Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2841/2020 06.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X7 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 EQ3946025 saylı, xx.xx.2020-ci il tarixli, EQ3998333 saylı, xx.xx.2020-ci il tarixli, EQ3952897 saylı, xx.xx.2020-ci il tarixli, EQ3741535 saylı, xx.xx.2020-ci il tarixli, EQ3917835 saylı, xx.xx.2020-ci il tarixli, EQ3876480 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarlarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Maliyyə X3 MN ******* saylı xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, inzibati tənbeh vermə haqqında EQ3946025 - xx.xx.2020, EQ3998333 - xx.xx.2020, EQ3952897 - xx.xx.2020, EQ3741535 - xx.xx.2020, EQ3917835 - xx.xx.2020, EQ3876480 - xx.xx.2020 saylı və tarixli qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə və məhkəmə iclasında verdiyi izahatında göstərmişdirlər ki, X12 xx.xx.2020-ci il tarixində Asan Pay saytına daxil olarkən onun barəsində aşağıdakı inzibati tənbeh verilməsi barədə qərarların qəbul edilməsindən xəbər tutmuşdur: EQ3946025 saylı, xx.xx.2020-ci il tarixli, EQ3998333 saylı, xx.xx.2020-ci il tarixli, EQ3952897 saylı, xx.xx.2020-ci il tarixli, EQ3741535 saylı, xx.xx.2020-ci il tarixli, EQ3917835 saylı, xx.xx.2020-ci il tarixli, EQ3876480 saylı, xx.xx.2020-ci il tarixli qərarlar. Bu qərarlar barədə ona İXM-də göstərilmiş qaydada rəsmi məlumat verilməmiş, qərarların mətni ona rəsmi qaydada göndərilməmişdir. Cərimələri əsassız və qanunsuz hesab edir. Belə ki, həmin xətalar onun tərəfindən törədilməmişdir. Həmin xətaların törədilməsi zamanı nəqliyyat vasitəsini o yox, **-VG-*** nömrəli nəqliyyat vasitəsinin mülkiyyətçisinin oğlu X6 etibarnamə əsasında idarə etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, yuxarıda göstərilmiş xətalar onun tərəfimdən deyil, başqa şəxs tərəfindən törədildiyindən qərarlar ləğv edilməli, barəsində olan icraatlara xitam verilməlidir. Qərarından şikayət verilən orqan nümayəndəsi X8 bildirdi ki, inzibati xəta başqa şəxs tərəfindən törədilmişdirsə, gərək vaxtında bu barədə vəsatətlə müraciət edilərdi və həmin xətalar üzrə qərarlar xətanı törətmiş şəxs barəsində qəbul edilərdi. DYP-də bu barədə məlumat olmadığı üçün törədilmiş yol hərəkəti qaydaları əlehinə olan inzibati xətalar, həmin avtomobilin DYP-də kimin idarə etmək hüququ qeydə alınmışdırsa, həmitn şəxsin də adına qərarlar vurulmuşdur. ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 EQ3876480 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X12 xx.xx.2020-ci il tarixdə saat 10:30 radələrində Moskva prospekti körpünün enisi – Nəqliyyat Nazirliyi istiqamətində körpünün üstü ilə “Toyota Prado minik” markalı, “**-VG-***” dövlət qeydiyyat nişanlı avtomobillə inzibati xəta törətmişdir. Buna görə də İXMnin 382.2-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 EQ3917835 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X12 xx.xx.2020-ci il tarixdə saat 12:14 radələrində Saray qəsəbəsi Saray istiqamətində “Toyota Prado minik” markalı, “**-VG-***” dövlət qeydiyyat nişanlı avtomobillə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 382.2-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 EQ3741535 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X12 xx.xx.2020-ci il tarixdə saat 20:19 radələrində Saray qəsəbəsi Saray istiqamətində “Toyota Prado minik” markalı, “**-VG-***” dövlət qeydiyyat nişanlı avtomobillə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 382.2-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 EQ3952897 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X12 xx.xx.2020-ci il tarixdə saat 15:59 radələrində Saray qəsəbəsi yeni yol Avtoban istiqamətində “Toyota Prado minik” markalı, “**-VG-***” dövlət qeydiyyat nişanlı avtomobillə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 382.2-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 EQ3998333 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X12 xx.xx.2020-ci il tarixdə saat 19:51 radələrində Moskva prospekti ilə Nəqliyyat Nazirliyi istiqamətində “Toyota Prado minik” markalı, “**-VG-***” dövlət qeydiyyat nişanlı avtomobillə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 382.2-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 EQ3946025 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X12 xx.xx.2020-ci il tarixdə saat 09:24 radələrində Moskva prospekti ilə Nəqliyyat Nazirliyi istiqamətində “Toyota Prado minik” markalı, “**-VG-***” dövlət qeydiyyat nişanlı avtomobillə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 382.2-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Lakin hazırda şikayətə əlavə edilmiş iş materiallarında olan X6 tərəfindən verilmiş ərizəyə əsasən o, atası X4 məxsus “Toyota Prado minik” markalı, “**-VG-***” dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə inzibati xətalar törətmişdir. Həmin inzibati xətalar üzrə protokollar səhvən həmin avtonəqliyyat vasitəsinə etibarnaməsi olan X9 rəsmiləşdirilmişdir. Bu inzibati xətalar üzrə qərarlar T.Qürbətova rəsmi qaydada göndərilmədiyindən həmin inzibati xətanın törədilməsi barədə T.Qürbətova və ona vaxtında məlum olmamışdır. Odur ki, EQ3946025, EQ3998333, EQ3952897, EQ3741535, EQ3917835 və EQ3876480 saylı protokollar üzrə inzibati xətaların tərəfindən törədilməsini təsdiq etməklə T.Qürbətov barəsində həmin inzibati xətalar üzrə törədilmiş işlərə xitam verilməsini xahiş etmişdir. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. Belə ki, İXM-nin 122.7-ci maddəsinə əsasən barəsində həmin Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Ona görə də şikayət təmin edilməli, qərarlar ləğv edilməli, X9 münasibətdə həmin inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməlidir. X11 Məcəlləsinin 122.7-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsi səlahiyyətli orqanın səlahiyyətlərinə aid olduğundan, həmin səlahiyyətli orqan tərəfindən təmin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 EQ3946025 saylı, xx.xx.2020-ci il tarixli, EQ3998333 saylı, xx.xx.2020-ci il tarixli, EQ3952897 saylı, xx.xx.2020-ci il tarixli, EQ3741535 saylı, xx.xx.2020-ci il tarixli, EQ3917835 saylı, xx.xx.2020-ci il tarixli, EQ3876480 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarları ləğv edilsin, X9 münasibətdə həmin inzibati xəta haqqında işlər üzrə icraata xitam verilsin. İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən həmin inzibati xətalar haqqında işə yenidən baxılmaq üçün Daxili İşlər Nazirliyi Baş Dövlət X19 (səlahiyyətli orqana) göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2841/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2841/2020
06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver