020

20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2831/2020 20.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X9 iclas katibliyi , qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Baş Polis İdarəsi (BPİ) Dövlət X14 (DYPİ) etibarnamə üzrə nümayəndəsi X5 və X1nun iştirakları ilə, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə özünə məxsus “X18 C30” (minik) markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Heydər Əliyev prospekti istiqamətində hərəkət edən zaman Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nin inspektoru ona “saxla” əmri vermişdir. O, qanuna əsasən saxla əmrinə riayət etmiş və bundan sonra inspektor ona yaxınlaşıb saxlama səbəbini bildirərək sənədlərini tələb etmişdir. YPX-nin inspektoru bildirmişdir ki, o, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə hərəkət edən zaman svetoforun qırmızı qadağanedici işarəsinə əməl etmədən hərəkətinə davam etmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. O, öz növbəsində etiraz edərək bildirmişdir ki, svetoforun yaşıl işığı yanıb-söndüyü vaxt yol ayrıcını keçmişdir. Lakin inspektor inzibati xətanın törədilməsini tam sübut etmədən, onun barəsində İXP seriyalı ******* nömrəli protokol tərtib etmişdir. Daha sonra barəsində aparılan araşdırma barədə ona məlumat verilmədən, yəni onun iştirakı təmin edilmədən İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin təyin edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli TPseriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar isə ona xx xxxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada təqdim edilmişdir. Göstərilənlərə əsasən M.Ç.Salamov sözügedən qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayətin dəlillərinə uyğun izahat verərək Bakı şəhər BPİ-nin DYPİ-sinin baş inspektoru polis kapitanı X12 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-sinin etibarnamə üzrə nümayəndəsi X10 izahatında göstərmişdir ki, inzibati xəta törətmiş şəxs X7 nəqliyyat vasitəsi ilə Əbdüləzəl Dəmirçizadə küçəsindəki yol ayrıcını keçərkən öz hərəkət istiqaməti üzrə yerləşdirilmiş işıqforun qadağanedici işarəsi, yəni qırmızı işıq qüvvədə olarkən idarə etdiyi avtomobili saxlamadan öz hərəkətini davam etdirmişdir. Belə ki, qeyd olunan istiqamətdə həm düzünə, həm də sol istiqamətdə hərəkət edən avtomobillərin hərəkətini tənzimləyən iki ədəd işıqfor yerləşdirilmişdir. İşin hallarından isə görünür ki, X2 dönmə əməliyyatı edərkən düzünə istiqaməti tənzimləyən işıqforun işarəsi ilə səhvən hərəkətini davam etdirmişdir. Belə olan halda, X7 tərəfindən törədilmiş əməl düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X10 göstərilənlərə əsasən şikayətin dəlillərinin əsassız hesab edilərək təmin edilməməsini və qəbul edilmiş qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında X10 eyni zamanda məhkəməyə qeyd edilən inzibati xətanın mövcud olmasına dair hər hansı bir təsdiqedici sübut təqdim edə bilmədiyini bildirmişdir. Belə ki, sonuncu qeyd olunan faktla bağlı məhkəmədən əvvəl aidiyyəti yuxarı inzibati orqana şikayət etməmiş və müvafiq araşdırma aparılmamışdır. Bundan başqa X10 məhkəməyə X3 barəsində aparılan inzibati araşdırma ilə bağlı onun iştirakının təmin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə şikayət ərizəsini, tərəflərin izahatlarını dinləyib və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nin Müşayiət-Eskort bölüyü YPX-nin inspektoru X12 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, həmin protokol xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Protokolun tərtib edilməsinə əsas isə ondan ibarət olmuşdur ki, həmin tarixdə saat 17:59-da Xətai rayonu Dəmirçizadə küçəsində X7 idarə etdiyi “X18 C30” (minik) markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin hallarından müəyyən edilir ki, X7 onun tərəfindən törədilməsi iddia edilən xəta hadisəsi ilə razılaşmadığından onun barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə göndərilmişdir. Həmin protokola Bakı şəhər BPİ DYPİ-nin plois leytenantı X6 tərəfindən baxılmış və X7 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 60 (altımış) manat cərimə növündə inzibati tənbeh edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Şikayətçi tərəfindən işə əlavə edilmiş zərfin üzərindəki “Azərpoçt” ştamplarından müəyyən edilir ki, xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərar X4 xx xxxxxxx 2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Eyni zamanda X7 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə inzibati xəta hadisəsinin törədilib-törədilməməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişlər. Belə olan halda isə, iş üzrə icraata xitam verilməsi ilə bağlı məsələyə obyektiv qiymət verilməsi qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nin polis leytenantı X6 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün qərar qəbul edən orqana göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X14 Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X14 polis leytenantı X6 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin qərarı qəbul etmiş səlahiyyətli orqana göndərilsin. X7 barəsində qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X14 Mərkəzi İnformasiya sistemində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar