Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2835/2023 20.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , Bakı şəhəri, Yasamal rayon DYPŞ-nin polis kapitanı X2, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 Bakı şəhəri Yasamal Rayon DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X6 Bakı şəhəri Yasamal Rayon DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsi baş verən zaman, yəni **-CP-*** nömrəli Hyundai Sonata markalı avtomobil onun maşınını vurarkən sükan arxasında tamamilə başqa bir xanım olmuşdur (X3 anası). Lakin Yasamal rayon dövlət yol polisi şöbəsi bu xüsusata “məlum olmayan səbəbdən” göz yummuş, hadisəni törədən əsl sürücünün ümumiyyətlə sürücülük hüququnun olub-olmamasını araşdırmamış, əksinə bu kobud qanun pozuntusunu ört-basdır edərək hadisə zamanı qətiyyən orada olmayan bır xanımı - X3 guya sükan arxasında olmasına şərait yaratmış və onun izahatını almışdır. Qeyd edilən hal yol-hərəkəti haqqında qanunun tələblərinin biabırçı formada pozulmasıdır. Yasamal rayon dövlət yol polisi şöbəsi tərəfindən hadisə yerinə gələn inspektor onu alkoqollu içki yoxlanışına göndərsə də, qarşı tərəfi bu yoxlanışa göndərməmişdir Burada polis əməkdaşının məqsədi yol-nəqliyyat hadisəsində onu təqsirkar çıxartmaq olmuşdur. Bu xüsusat inzibati xəta ilə əlaqədar araşdırmanın tamamilə qeyri-obyektiv və qərəzli aparıldığını təsdiq edən faktdır.Əsas xüsusat bundan ibarətdir ki, o, idarə etdiyi avtomobillə E.İbrahimbəyov-C.Qaryağdıoğlu küçələrinin kəsişməsindəki yol ayrıcına daxil olmazdan əvvəl sağ tərəfində olan bütün nəqliyyat vasitələrini gözləmişdir. Çünki tıxac olduğuna görə ən azı 8 dəqiqə orada dayanmışdır. **-CP-*** nömrəli Hyundai Sonata markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini tam hərəkətsiz formada saxlamışdı, ona görə də o yol ayrıcına daxil olmuşduR və o, artıq yol ayrıcında olarkən həmin maşın arxa sağ tərəfdən onu vurdu. Lakin Yasamal rayon dövlət yol polisi şöbəsi tərəfindən yolnəqliyyat hadisəsinin sxemi məqsədli şəkildə səhv çəkilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6, şikayətin dəlillərinə uyğun izahat verərək, təqsirsiz olmasını və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri, Yasamal rayon DYPŞ-nin polis kapitanı X4 bildirmişdir ki, aşkar edilmiş yol hərəkəti, qayda pozuntusu faktına əsaslanmışdır. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon DYPŞ-nin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə, saat 16:05 radələrində idarə etdiyi “Hyundai Sonata” minik markalı, ** RP *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov –C.Qaryağdıoğlu ərazisində nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozmasına görə barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Hyundai Sonata” markalı ** RP *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov –C.Qaryağdıoğlu ərazisində nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozması öz təsdiqini tapmışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsində qeyd edilmişdir ki, “eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir”.Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında hərəkətdə olan hər bir sürücü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir”. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2023-cü il tarixdə, saat 16:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov –C.Qaryağdıoğlu ərazisində yolayrıcını keçmə qaydalarının pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhəri Yasamal Rayon DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 Bakı şəhəri Yasamal Rayon DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2835/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2835/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver