Məhkəmə qərarları › İş №3(004)-2882/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2882/2022

20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2882/2022 20.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov X1 inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X2 onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin DYP-nin “MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət vermişdir. Həmçinin şikayətinə buraxılmış prosessual müddətin bərpası barədə Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış vəsatət də əlavə etmişdir. İş materiallarından görünür ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsinin ərazisidir. İş materiallarına həmin şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmasına dair vəsatət əlavə edilməmişdir Lakin həmin şikayət Nəsimi Rayon Məhkəməsinin 3(006)-1876/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində Nəsimi Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Nəsimi Rayon Məhkəməsinin qərarında həmin şikayətin aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməli olmasının aşağıdakı 2 əsasını qeyd edilmişdir:

1. Nəsimi Rayon Məhkəməsi hesab etmişdir ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri, Nəsimi rayonunun ərazisi olsa da, şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış, şikayətçinin yaşayış yeri də ünvan 2 28J-dir.

2. şikayət Yasamal Rayon Məhkəməsinə ünvanlandığından, həmin məhkəməyə də göndərilməlidir.

Nəsimi Rayon Məhkəməsi qərarında İXM-nin 132.1.1 və 132.2-ci maddələrinə istinad edib, qeyd etmişdir ki, hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olub- olmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunanlarla əlaqədar hesab etmişdir ki, hazırkı şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlandığından, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Nəsimi Rayon Məhkəməsinin qərarındakı həmin mövqeylə aşağıdakılara əsasən fikir ayrılığı yaranır.

1-ci ona görə ki, işdən də görünür ki, Nəsimi Rayon Polis İdarəsinin DYP-nin “MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından əvvəl də vətəndaş tərəfindən şikayət Yasamal Rayon Məhkəməsinə verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-1973/2022 saylı qərardadı ilə şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardadda da göstərilmişdir ki, inzibati xəta Nəsimi Rayon ərazisində törədilmişdir, Bundan sonra Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)- 1592/2022 saylı qərardadı ilə həmin qərardaddan verilmiş şikayət geri qaytarılmışdır. Qərardadda göstərilmişdir ki, şikayətvermə müddəti ötürülmüşdür, lakin şikayətvermə müddətinin bərpası barədə vəsatət əlavə edilməmişdir. Bundan sonra vətəndaş şikayətinə həmin qərardan şikayət vermk üçün buraxılmış müddətin bərpası barədə vəsatət də əlavə edərək, Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Sadəcə şikayətdə, şikayətin ünvanlandığı məhkəmənin adını Yasamal Rayon Məhkəməsi kimi göstərmişdir. Buna baxmayaraq həmin şikayətə əlavə edilmiş prosessual müddətin bərpası barədə vəsatəti məhz Nəsimi Rayon Məhkəməsinə ünvanlamışdır. Belə olduğu təqdirdə eyni hakim əvvəl şikayəti geri qaytarmışdır ki, şikayətvermə müddəti öütürülmüşdür. Buna görə də vətəndaş şikayətvermə müddətinin bərpası barəədə vəsatətlə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Belə olduğu təqdirdə ilk əvvəl prosussual müddətin bərpası barədə vəsatətə baxılmalıdır. Bundan sonra əgər müddət bərpa edilərsə, onda şikayətə baxıla bilər. - hakim şikayətvermə müddətinin bərpası barədə məhz Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış vəsatətə baxmadan, - halbuki şikayət mahiyyət etibarilə düzgün olaraq Nəsimi Rayon Məhkəməsinə ünvanlansa da, - şikayətin başlanğıcında həmin şikayətin ünvanlandığı məhkəmənin adının Yasamal Rayon Məhkəməsi göstərilməsi səbəbi ilə, baxmayraq ki əvvəl də həmin şikayət Yasamal Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə məhz Nəsimi Rapyon Məhkəməsinə göndərilmişdir və Nəsimi Rayon Məhkəməsi aidiyyətlə bağlı Yasamal Rayon Məhkəməsinin qərardadı ilə razılaşmışdır, digər əsasla şikayəti geri qaytarmışdır, vətəndaş da Nəsimi Rayon Məhkəməsinin qərardadında göstərilmiş nöqsanları aradan qaldırıb məhz şikayətini Nəsimi Rayon Məhkəməsinə təqdim etsə də, həmin şikayət yenidən Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.

Əks yanaşma ona gətirib çıxarır ki, fərz etsək ki, şəxs şikayətini Nəsimi Rayon Məhkəməsinə təqdim etmişdir, lakin şikayətində ümumiyyətlə şikayətin ünvanlandığı məhkəməni göstərməmişdir, onda həmin şikayət baxılması üçün aidiyyəti üzrə hansı məhkəməyə göndəriləcəkdir? Və ya belə bir vəziyyətdə məhkəmə aidiyyəti necə həll ediləcəkdir? Ona görə də məhkəmə aidiyyətinin müəyyən edilməsində yalnız və yalnız aşağıdakı 2-ci məsələ kimi göstərilənlər nəzərə alınmalıdır ki, qarşılaşılacaq hər bir şikayətlər üzrə, aidiyyət subyektiv mülahizəyə görə deyil, qanunla müəyyən edilmiş qaydada düzgün müəyyən edilə bilsin.

2-ci ona görə ki, ümumiyyətlə qeyd edilməlidir ki, inzibati tənbehvermə haqqında qərardan şikayətlər üzrə İXM-də məhkəmə aidiyyətinin müəyyən edilməsində 2 məsələ nəzərə alınır. Bu hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında da müəyyən edilmişdir. Beləliklə aidiyyət məsələsinin müəyyən edilməsində nəzərə alınası hallar aşağıdakılardır:

1. inzibati xətanın törədildiyi yer

2. şikayət vermiş şəxsin vəsatəti üzrə şikayətə onun yaşayış yeri üzrə baxılması

Hazırkı inzibati tənbehvermə haqqında qərardan şikayət əvvəllər Yasamal Rayon Məhkəməsinə ünvanlansa da, yuxarıda qeyd edildiyi kimi məhkəmənin qərardadı ilə aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan da görünür ki, inzibati xəta Nəsimi Rayon Ərazisində törədilmişdir. Həmçinin şikayətə vətəndaşın yaşayış yeri olan Yasamal Rayon ərazisi üzrə Yasamal Rayon Məhkəməsində baxılmasına dair vəsatət əlavə edilməmişdir. Göründüyü kimi vətəndaş Yasamal Rayon Məhkəməsinin həmin qərardadı ilə razılaşmış və növbəti şikayətinə onun yaşayış yeri üzrə Yasamal Rayon Məhkəməsində baxılmasına dair vəsatət əlavə etməmiş, şikayətini Nəsimi Rayon Məhkəməsinə təqdim etmişdir. Hər bir halda Nəsimi Rayon Məhkəməsinin həmin qərarında da inzibati xətanın törədildiyi yerin Bakı şəhəri, Nəsimi rayonunun ərazisi olması göstərilsə də, şikayəti Yasamal rayon Məhkəməsinə göndərmişdir. Həmçinin şikayətə vətəndaşın yaşayış yeri üzrə Yasamal Rayon Məhkəməsində baxılmasına dair vəsatət əlavə edilmədiyi halda, həmin şikayət Nəsimi Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərmişdir. Belə olduğu təqdirdə məhkəmə aidiyyətinin müəyyən edilməsinə dair inzibati xətalar qanunvericiliyində müəyyən edilmiş yuxarıda sadalanan normalar baxımından və konkret olaraq hazırkı şikayətin ərazi aidiyyəti barədə faktiki hallar baxımından (yəni hadisənin törədildiyi yer baxımından və yaşayış yeri üzrə baxılma barədə vəsatətin olmaması baxımından) şikayətin ərazi aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarındakı həmin mövqe ilə fikir ayrılığı yaranır.

Yuxarıda qeyd edilən hallara Nəsimi Rayon Məhkəməsinin qərarında qiymət verilmədiyindən, məhkəmənin qərarındakı həmin mövqe ilə razılaşa bilinməz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ:

X1 inzibati iş üzrə qərardan verdiyi şikayət üzrə Nəsimi Rayon Məhkəməsindən daxil olmuş işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.

Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar