Məhkəmə qərarları › İş №3(004)-287/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-287/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-287/2025 24.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsi, ev 196, mənzil 229 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə M.Xiyabani küçəsi 196 ünvanının qarşısında Zərərçəkmiş şəxs məxsus “Opel Astra” markalı avtomobili əzməklə maddi ziyan vurmuşdur. Nəticədə Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, şikayətçidir.Şəxs onun nömrəsini oğurlayıb. Buna görə 1 ay həbs yatıb. Maşına da ziyan vurub. Hazırda maşın yararsız vəziyyətdə həyətdə dayanıb. O, həmişə onun maaşını vermişdir. Toyuq firmasında olanda özü də maaş almırdı. Ora böyük şirkət idi. Ələkbəri işə o götürməmişdim. Dağıtdığı maşında su daşıyırdı. Maşın dayanacaqda olarkən maşına zədələr yetirmişdir. Müqavilə əsasında suyu alıb-satırdı. Ələkbəri atası evdən qovmuşdu. O vaxtlar da bərk yağışlar yağırdı. Gecə saat 4-də zəng edib yalvardı ki, qalmağa yer təşkil elə. O, da ona görə yazığı gəldi, maşında gecələməyə icazə verdi. 1 günlük icazə vermişdi, amma 5-10 gün qaldı. Nömrənin bərpası 800 manatdır. Yol polisi dedi ki, təkcə nömrə verilmir. Nömrəni başqası götürüb sürə biləcəyi üçün əlavə cərimə və yeni qeydiyyat müəyyən olunub. Maşını 2006-cı ildir. Təqribi 12000 manat qiyməti olar. Qüsur aktı ilə ziyan 1770 manat təşkil edir. Maşın olmadığından işindən də qalmışdır. Göstərilənlərə əsasən Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində qununi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı tərəf onunla məzələnirdi. İçki içirdi. 286 nömrəli məktəbin yanında olub hadisə. Ondan istifadə edib, maaşını da verməyib. O, Raqibin yanında su çatdırılmada işləyirdi. Raqib orada sürücü işləyirdi. Ondan qabaq yanında toyuq çatdırılmada işləmişdir. Orada da pulumu vermədi. Onun psixoloji problemlərimin olmasından istifadə etdi. O da əsəbləşib maşına zədə yetirdi. Güzgülərin qırdı. İnzibati xətalar haqqında iş üzrə protokol tərtib edən şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış təhqiqat materialı üzrə Azərbaycan Respublikası CM-nın 177.1 və 186.1-ci maddələrinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinə əsasən həmin maddənin tərkib əlamətləri özgəsinin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurduqda yaranır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə əsasən Azərbaycan Respublikası CM-nin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Vətəndaş Zərərçəkmiş şəxs məxsus “Opel Astra” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı yan iki güzgüsünün, ön şüşəsinin, dövlət qeydiyyat nişanının, təkərin əzilməsi nəticəsində əzilməsi nəticəsində ona 1770 (min yeddi yüz yetmiş) manat məbləğində maddi ziyan vurulduğu üçün toplanmış materialda Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 39.1.2-cı maddəsinə əsasən törədilmiş əməl müəyyən olunsa da bu əməldə cinayət tərkibinin əlamətlərinin mövcud olmaması cinayət təqibini istisna edir. Cinayətin subyektinin, subyektiv cəhətinin, obyektinin və obyektiv cəhətinin zəruri əlamətlərindən hər hansı birinin olmaması əməldə cinayət tərkibi olmasını aradan qaldırır. Toplanmış materialdan göründüyü kimi isə hadisəni törətmiş Şəxs əməli nəticəsində hər hansı cinayətin obyekti, yəni törədilən əməllə ziyan yetirilən ictimai münasibət yoxdur. Belə olan halda əməldə heç bir cinayətin tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilməlidir. Lakin Zərərçəkmiş şəxs məxsus “Opel Astra” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yan iki güzgüsünün, ön şüşəsinin, dövlət qeydiyyat nişanının, təkərin əzilməsi nəticəsində nəticəsində ona 1770 (min yeddi yüz yetmiş) manat məbləğində maddi ziyan vurmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nın 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri vardır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi özgəsinin əmlakını qəsdən məhv etmə və ya zədələməyə görə əmlak sahibinə az miqdarda ziyan vurduqda yaranır. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə az miqdar dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Zərərçəkmiş şəxs məxsus “Opel Astra” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yan iki güzgüsünün, ön şüşəsinin, dövlət qeydiyyat nişanının, təkərin əzilməsi nəticəsində ona 1770 (min yeddi yüz yetmiş) manat məbləğində maddi ziyan vurmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta hadisəsi törədildiyindən onun barəsində inzibatı xəta haqqında iş üzrə icraat başlanmasından ötrü qərarın surəti Yasamal RPİ-nın 29-cu PŞ-nə göndərilməlidir İş materiallarənda olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Opel Astra” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yan iki güzgüsünün, ön şüşəsinin, dövlət qeydiyyat nişanının, təkərin əzilməsi nəticəsində ona 1770 (min yeddi yüz yetmiş) manat təşkil edir. İş materiallarında olan qüsur aktının surətinə əsasən, zərərçəkmiş şəxs bdullayev Raqib Namiq oğluna məxsus “Opel Astra” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1770 manat ziyan dəymişdir. Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs özgənin əmlakını qəsdən zədələməsi özünün əvvəlki məhkəmə iclasında verdiyi etirafedici izahatından başqa, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində özgənin əmlakını qəsdən zədələmə kimi halların, yəni İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 232-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək onun barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 1770 (min yeddi yüz yetmiş) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar