Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2847/2024 03.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin, İcra sənədi üzrə tələbkar X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1976-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2195/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 18019,40 (on səkkiz min on doqquz manat 40 qəpik) manat məbləğində borc tutularaq tələbkar X5 verilməlidir. Daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1337/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 4212,54 (dörd min iki yüz on iki manat 54 qəpik) manat məbləğində borc tutularaq tələbkar "xxxx" ASC-yə verilməlidir. Daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6269/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 530,40 (beş yüz otuz manat 40 qəpik) manat məbləğində borc tutularaq tələbkar "xxxx" MMC-yə verilməlidir. Daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-10623/2018 saylı, xx.xx.2018-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 1006 (bir min altı) manat məbləğində borc tutularaq tələbkar "xxxx" MMC-yə verilməlidir. Daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6142/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 22530 (iyirmi iki min beş yüz otuz) manat məbləğində borc tutularaq tələbkar X2 verilməlidir. Daha sonra Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1500 (min beş yüz) manat məbləğində cərimə borcunu ödəməlidir. Daha sonra Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-1294/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 500 (beş yüz) manat məbləğində cərimə borcunu ödəməlidir. Borclu həmin icra sənədlərini icra etməmişdir. Borclu icra vərəqələrində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmiş, həmçinin imkanı olmadığı təqdirdə hissə-hissə ödəmək təklif edilsədə, borcunu ödəməmişdir, bununla da icradan yayınmış və üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, barəsində olan icra sənədlərindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. Maddi imkanı olmadığı üçün borcu ödəyə bilməmişdir. Hazırda da imkanı olmadığı üçün ödəyə bilmir. Borcu hissəhissə imkanı olduqca ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar X6 bildirmişdir ki, uzun müddətdir ki icra sənədi icra olunmur, kifayət qədər böyük məbləğdi. Şəxs barəsində sərt tədbirlər görülməlidir ki, icra sənədi ödənilsin. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2195/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 18019,40 (on səkkiz min on doqquz manat 40 qəpik) manat məbləğində borc tutularaq tələbkar X5 verilməlidir. Daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1337/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 4212,54 (dörd min iki yüz on iki manat 54 qəpik) manat məbləğində borc tutularaq tələbkar "xxxx" ASC-yə verilməlidir. Daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6269/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 530,40 (beş yüz otuz manat 40 qəpik) manat məbləğində borc tutularaq tələbkar "xxxx" MMC-yə verilməlidir. Daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-10623/2018 saylı, xx.xx.2018-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 1006 (bir min altı) manat məbləğində borc tutularaq tələbkar "xxxx" MMC-yə verilməlidir. Daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6142/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 22530 (iyirmi iki min beş yüz otuz) manat məbləğində borc tutularaq tələbkar X2 verilməlidir. Daha sonra Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1500 (min beş yüz) manat məbləğində cərimə borcunu ödəməlidir. Daha sonra Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-1294/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 500 (beş yüz) manat məbləğində cərimə borcunu ödəməlidir. İcra məmuru tərəfindən xx.xx.2012-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2019-cu il, xx.xx.2013-cü il, xx.xx.2018-ci il tarixlərində icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindəki məlumatlara əsasən Şəxs xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağı vardır. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən bcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməsini və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-2847/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2847/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver