Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2834/2024 03.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Yasamal rayon İcra şöbəsinin icra məmuru X4, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X9 tərəfindən 03 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5520/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 137 manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-592/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməlidir. Borclu Şəxs 5000 manat borcu vardır. Nəticədə borclu Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5520/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 01 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 sentyabr 2017-ci il tarixdən başlayaraq cavabdeh Şəxs X5 xeyrinə hər ay 137 manat sabit pul məbləğində aliment, habelə 01 iyul 2017-ci il təvəllüdlü X3 üç yaşına çatana kimi 11 sentyabr 2017-ci il tarixindən başlayaraq cavabdeh Şəxs X5 xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi üzrə icraata 16 oktyabr 2017-ci il tarixli qərarlarla başlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-592/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı X5 cavabdeh Şəxs qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5520/2017 nömrəli 10 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 137 manat məbləğində aliment artırılsın və hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X5 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata 04 mart 2024-cü il tarixli qərarlarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Hazırda borclunun ümumi borcu 4800 manat təşkil edir. Borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və aliment borcunun ödənilməsi ilə bağlı tələbkarla qarşılıqlı razılığa gəlmişlər. Belə ki, ilkin olraq 2000 manat ödəniş etmiş qalıq 2800 manat məbləğində borcun isə xx.xx.2024-cü il tarixədək ödənilməsi barədə öhdəlik götürmüşdür. Göstərilən halların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X10 bildirmişdir ki, Şəxs tərəfindən ona 4800 manat məbləğində pul ödənilməlidir. Şəxs ilə qarşılıqlı razılığa gəlmişlər. Belə ki, ilkin olaraq Şəxs tərəfindən 2000 manat məbləğində ödəniş edilmişdir. Qalıq borc 2800 manatın isə xx.xx.2024-cü il tarixədək ödənilməsi üçün möhlət vermişdir. Göstərilənlərə əsasən Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(002)-5520/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, 01 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 sntyabr 2017-ci il tarixdən başlayaraq cavabdeh Şəxs X5 xeyrinə hər ay 137 manat sabit pul məbləğində aliment, habelə 01 iyul 2017-ci il təvəllüdlü X3 üç yaşına çatana kimi 11 sentyabr 2017-ci il tarixindən başlayaraq cavabdeh Şəxs X5 xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi üzrə icraata 16 oktyabr 2017-ci il tarixdə başlanılmış, borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin ünvanlanaraq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(002)-5520/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-592/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, iddiaçı X5 cavabdeh Şəxs qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5520/2017 nömrəli 10 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 137 manat məbləğində aliment artırılsın və hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X5 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata 04 mart 2024-cü il tarixdə başlanılmış, borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin ünvanlanaraq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-592/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X10 aliment borcundan 2000 manat ödəmişdir. Qalan 2800 manat pulu xx.xx.2024-cü il tarixədək ödəyəcəkdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X10 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ərizədən görünür ki, Şəxs tərəfindən verilən 2000 manat məbləğində pulu qəbul etmişdir. Qalan 2800 manat pulun xx.xx.2024-cü il tarixədək ödənilməsinə etiraz etmir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs tələbkara tələbkarla qarşılıqlı razılığa gəlmişlər və bununla bağlı tələbkar məhkəməyə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-in: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5520/2017 saylı, xx.xx.2017-ci il tarixli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-592/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən tərtib olunmuş 03 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2834/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2834/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver