Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2884/2020 27.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5iclas katibliyi, X1nun etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Suraxanı RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə “Lexus” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Xanlar Ələkbərov küçəsi istiqamətində hərəkət edən zaman YPX avtomobili ona “saxla” əmri vermişdir. Həmin an olduğu yer avtomobili saxlamaq üçün münasib olmadığından bir az irəli gedərək maşını saxlamışdır. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və onun avtomobili idarə edərkən telefonla danışdığını bildirmişdir. A.Paşayev isə belə bir hal olduğu təqdirdə, protokolun tərtib olunmasına etiraz etmədiyini bildirmişdir. Protokolun qəbul edildiyi gün ona məxsus telefona Azərbaycan Respublikasının İXM-nin 327.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə SMS daxil olmuşdur. Lakin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* saylı qərarı əldə etdikdə, həmin qərarda əsassız olaraq onun Azərbaycan Respublikasının İXM-nin 327.3-cü, 329.1-ci və 342.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmuşdur. Göstərilənlərə əsasən X4 sözügedən qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 etibarnamə üzrə nümayəndəsi X6 şikayətin dəlillərinə uyğun izahat verərək Suraxanı RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq izahatında bildirdi ki, şikayətçi A.Paşayev onun tərəfindən törədilməsi iddia edilən xəta ilə razılaşmamış və barəsində protokol tərtib edilməsini Suraxanı RPİ-nin DYPŞ-nin YPX inspektoruna bildirmişdir. Belə ki, qeyd edilən protokoldan onun aidiyyəti üzrə yuxarı inzibati orqana şikayət etmək niyyəti olmuşdur. Lakin mobil telefona gələn məlumat əsasında öyrənib bilmişdir ki, inzibati araşdırma aparılmadan onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş səlahiyyətli inzibati orqana məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmiş və ya işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə göstərilənlərə əsasən işə qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Suraxanı RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin nümayəndəsinin izahatını dinləyib şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Suraxanı RPİ-nin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru Qədirov Əlizamin Hakim oğlu tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 həmin tarixdə “Lexus LX570” (minik) markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən Azərbaycan Respublikasının İXM-nin 327.3, 329.1 və 342.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar barəsində 80 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, X2 barəsində xx xxxxxxx 2020-ci il tarixdə onun tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmaması nəzərə alınmadan Azərbaycan Respublikası İXM-nin 124-cü maddəsinin tələbləri pozularaq birbaşa olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Tərəflər mübahisələndirilən inzibati xəta hadisəsinin mövcud olub-olmamasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişlər. Belə olan halda isə, iş üzrə icraata xitam verilməsi ilə bağlı məsələyə obyektiv qiymət verilməsi qeyri-mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 124.2-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəyə görə isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Suraxanı RPİ-nin DYPŞ-nin YPX inspektoru Qədirov Əlizamin Hakim oğlu tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün qərar qəbul edən orqana göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X9 Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN-nin Suraxanı RPİ-nin DYPŞ-nin YPX inspektoru Qədirov Əlizamin Hakim oğlu tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin qərarı qəbul etmiş səlahiyyətli orqana göndərilsin. X4 barəsində qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X9 Mərkəzi İnformasiya sistemində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2884/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2884/2020
27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver