Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-288/2024 15.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.7 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara məhkəmənin inzibati binasında işin məhkəmədə baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.7 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-si tərəfindən tərtib edilmiş 22 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.7 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş 22 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material baxılmadan geri qaytarılmalıdır. Belə ki, protokolda qeyd edilən maddə üzrə inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti İXM-in 43.1-ci maddəsinə əsasən məhkəmələrə aid edilməmişdir, həmin inzibati xətaya baxmaq səlahiyyəti İXM-in 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid edilmişdir. Çünki, «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən İXM-in 327.7 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aid edilmişdir. Buna görə də, necə ki, İXM-də göstərilmiş həmin hallar müvafiq icra hakimiyyəti orqanları tərəfindən əsaslandırılmamışdır və belə hallar mövcud deyildirsə, onda həmin inzibati xəta haqqında işin baxılmaq üçün öz mülahizəsinə əsasən məhkəməyə göndərilməsi, həm İXM-nin, həm də qeyd edilən Fərmanın yuxarıda göstərilən tələblərinə ziddir. Beləliklə, hazırkı inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Buna görə də yuxarıda göstərilənlər nəzərə alınmaqla, hazırkı işə məhz protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən baxılmalı və qərar qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.1-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olubolmaması ilə bağlı məsələni həll etməlidir. Həmin Məcəllənin 109.1.7-ci maddəyə görə əgər bu məsələnin baxılması hakimin, səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmadan işin məhkəmədə baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.7 və 327.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş 22 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılmadan onu tərtib etmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-sinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100-110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş 22 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material baxılmadan Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nə geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-288/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-288/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver